Leyla  Zülfüqarlı hekimtap.az

Leyla Zülfüqarlı

Diyetoloq

Bakı

Həkim haqqında

2008-ci ildə Azərbaycanda ali tibbi təhsilini bitirdikdən sonra "Dietoloq" olaraq ixtisaslaşmaq qərarına gəlib. 
2010-cu ildə Ukraynada Dieotoloqlar Assosiyasının "Şkolı Dietiki" təhsil sistemini bitirib. 
2011-ci ildə Kiyevdə keçirilən ilk beynəlxalq konferensiyaya qatılıb. 
2012-ci ildə İstanbul Medipol "Diet beslenme" bölümünə qatılaraq 2013-cü ildə "İstanbul Medipol Mega Hastaneler" kompleksində diyetisyen məsləkdaşları ilə təcrübə mübadiləsi zamanı bir çox elmi təcrübələrə imza atıb.
2013-cü ildə İstanbul Halic Universitetində "İstanbul Beslenme ve Diyetik 2-ci" Öyrenci sempozyumuna qatılır.
Parelel olaraq 2012 - 2015-ci illəri əhatə edən aralıqda əmək fəaliyyətini Bakıda bir çox klinikalarda aparır.
Leyla Zülfüqarlı sırf pasientlərlə olan iş birliyindən özünün şəxsi proqramını "Diet Leyla" proqramını yaradıb. 
Məhz bu əmək fəaliyyəti səbəbindən dövlət tərəfindən ölkənin ən mühüm mükafatlarından olan "Heydər Əliyev" adına mükafatla və "Şəfalı Əllər" mükafatı ilə təltif olunub. 
2014-cü ildə isə "İlin Nüfuzlu Həkim Dietoloqu" nominasiyasına layiq görülüb. 
2015-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində "Beynəlxalq Avropa Obezite" konqresində, elə həmin ilin may ayında isə İngiltərədə keçirilən "International Conference on Obesity" konferensiyasında ölkəni təmsil edib.
2015-ci ildə həmçinin Diabetlər Assosiyasının təşkilatı ilə Tibilisidə keçirilən "Последипломного образования EASD" konqresində isə Azərbaycan adına çox əhəmiyyətli sayılan elmi-tədqiqat çalışması edib.

Leyla Zülfüqarlı

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz