Aytən Babaxanova hekimtap.az

Aytən Babaxanova,Ali dərəcəli həkim, PhD

Endokrinoloq

Ali dərəcəli həkim, Tibb üzrə fəlsəfə doktoru

13 il iş təcrübəsi

Bakı
Endokrin hipertenziyalar

Endokrin hipertenziyalar -Əlaqə:055 217-57-77

Müəllif: Aytən Babaxanova, PHD
4620

Paylaşıldı: 08.07.2019
Aytən Babaxanova

Endokrin hipertenziyalar nədir?

Endokrin hipertenziya - hormonlarla əlaqədar olan qan təzyiqinin qalxmasına deyilir. Aşağıdakı növləri var:

  • Hiperparatireoz;
  • Hipotireoz;
  • Tireotoksikoz;
  • Akromeqaliya;
  • Feoxromositoma;
  • Birincili hiperaldosteronizm;
  • Hiperkortisizm.

Hiperparatireoz

Hiperparatireoz zamanı paratireoid hormonu (parathormon) sekresiyasının artması baş verir ki, bu da sümük toxumasının sürətlə dağılmasına və kalsiumun qanda artmasına gətirib çıxarır.
Xəstəlik birincili, ikincili və üçüncülü olmaqla üç qrupa bölünür.

Hiperparatireozun əlamətləri:

  • Zəiflik;
  • Əzələlərdə, sümük və oynaqlarda ağrı;
  • Tez-tez sidik ifrazı;
  • Susuzluq;
  • Qarında ağrılar;
  • Qəbizlik;
  • Depressiya, yaddaş zəifliyi, psixoz və s.
  • Hipotireoz
  • Bu xəstəliyə səbəb qanda tiroksin və/və ya triyodtironin hormonu səviyyəsinin aşağı düşməsi, bəzi hallarda orqan və toxumaların adıçəkilən hormonları qəbul edə bilməməsi nəticəsində yaranır.

Hipotireozun əlamətləri:

  • Zəiflik;
  • Yuxululuq;
  • Unutqanlıq;
  • Bədən hərarətinin aşağı düşməsi;
  • Dəri rənginin avazıması və dərinin quruması;
  • İştahanın zəifləməsinə baxmayaraq, çəkinin artması;
  • Üz, əl və ayaqların şişməsi;
  • Nitqin pozulması və s.

Tireotoksikoz (hipertireoz)

Tireotoksikoz - tiroksin və/ və ya triyodtironin hormonlarının arması ilə müşayiət olunur.

Tireotoksikozun əlamətləri:

  • Ürək döyüntülərinin artması;
  • Ürək ritminin pozulması;
  • Tərləmə;
  • Diqqətin yayınması;
  • Qıcıqlılıq, həyəcanlılıq;
  • İştahanın artmasına baxmayaraq, çəkinin düşməsi;
  • İstiyə qarşı dözümsüzlük;
  • Tezyorulma;
  • Saçların tökülməsi və s.

Akromeqaliya

Bu patologiya zamanı qanda somatotrop hormonunun (boy hormonu) miqdarı artır. 

Xəstəliyə səbəb hipofizdə hormonal aktiv şişin (adenomanın) yaranmasıdır.

Xəstəliyin tipik əlamətləri - insanın xarici görünüşünün dəyişməsidir. Bu zaman üz cizgiləri kobudlaşır - dodaqlar, burun və qulaqların ölçüləri böyüyür, yanaq sümüklərinin qabaritləri artır, çənə həddindən artıq irəli çıxır, bilək və pəncələrin ölçüləri böyüyür, onurğa deformasiyaya uğrayır və s.

Akromeqaliyanın digər əlamətləri

  • Tərləmənin artması;
  • Bədəndə tüklərin artması;
  • Oynaqlarda ağrılar;
  • Ətrafların keyiməsi;
  • Qadınlarda menstrual tsiklin pozulması, kişilərdə potensiyanın zəifləməsi;
  • Əzələlərin zəifləməsi;
  • Ürək fəaliyyətinin zəifləməsi;

Feoxromositoma

Feoxromositoma - adrenalin və noradrenalin hormonlarını  çox miqdarda və kontrolsuz ifraz edən şişlərin (çox vaxt xoşxassəli) yaranmasına deyilir. Bu şişlər adətən, böyrəküstü vəzilərdə əmələ gəlir.
Arterial hipertenziya bu xəstəliyin ən başlıca əlamətidir.Feoxromositoma zamanı təzyiq artmasının digər bir xüsusiyyəti belə vəziyyətin heç bir faktordan və dərman preparatları qəbul edilmədən öz-özünə keçməsidir. 

Feoxromositomanın əlamətləri:

  • Tutmalararası başgicəllənmələr;
  • Şəkərli diabet;
  • Göz dibi damarlarında dəyişiklik;
  • Görmə itiliyinin aşağı düşməsi.
     

Birincili hiperaldosteronizm

Sindrom qanda aldosteron miqdarının artması səbəbindən yaranır. Bu zaman böyrəküstü vəzi qabığında hormonal aktiv şiş əmələ gələrək, aldestoronu artıq miqdarda ifraz edir, yaxud da bir və ya hər iki böyrəküstü vəzi qabığının hiperplaziyası (artması) baş verir.

Birincili hiperaldosteronizmin əlamətləri:

  • Əzələ zəifliyi;
  • Nəbzin zəifləməsi;
  • Susuzluq və s.

Hiperkortisizm (İsneko-Kuşinq sindromu)

Hiperkortisizm - simptomlar kompleksi olub, kortikosteroidlərin insan orqanizminə uzunmüddətli təsirindən əmələ gəlir. Bu hormonların sekresiya artımı hipofizdə şişin əmələ gəlməsi (İsenko-Kuşinq xəstəliyi), böyrəküstü vəzilərin qabığında şişin yaranması (İşenko-Kuşinq sindromu), böyrəküstü vəzi qabıqlarının hiperplaziyası, digər yerlərdə lokallaşmış hormonal aktiv şişlər, həmçinin, steroid hormonlarının uzunmüddətli qəbulu səbəbindən baş verə bilər.

Hiperkortisizmin əlmətləri:

Xəstəlik insanın xarici görünüşündə dəyişikliklər yaradır. Çəki artır, bu zaman piy, əsasən, qarın, sinə, boyun və üz nahiyələrində lokallaşır. Ayaqlar isə əksinə, arıqlayır. Yanaq, sinə və kürəyin dəri rəngi tünd qırmızı çalarlar alır.

 Hiperkortisizmin digər simptomları:

  • Zəiflik;
  • Qadınlarda menstrual tsiklin pozulması, kişilərdə potensiyanın zəifləməsi və sonsuzluq;
  • Şəkərli dibet;
  • Sidik axarlarının iltihabi xəstəlikləri;
  • Əzələ zəifliyi;
  • Psixi pozuntular və s.

Endokrin hipertenziyaların diaqnostika və müalicəsi

Göründüyü kimi, endokrin hipertenziyalar ciddi təhlükə daşıyan xəstəlikləridir. Ona görə də onları vaxtında aşkara çıxarmaq və düzgün müalicə etmək vacibdir. Endokrin hipertenziyaların diaqnostikası üçün həkim pasiyentin şikayətlərini dinləyir, onu vizual müayinə edir. Daha sonra xəstə hormonal, bəzi hallarda instrumental müayinələrə yönəldilir. Endokrin hipertenziyaların müalicəsi həkim-endokrinoloq tərəfindən aparılır və terapiya fərdi olaraq təyin edilir.Müalicə, əsasən, medikamentoz üsullarla aparılır. Nadir hallarda cərrahi əməliyyata ehtiyac yaranır.


Aytən Babaxanova,Ali dərəcəli həkim, PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz