Aytən Babaxanova hekimtap.az

Aytən Babaxanova,Ali dərəcəli həkim, PhD

Endokrinoloq

Ali dərəcəli həkim, Tibb üzrə fəlsəfə doktoru

13 il iş təcrübəsi

Bakı
Şəkərli diabet faydalı qidalar

ŞƏKƏRLİ DİABET - FAYDALI VƏ TƏHLÜKSƏSİZ QİDALAR

Müəllif: Aytən Babaxanova
18660

Paylaşıldı: 06.03.2019
Aytən Babaxanova

TOP-5

Şəkərli diabet - qanda qlükozanın miqdarının normadan artıq olması deməkdir. Bu xəstəlikdə düzgün qidalanma müalicə qədər vacibdir.
Bununla yanaşı gedən xəstəlik əlamətlərini zəiflətmək, inkişaf və fəsadlarının qarşısını almaq mümkündür. Mütəxəssislər diabet
xəstələri üçün faydalı və təhlükəsiz olan beş ən xeyirli qida məhsullarının siyahısını tərtib ediblər.

Şəkərli diabet zamanı nə yeməli?

Hamıya məlumdur ki, dibet xəstələrinin qida rasionundakı məhsulların qlikemik indeksi aşağı olmalıdır. Ona görə də şirniyyat,qənd, bal, peçenye məmulatları, rafinə olunmuş nişastalar qəbul etmək qadağandır. Diabet xəstələri üçün beş ən faydalı və təhlükəsiz qidaların siyahısını təqdim edirik:

Yaşıl tərəvəzlər

Tərəvəz və göyərtilər şəkərli diabet xəstələri üçün çox əhəmiyyətlidir. Şüyüd, kərəviz və cəfəri yemək xüsusilə tövsiyə olunur. Cəfəri şəkərin qanda olan miqdarını aşağı salır. Bu göyərtinin tərkibində, həmçinin çoxlu vitamin və mikroelementlər var.Tərəvəzlərin tərkibi sellülozla zəngindir və praktiki olaraq yağ yoxdur. Onlarda karbohidratlar da yox dərəcəsindədir. Ona görə də xiyar, bütün növ kələmlər, turp, kök və s. düşünmədən yeyə bilərsiniz.

Qoz

Yeddi ədəd qozda 2 q keyfiyyətli sellüloz və 2.6 q alfa linolin turşusu var. Bu komponentlər həzm prosesi və orqanizmin bərpasında mühüm
rol oynayır. Şəkərli diabetdən əziyyət çəkənlər üçün qozun rolu əvəzsizdir. Belə ki, bu ləpənin tərkibindəki maqnezium və sinkin miqdarı şəkəri aşağı salacaq qədərdir. Qoz, həmçinin damarları daha elastik edir ki, bu da şəkərli diabet xəstəliyində vacib faktordur.

Avokado

Bu meyvə mannoheptuloza adlanan maddə ilə zəngindir. O, qanda şəkərin miqdarını əhəmiyyətli dərəcədə aşağı salır. Şəkərli diabetdən əziyyət çəkən xəstlər üçün hava və su kimi vacibdir. Belə ki, bu meyvənin tərkibindəki kalium və mis orqanizmdə gedən bir çox kimyəvi proseslərdə iştirak edir.

Dəniz balığı
Şəkərli diabet xəstələrinin qida rasionunda dəniz balığının olması çox vacibdir. Onların tərkibindəki zülallar, vitamin, mikroelement və
digər faydalı maddələr orqanizm üçün zəruridir.

Paxlalılar
Mərci, lobya, noxud və s. kimi paxlalılar da şəkərli diabet xəstələri üçün vacib olan qida məhsullarındandır.
Paxlalıların tərkibindəki minerallar, fitoestrogenlər, vitamin və digər faydalı maddələr orqanizmi şəkərli diabetin fəsadlarından qoruyur.
Yaxşı olar ki, paxlalıları həftədə bir neçə dəfə kiçik porsiyalarla günorta saatlarında yeyəsiniz.Unutmayın ki, düzgün qidalanarsızsa, şəkərli diabeti xəstəlikdən həyat tərzinə çevirə bilərsiniz.


Aytən Babaxanova,Ali dərəcəli həkim, PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz