Rəna Abdullayeva hekimtap.az

Rəna Abdullayeva

Onkoloq

28 il iş təcrübəsi

Bakı
Axardaxili papilloma

Axardaxili papilloma

Müəllif: Onkoloq-mamoloq Rəna Abdullayeva
3320

Paylaşıldı: 04.12.2019
Rəna Abdullayeva

Axardaxili papilloma nədir?
 

Axardaxili papilloma süd vəzilərin papilyar tipli xoşxassəli törəməsidir. Axarın epitel hüceyrələrinin proliferasiyası nəticəsində yaranır. Süd vəzilərin axarlarının daxilində gilədən tutmuş terminal axarlara kimi əmələ gələ bilir.Lokalizasiyasına görə mərkəzi (subareolyar zonada) və periferik olur. Daha çox çoxsaylı olur,bilateral və ipsilateral ola bilir.Axardaxili papilloma bütün süd vəzi xəstəliklərindən 10% təşkil edir.Bədləşməsi (maliqnizasiya) mümkündür,xərçəng önü xəstəlik sayılır.
 

AXARDAXİLİ PAPİLLOMA ƏMƏLƏ GƏTİRƏN RİSK FAKTORLARI:

-hormonal disbalans (bəzi endokrin orqanların funksional pozğunluğu fonunda);
-stress;
-hormonal preparatların qəbulu;
-irsi faktor;
-piylənmə;
-zədə;

AXARDAXİLİ PAPİLLOMA SİMPTOMLARI:

Bəzən simptomsuz keçir.Əsas simptomu gilədən ifrazatın gəlməsidi (rəngi,qədəri,konsistensiyası müxtəlif olur). Bəzən düyünün əllənməsi də qeyd oluna bilər.

AXARDAXİLİ PAPİLLOMANIN DİAQNOSTİKASI: 

-gilədən gələn ifrazatdan yaxmanın götürülməsi, sitoloji müayinəsi ilə;
-ultrasəs müayinəsi;
-mammoqrafiya;
-duktoqrafiya –kontrastlı mammoqrafiya ( sitoloji müayinə zamanı atipik və ya  iltihab hüceyrələrinin aşkar olunması duktoqrafiya üçün əks göstəriş sayılır )
-maqnit-rezonans tomoqrafiya ( MRT) 
-incə iynə aspirasion və ya tru-cut biopsiya, patomorfoloji müayinə ilə;

AXARDAXİLİ PAPİLLOMANIN MÜALİCƏSİ:

-cərrahi əməliyyat

AXARDAXİLİ PAPİLLOMANIN PROFİLAKTİKASI:

-risk faktorlardan uzaqlaşmaq;
-özü-özünü müayinə;
-profilaktiki ildə bir dəfə həkim baxışı və müayinələr.


Rəna Abdullayeva

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz