Bütün nevroloji xəstəliklərin müalicəsi Türkiyədə ixtisaslaşmış Nevroloq və EEQ üzrə mütəxəssis Jalə Qarayeva tərinfindən müayinə , müalicə.

Jalə Qarayeva

Nevroloq

14 il iş təcrübəsi

Bakı
qəbizlik nədir və müalicəsi

Qəbizlik

Müəllif: Nevroloq Jalə Qarayeva
6331

Paylaşıldı: 26.04.2018
Jalə Qarayeva

Qəbizlik nədir?

Qəbizlik – nəcis ifrazının (defekasiya) 48 saatdan gec olaraq baş verməsidir. İnkişaf etmiş ölkələrdə əhalinin 10%-ə qədəri xroniki (daimi) qəbizlikdən əziyyət çəkir. Özü də bu hala qadınlarda kişilərə nisbətən 3 dəfə çox rast gəlinir.

Qəbizliyin yaranma səbəbləri

Demək olar ki, bütün insanlar səyahət zamanı, stresdən və ya əməliyyatdan sonra qəbizlikdən əziyyət çəkiblər. Bu cür qəbizlik halları adi həyat tərzinə qayıtdıqda aradan qalxır və xəstəlik hesab olunmur. Yox əgər belə vəziyyət tez-tez təkrar olursa və adət halına çevrilirsə bunun ciddi müayinə və müalicəyə ehtiyacı var.

Qəbizlik müxtəlif səbəblərdən yarana bilər:

 – Düzgün tərtib olunmayan diyetalar;
 – Mədə-bağırsaq traktının xəstəlikləri (xora xəstəliyi, xroniki pankreatit, disbakterioz, qıcıqlanmış yoğun bağırsaq sindromu, yoğun bağırsaq şişləri);
 – Bərkimiş nəcis kütlələrinin bağırsaq toplaşması (“kal daşları”);
 – Ağrılarla müşayiət olunan və bağırsaqların boşalmasına mane olan anal dəlik xəstəlikləri (anal çatlar, hemorroy, paroproktit);
 – Nevroloji xəstəliklər (insult, Parkinson xəstəliyi, onurğa beyinin zədələnməsi və şişləri, dağınıq skleroz);
 – Endokrin sistemi xəstəlikləri (hipotireoz, şəkərli diabet və s.);
 – Bəzi preparatların qəbulu;
 – Depressiya.

Qəbizliyə, həmçinin, hamiləlik vaxtı da tez-tez rast gəlinir (qadınların təqribən üçdən ikisi bundan əziyyət çəkirlər).    

Qəbizliyin əlamətləri

Qəbizlik zamanı qarın nahiyəsində ağrı və burulma hissi xəstəni incidə bilər. Defekasiyadan və ya qazlar çıxdıqdan sonra yüngülləşmə hiss olunur.

Qəbizlik zamanı yaranan köpmə ürək ağrıları, ürək döyüntüləri və s. ilə müşayiət edilə bilər. Həmçinin, iştaha pozulur, gəyirmə, ağızda xoşagəlməz dad əmələ gəlir. Tez-tez baş ağrıları və bədən əzələlərində ağrılar müşahidə edilir. Əsəbilik, əhval-ruhiyyənin korlanması, yuxunun pozulması qeydə alınır.

Qəbizliyin əlamətləri dəridə də özünü göstərə bilər – o, rəngi avazımış, sarı çalarlı, elastikliyi itmiş olur.

Uzun müddətli qəbizlik bəzən övrə və başqa allergik hallarında yaranmasına səbəb olur.

Qəbizliyin təhlükəsi

Qəbizlik özünə ciddi münasibət tələb edən bir xəstəlikdir. Qəbizlik tez-tez qarında ağırlıq, meteorizm və ağrılı defekasiya yaratmaqla yanaşı, uzun müddət davam edərsə, bağırsaq keçilməzliyi, divertikulyoz, toksik meqakolon, hemorrodial qanaxma kimi təhlükəli ağırlaşmalara gətirib çıxara bilər.

Bəzən qəbizlik ciddi nevroloji, endokrin, mədə-bağırsaq və hətta onkoloji xəstəliklərdən xəbər verə bilər. Həkimə vaxtında müraciət etməklə, əsas xəstəliyi aşkara çıxarmaq və onun müalicəsinə nail olmaq mümkündür. Həm də istənilən halda, qəbizliklə mübarizədə optimal taktikanı yalnız həkim seçə bilər.   

Uzunmüddətli qəbizliklərin ən qorxulu ağırlaşması yoğun bağırsağın xərçəngidir. Hesab olunur ki, şiş bağırsaqda kanserogen maddələr (xərçəngin əmələ gəlməsinə səbəb olan) yaradan möhtəviyyatın durğunluğundan yaranır.

Qəbizliyin diaqnostikası

Qəbizliyin həkimin konsultasiyası olmadan müstəqil müalicəsi düzgün diaqnozun qoyulmasını və müalicəni çətinləşdirə bilər.

Qəbizliyin səbəbələrini müəyyənləşdirmək üçün aşağıdakılar vacibdir:

 – Həkim-qastroenteroloq və ya proktoloqun müayinəsi;
 – Ginekoloqun müayinəsi (qadınlar üçün);
 – İrriqoskopiya – bağırsaqların rentgen müayinəsi;
 – Kolonoskopiya – bağırsağın 1 m-dək olan hissəsinin xüsusi aparat (kolonoskop) vasitəsilə düz bağırsaqdan daxil edilməklə müayinəsi.

Bəzi hallarda həkim nəcisin müayinəsini, yoğun bağırsağın hərəkət funksiyasının müayinəsini, qarın boşluğu orqanlarının USM-ni təyin edə bilər. Bundan başqa, endokrinoloq, nevropatoloq və s. mütəxəssislərin müayinəsi də göstəriş ola bilər. 

Qəbizliyin müalicəsi

Qəbizliyin müalicəsi təkcə nəcis kütlələrinin evakuasiyası üçün tədbirlər görməkdən ibarət olmayıb, həmçinin onların gələcəkdə yenidən yaranmasının qarşısını almaqdır. Bir daha xatırladaq ki, xroniki formaya keçmiş qəbiziliyi yalnız həkim müalicə etməlidir. O, səbəbləri ortaya çıxarır, yanaşı gedən xəstəlikləri müəyyənləşdirir və terapiya təyin edir. Bu halda qəbizliyin ev şəraitində müalicəsi yolverilməzdir, çünki o, başqa bir xəstəliyin simptomu ola, digər yanaşı gedən patologiyalar yarada bilər.  Bundan əlavə, qəbizliyin müalicəsində istifadə olunan preparatların növündən asılı olaraq müalicə müddəti də fərqlidir. Xəstələrin həkim təyinatı və nəzarəti olmadan bu preparatlardan istifadəsi onlarda "tənbəl bağırsaq" sindromu yarada bilər ki, xəstələr həmin preparatdan asılı hala düşə bilərlər.

Qəbizlik zamanı qarınişlədici preparatların müstəqil şəkildə qəbulu və ya yan təsirləri nəzərə alınmadan imalələrin edilməsi bağırsağın peristaltikasını azalda bilər.

Qəbizliyin əsas müalicəsi ondan ibarətdir ki, xəstəliyin xroniki formaya keçməsinə yol verilməsin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Jalə Qarayeva

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz