Ülker Məmmədova hekimtap.az

Ülker Məmmədova

Kosmetoloq

12 il iş təcrübəsi

Bakı
saç tökülməsinin müalicəsi

Saç tökülməsinin müalicəsi

Müəllif: Dr.Ülkər Məmmədova
5496

Paylaşıldı: 14.07.2019
Ülker Məmmədova

 Müasir dövrdə saç tökülməsi ən aktual problemlərdən biridir. Hər iki cinsdə baş verən bu problem narahatlığa səbəb olur. Statistikaya görə, kişilər genetik olaraq alapesiyaya(keçəlləşməyə) meyillidirlər. Hal-hazırda bu problem qadınlarda daha çox rast gəlinir.

Alapesiya (dazlaşma)- başın və ya dərinin digər tüklü nahiyələrin keçəlləşməsinə gətirib çıxaran proqressivləşən saç tökülməsidir.

Alapesiyanın növləri:

1.Diffuz- başda tüklərin nazikləşməsi və seyrəkləşməsi
2.Ocaqlı-tamamilə tüksüz ocaqların əmələ gəlməsi
3.Androgen mənşəli-qanda kişi cinsi hormonlarının səviyyəsi ilə əlaqəli olan kişi tipi
4.Total- ümumiyyətlə tüklərə rast gəlinmir

Alapesiyanın əlamətləri:

1.Hormonal dəyişikliklər (hamiləlik və laktasiya zamanı hormonal preparatların qəbulu)
2.Stress, əsəbi pozğunluqlar (yuxusuzluq,depressiv hallar,nevrozlar)
3.Orqanizmdə vitamin və mikroelementlərin çatışmamazlığı (80% qadınlar da dəmir, sink, selen və s. çatışmamazlığı baş verir.Bu hallara əsasən qanazlığı, güclü dieta zamanı rast gəlinir.)
4.Zəifləmiş immunitet
5.Genetik yolla keçə bilir.

Alapesiyanın müalicəsi:

Kosmetologiyada saç tökülməsinin müalicəsində mezoterapiyanın ve plazma liftinqin(PRP) əvəzsiz rolu var. Hər ikisi müxtəlif səbəblərdən olan saç tökülməsində istifadə olunur. 

İlk olaraq mezoterapiya haqqında məlumat vermək istəyirəm.

Mezoterapiya saçlı dərinin qan dövranını artırır və saç köklərini qidalandırır. Saç tökülməsini azaldır,yeni saç çıxışını sürətləndirir, mövcud olan saç çıxışını gücləndirir.

Mezoterapiya nədir?

Mezoterapiya problemli bölgədə dərinin orta qatına mikroiynələr vasitəsilə bəzi dərmanların yeridilməsidir. Bu məqsədlə dəri probleminə uyğun olaraq vitaminlər, minerallar,amin turşuları, antioksidantlar və digər tərkibli özəl dərman kokteylləri hazırlanır.Mezo preparatları saç dərisinə tədbiq edilən zaman saç hüceyrələrinə xəbərdarlıq göndərilir və həmin bölgədəki toxumaların yenidən normal funksiyalarına qovuşmasına imkan yaradır.

Plazma liftinq(PRP)nədir?

Plazma liftinq (PRP) qırışlar,sızanaq,ləkə,yara izləri,dəri çatlaqlarları,dəri sallanması və saç tökülməsində istifadə edilən bir üsuldur.PRP zamanı qanın tərkibindəki trombositlər plazmadan ayrılır.Bu trombositlər minerallarla və faydalı maddələrlə zəngindir.Trombositlər regenerasiya prosesində iştirak edərək orqanizmdə baş verən bütün prosesləri sürətləndirir. Məhz buna görə, ağır vəziyyətdə olan insanlara (əməliyyatdan,travma və yaralanmadan sonra)qan  yox plazma köçürülür.Saçlarin PRP-si zamanı pasientlərin baş dərisinə qanın plazması yeridilir.Bu prosedurdan sonra saç tökülməsi dayanır hüceyrə daxilindəki metabolizm aktivləşir, tük soğanaqları qidalanır, yeni tüklər əmələ gəlir.

PRP-nin göstərişləri:

1.Güclü saç tökülməsi
2. Yağlı və ya quru saçlarda
3. Kəpək,seboreya
4. Kimyəvi prosedurlarla və ya saç boyası ilə saçların zədələnməsi

Saç tökülməsinin profilaktikası:

1. Baş dərisini zədələnməyin
2. Müxtəlif multi-vitaminləri qəbul edin
3. Baş dərisini ilıq su ilə yuyun
4. Qışda baş örtüyüsüz küçəyə çıxmayın


Ülker Məmmədova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz