Diz oynağında menisk yırtıqları
Diz bizim ən sistematik təşkil olunmuş və ən böyük oynaqlarımızdan biridir. Dizlərdə meydana gələn ağrı həm onun quruluşundan, həm də funksiyasından asılı olaraq, fərqli səbəblərlə əlaqəli ola bilər. Gün ərzində müxtəlif hərəkətlərdə pilləkan enib-qalxarkən, avtomobildən enərkən, uzun müddət dizi bükük vəziyyətdə oturarkən diz önündə meydana gələn ağrı diz qapağı və diz içərisindəki anatomik strukturların ciddi probleminin olduğunun əlamətləri ola bilər.İstər həvəskar, istərsə də professional səviyyədə idmanla məşğul olan və ya ağır işlərdə çalışan insanlarda daha çox rastlanan diz ağrısı bu oynağın mürəkkəb biomexaniki xüsusiyyətlərindən asılı olaraq diz içi anatomik strukturlardan olan menisklərin zədələnməsi ilə daha çox əlaqəlidir.
Menisklər diz oynağının içərisində, elastik quruluşlu, oynaq səthlərini qismən örtən, çox vacib funksiyara sahib anatomik strukturdur. Medial və lateral menisk adı verilən və hər dizdə iki ədəd olan bu orqan, ağırlıq daşıma, idman əsnasında diz oynağına yük minməsi zamanı ``şok absorbsiyası`` funksiyasını həyata keçirir. Menisklərin ön ve arxa buynuzları, gövdə və kök qismləri vardır. 3 zona müəyyən edilmişdir: ``red-red zona``, ``white-red zona``, ``white-white zona`` . Bu zonalar meniskdəki yırtığın təmirinə qərar vermədə əsas alınacaq faktorlardır.
İdman zamanı və ya gündəlik həyatda dizlər, bükük vəziyyətdə ikən bədəni çox yüksək qüvvə ilə diz üzərində döndürdükdə menisk yırtığı meydana gəlir.Buna rotasional qüvvələr deyilir.Örnək olaraq futbolda rəqibi aldatma hərəkətləri, basketbolda feyk atma kimi hərəkətlər buna misal ola bilər.
Menisk yırtıqları yaşa görə dəyişkənlik göstərir:
– Gənc xəstələrdə əsas səbəb travmadır,vertikal menisk yırtığı daha çox rastlanır.
– Yaşlı xəstələrdə artroz(degenerativ oynaq xəstəliyi) əsas səbəbdir. Kompleks və ya horizontal yırtıqlar daha çox rastlanır
– Uşaqlarda menisk yırtıqları diskoid menisk zəminində daha çox yaranır.
Bir neçə formada rastlana bilər:
Yırtıq oynaq səthinə paralel uzanır, menisk üst ve alt yarıya ayrılır. Bu yırtıqlar daha çox 40 yaş üzərində, travma olmadan, degenerativ oynaq xəstəliyi zəminində meydana gəlir. Parameniskial kistlər horizontal menisk yırtığında daha çox rastlanır.
Oynaq səthinə perpendikulyar bir yırtıq görülür. Yırtıq cizgisi meniski iç və bayır hissələrə ayırır. Bu yırtıqlar 40 yaş altında, travma sonrası daha çox rastlanır.Meniskin arxa buynuzunda və kənari olaraq yerləşir (periferik yırtıq cizgisi). Periferik longitudinal yırtıqlar daha çox ÖÇB (Ön Çarpaz Bağ) yırtığı ilə birlikdə rastlanır. MRT-də meniskə dik, bir ya da hər iki oynaq səthi ilə də əlaqəli cizgi şəklində görünür.
Menisk funksiyasını ağır dərəcədə pozan vertikal istiqamətdə yırtıqlar olub sərbəst kənardan meniskə doğru uzanır. Daha çox medial menisk arxa buynuzunda ya da lateral meniskin ön buynuzun gövdə ilə birləşdiyi nahiyyədə yerləşir.
Radal menisk yırtığının xüsusi bir formasıdır. Koronar MRT görüntüsündə meniskial kök, tibia platosu üzərində uzanarkən görülməlidir. Sagital planda (MRT) arxa çarpaz bağın tam medialında iç meniskin arxa buynuzu seçilmirsə, kök yırtığından şübhələnilməlidir.
Menisk ekstruziyası (MRT-də Meniskin tibia platonun> 3 mm kənarına daşması) daha çox kök yırtığında rastlanır.
Kök yırtıqlarının rezeksiyası(yəni meniskektomiya) “hoop tension-strain” itirilməsinə gətirib çıxarır. Kök yırtığını və geniş radial yırtıqları qətiyyən rezeksiya etmək olmaz. Xüsusi metodlarla tikilməlidir.
Yuxarıda göstərilən yırtıq tiplərinin bir neçəsi birlikdə rastlanır. Kompleks yırtıqlarda Menisk fraqmantlərə ayrılmışdır.
Dil şəkilində yırtıq (flap) və ya “ Kova sapı yırtığı” ya da qopan müxtəlif ölçüdə hissəvi yırtıqlar görülə bilər. Çox kiçik parçalar artroskopiyada görülməyə bilər. Bu səbəbdən diz oynağının MRT (maqnit rezonans tomoqrafiya) ilə muayinəsi əsas şərtdir. Medial meniskin dil şəklində yırtıqları daha çox arxaya doğru AÇB (arxa çarpaz bağ) istiqamətində, bəzən isə dizin müxtəlif anatomik boşluqlarına doğru istiqamətlənir. Lateral menisk fragmentləri daha çox oynağın bayır yarımboşluqlarında yerləşir.
Longitudinal yırtıq parçalarının oynaq mərkəzinə yer dəyişdirməsi nəticəsində meydana gəlir. Daha çox medial (iç) meniskdə rastlanır. MRT ilə diaqnoz dəqiqləşdirilir. Lateral meniskin bu tipli yırtığı nadirdir.
Dizdə ağrı və kilidlənmə, yırtıq meydana gələn nahiyədə şişlik kimi şikayətlərlə yanaş, zədələnmə zamanı dizdən ``pop`` səsi də eşidilə bilər. Xroniki menisk yırtığı varsa yoxuş çıxarkən, qaçma zamanı yırtıq olan nahiyyədə küt ağrılar yarada bilər. Eyni zamanda, dizin tam bükülməsini məhdudlaşdıra bilər.
Tibbin digər sahələrində olduğu kimi, Ortopediya və Travmatologiyada da texnoloji yeniliklərdən faydalanırlar. Bir zamanlar açıq oynaq əməliyyatları bu yeniliklərlə əlaqədar olaraq yerini qapalı artroskopik əməliyyatlara vermişdır. Artıq açıq menisk əməliyyatları tarixə qovuşmuşdur. Menisk yırtıqlarında icra ediləcək əməliyyatlara menisk tikilməsi , mensikektomiya, menisk transplantasiyası göstərilə bilər . Menisk transplantasiyası texniki səbəblərdən ölkəmizdə hələ ki icra edilmir. Amma bu istiqamətdə çalışmalarımız davam edir. Yaxın gələcəkdə bu tip əməliyyatlara başlamağı planlaşdırırıq. Menisk tikilməsi və menisektomiya əməliyyatları tam qapalı şəkildə yəni artroskopik olaraq həyata keçirilir. Meniskektomiya yırtığın xarakterindən asılı olaraq edilir. Meniskektomiya təmas səthini artırıb ikincili qığırdaq zədələnmələrini sürətləndirir və degenerativ oynaq xəstəliyinə yol açır. Tikiş texnikalarının inkişaf etdirilməsilə əlaqədar olaraq meniskektomiya bir qədər məhdudlaşdırılmışdır. Demək olar ki, əksər yırtıqların rekonstruksiyası aparılır.
– 45 yaş altında olan xəstələrdə artroz əlamətləri yoxdursa, aşağı ətrafın mexaniki oxu normaldırsa, yırtıq tipi nə olursa olsun, cərrahi əməliyyat göstərişdir.
– 45 yaş üzərində olan xəstələrdə artrozun səviyyəsi, yırtığın tipi və aşağı ətrafın mexaniki oxunun vəziyyətinə görə qərar verilir.
– Menisk yırtıqlarında nə zaman cərrahi müalicə edilməlidir?
– Yeni keçirilmiş travma sonrasında ani başlayan ağrı;
– Kilidlənmə və dizdə şişlik;
– Menisklərin yerləşmə yerlərinə uyğun lokal ağrı;
– MRT-də vertikal, radial, kompleks, oblik menisk yırtıqları artroskopik cərrahi müalicə edilirlər.
Mövzu ilə bağlı videolar:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.