Aytən Babaxanova hekimtap.az

Aytən Babaxanova,Ali dərəcəli həkim, PhD

Endokrinoloq

Ali dərəcəli həkim, Tibb üzrə fəlsəfə doktoru

13 il iş təcrübəsi

Bakı
Şəkərli diabet və onun müasir müalicə metodları

Şəkərli diabet və onun müasir müalicə metodları- Əlaqə:055 217-57-77

Müəllif: Aytən Babaxanova , PHD
12682

Paylaşıldı: 08.07.2019
Aytən Babaxanova

Şəkərli diabet əmək qabiliyyəti olan insanlar arasında ən geniş yayılmış xəstəliklərdən biridir desək, yanılmarıq. Beynəlxalq Diabet Federasiyasının (İDF) statistikasına görə, dünyada 285 milyon adam bu xəstəlikdən əziyyət çəkir. Təşkilatın proqnozuna görə, 15 ildən sonra bu rəqəm 150 milyona qədər arta bilər.
Şəkərli diabet xroniki və ağır fəsadlar verən xəstəlikdir. Ona görə də patologiyanın ilkin mərhələsində diabetin müalicəsinə peşəkar yanaşmaq lazımdır.
Şəkərli diabet xəstəliyi, əsasən, iki qrupa bölünür - I tip şəkərli diabet və II tip şəkərli diabet. Bundan başqa, hestasion diabet, qeyri-müəyyən tip şəkərli diabet növləri də mövcuddur.
Yuxarıda qeyd olunanlardan başqa, endokrin, infeksiya, genetik faktor və mədəaltı vəzinin sıradan çıxması nəticəsində əmələ gələn şəkərli diabet də xəstəliyin növlərinə aiddir.

I Tip və ya insulin asılılığı olan şəkərli diabetə, əsasən, 30 yaşadək gənc insanlarda rast gəlinir.
Əsas simptomları: daimi susuzluq, iştahanın artması, sidik ifrazının artması, çəki azalması. Xəstəlik karbohidrat mübadiləsində yaranan pozuntular sayəsində yaranır. Bu, mədəaltı vəzidə beta-hüceyrələrin sıradan çıxmasına gətirir çıxarır, nəticədə vəzi insulin ifraz edə bilmir.  Hüceyrələrin destruksiyası koma və ya ölümə səbəb ola bilir.  
I tip şəkərli diabetə, həmçinin, autoimmun və LADA-diabet də aiddir.

II TİP və ya insulin asılılığı olmayan şəkərli diabetə, əsasən, yaşlı və xəstəliyə meyilli insanlarda rast gəlinir.

Şəkərin bu tipində insulin çatışmazlığı, əsasən, qida rasionu pozuntusu və qeyri-sağlam həyat tərzi fonunda yaranır. Həyat obrazını dəyişmək və rasional  qidalanma şəkərin səviyyəsinin qanda normallaşmasına imkan verir.

Hestasion diabet və ya hamiləlik diabeti ayrıca qrupa daxil edilir. Belə ki, bu zaman xəstəlik hamiləlik dönəmində yaranır və demək olar bütün hallarda aradan qalxır.

Alimlər diabetin bu tipini simptomatik hesab edir və birbaşa hamilələliklə əlaqələndirirlər. Hestasion diabaet dölün inkişafında ciddi problemlər yarada və ölü uşağın doğulmasına səbəb ola bilər. Bundan başqa, doğuşdan 5-10 il sonra qadında şəkərli diabetin inkişaf etməsi də istisna deyil.

Şəkərli diabetin müasir müalicə üsulları

Bu gün bəşəriyyət şəkərli diabetin müalicə üsullarını araşdırmağa və təkmilləşdirməyə davam edir. Onlar arasında bəzi müasir üsulları nəzərdən keçirək.

Pəhriz

Şəkərli diabetin başlıca müalicə üsullarından biri - pəhrizdir. Karbohidrat və pis vərdişlərdən (əsasən, spirtli içkilər) uzaq dayanmaq pəhrizin əsasını təşkil edir. İnternetdə bir çox pəhriz reseptlərinə rast gəlinir, lakin onların özbaşına istifadəsi yolverilməzdir. Pəhriz qidalarını seçməzdən əvvəl mütləq endokrinoloq və dietoloqla məsləhətləşmək lazımdır.

Şəkərin miqdarını azaldan vasitələr

Bu vasitələrə diabet əleyhinə vasitələr də deyirlər. Onları, adətən, orqanizmində insulin müstəqil ifraz olunan, lakin miqdarı yetərli olmayan insanların qanında şəkəri normada saxlamaq üçün istifadə edirlər. Şəkəri azaldan  vasitələr pəhriz qidaları ilə yanaşı təyin edilir. 

İnsulin müalicəsi

İnsulin, adətən, şəkərazaldan vasitələrlə yanaşı təyin olunur. Bu metoda göstərişlər - çəkinin aşağı salınması, ketoz, əməliyyatöncəsi müalicə, həmçinin, II tip şəkərli diabetə bağlı bütün ağırlaşmalardır. İnsulin müalicəsinə məhdudiyyət qoyan faktorlar da var. Buraya hamiləlik, südvermə dövrünü, hemorragik xarakterli xəstəlikləri, prekoma, koma və s. aid etmək olar.
I tip şəkərli diabet xəstələri daim insulin terapiyası almalıdırlar. Bununla yanaşı, mütləq qlükozanın qanda miqdarı daim nəzarətdə saxlanılmalıdır. Eləcə də, aktiv həyat tərzi və endokrinoloq nəzarəti vacibdir.
II tip şəkərin kontrolu beynəlxalq təcrübədə bir neçə üsulla aparılır:

Buraya aşağı karbohidratlı pəhriz, fizki hərəkətlər kompleksi, dərman preparatlarının qəbulu və hormonal inyeksiyalar daxildir. Pəhriz şəkərin miqdarını normallaşdırır. Müalicəvi bədən tərbiyəsi isə artıq karbohitratları orqanizmdən xaric edir. Xəstəlik ağırlaşdığı təqdirdə,dərman preparatları və insulin təyin edilir.


Aytən Babaxanova,Ali dərəcəli həkim, PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz