Aytən Babaxanova hekimtap.az

Aytən Babaxanova,Ali dərəcəli həkim, PhD

Endokrinoloq

Ali dərəcəli həkim, Tibb üzrə fəlsəfə doktoru

13 il iş təcrübəsi

Bakı
kişilərdə hipoqonadizm

Kişilərdə hipoqonadizm

Müəllif: Aytən Babaxanova , PHD
6497

Paylaşıldı: 11.07.2019
Aytən Babaxanova

Kişilərdə hipoqonadizm nədir?

Kişilərdə hipoqonadizm - cinsiyyət vəzilərinin funksional çatışmazlığı və cinsi hormonların sintez pozuntusuna deyilir. Əsasən, xarici və daxili cinsiyyət orqanlarının inkişafdan qalması, piy və zülal mübadiləsinin pozulması (piylənmə, sümük sistemində və ürək-damar sistemində pozuntular) ilə müşayiət edilir. Kişilərdə hipoqonadizm anadangəlmə və qazanılmış olaraq, iki qrupa bölünür.

Kişilərdə hipoqonadizmin yaranma səbəbləri

Kişilərdə hipoqonadizm hormon ifrazında yaranan problemlər və ya biosintez pozuntuları fonunda yaranır. Bundan başqa, hipotalamo-hipofiz funksiyalarında baş verən dəyişikliklər də xəstəliyə təkan ola bilər. Patologiyanın yaranma səbəblərinə, həmçinin, aşağıdakılar daxildir:

  • Genetik defektlər fonunda əmələ gələn cinsiyyət vəzilərinin inkişafdan qalması;
  • Kimya terapiyasının toksiki təsirləri;
  • İnfeksion xəstəliklər (məs., epidemik parotit, epididimit, vaskulit və s.)
  • Hormonlar və antibakterial preparatların uzunmüddətli istifadəsi;
  • Varikoz;
  • Əlverişsiz ətraf mühit və s.

Kişilərdə hipoqonadizmin simptomları

Kişilərdə hipoqonadizmin simptomları insanın bu xəstəliyə hansı yaşda məruz qalması və androgen çatışmazlığının dərəcəsindən asılıdır. Əgər androgen ifrazı pozuntusu ana bətnində yaranarsa, bu, ikili cinsiyyət orqanın formalaşmasına səbəb ola bilər. Bundan başqa, tipik xədimlik əlamətləri - qeyri-praporsional hündürboyluluq, döş qəfəsinin inkişafdan qalması, ətrafların normadan artıq uzun olması, cinsi inkişafdan qalma, skelet əzələlərinin zəif inkişaf etməsi və s. müşahidə edilə bilər.

Kişilərdə hipoqonadizmin diaqnostikası

Kişilərdə hipoqonadizmin diaqnostikası zamanı mütəxəssis əvvəlcə pasiyentin şikayətlərini dinləyir, antropometriya vasitəsilə ümumi statusu müəyyənləşdirir. Cinsiyyət orqanlarının vizual və palpasiya müayinəsi aparılır, cinsi yetişkənliyin dərəcəsi müəyyənləşdirilir. Bundan başqa, sümüklərin vəziyyətini öyrənmək məqsədilə xəstə rentgen müayinəsinə də yönəldilə bilər. Spermanın laborator müayinəsi, qanda qonadotropinlərin təyini və xayaların bioposiyası da müayinə üsullarına daxildir.

Kişilərdə hipoqonadizmin müalicəsi

Kişilərdə hipoqonadizmin müalicəsi patologiyanın yaranma səbəbindən asılı olaraq, fərdi təyin edilir. Müalicənin məqsədi cinsi inkişaf geriliyinin profilaktikası, daha sonra isə xayaların testikulyar toxumasının maliqnizasiyasının qarşısını ibarətdir. Hipoqonadizmin müalicəsi endokrinoloq tərəfindən aparılmalıdır.  Zərurət yarandıqda, cərrahi müdaxilə tətbiq edilir.


Aytən Babaxanova,Ali dərəcəli həkim, PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz