Elşən Nəsibov hekimtap.az

Elşən Nəsibov,PhD

Plastik cərrah

Tibb üzrə fəlsəfə doktoru

18 il iş təcrübəsi

Bakı
Blefaroplastika

Blefaroplastika

Müəllif: Plastik cərrah T.Ü.F.D. Elşən Nəsibov , Əlaqə: (+994) 55 212-88-34
2963

Paylaşıldı: 04.03.2020
Elşən Nəsibov

   Blefaroplastika nədir?

   Son zamanlar blefaroplastika əməliyyatına çox böyük ehtiyac duyulduğundan insanlarımızın bu istiqamətdə maarifləndirilməsini vacib sayaraq, Sizlərə göz qapaqlarının estetik əməliyyatları haqqında məlumat verəcəyik.

   Blefaroplastika bütün hallarda göz qapaqlarını hədəfləsə də periorbital nahiyyənin əvvəlcədən qiymətləndirilməsi vacib şərtlərdəndir. Üst blefaroplastikada əsas şərt qaşın qorunması, sabitləşdirilməsi və ya yüksəldilməsi və üst göz qapağındakı dolğunluğun qorunub saxlanmasıdır. Qaş və göz qapağında müşahidə olunan ptoz əməliyyat sırasında aradan qaldırılmalıdır.

   Göstəriş:

   İnsan yaşa dolduqca göz qapaqlarını saxlayan əzələlər zəifləyir, göz qapaqlarının dərisi genişlənərək sallanmış olur ki, bu da adamın həm yorğun, həm də estetik cəhətdən bir qədər yaşlı görünməsinə gətirib çıxarır.Nəticədə yuxarı və aşağı göz qapaqlarının altında artıq miqdarda piy toxumasının toplanması üst göz qapaqlarında sallamanı, alt göz qapaqlarında isə sallanma və şişkinliyi artırmış olur ki, bununla da insan yaşlı göünməklə yanaşı ön-yan görmənin zəifləməsindən əziyyət çəkmiş olur.

   Alt göz qapağında aparılan estetik əməliyyatlara adətən anadan gəlmə qüsurları olan insanlar müraciət edirlər.

   Əks göstəriş və ağırlaşma:

   Blefaroplastika təhlükəsiz əməliyyat sayılsa da, hər bir aparılacaq əməliyyatın risk faktorları və ağırlaşmaları vardır. Hər hansı analgetik və digər preparatlara qarşı həssaslığın olması, ağır forma şəkərli diabet, laxtalanma pozğunluğu və s. Ən vacib ağirlaşma əməliyyatdan sonrakı günlərdə şişkinliyin (ödem) artmasıdır. Bu zaman həkimə vaxtında müraciət olunmalıdır. Hər bir baş verə biləcək ağırlaşmaya ciddi yanaşmaq lazımdır ki, postoperasion dövrdə regenerasiya və reabilitasiya dövrü uzanmasın.

   Əməliyyatın texnikası:

   Göz qapaqlarında aparılan estetik əməliyyatları tək və ya üzdə aparılan digər əməliyyatlarla birgə icra etmək mümkündür.

   Əməliyyat sahəsinə yerli analgetiklərlə inyeksiya olunmamışdan əvvəl üst göz qapağında kəsiləcək nahiyyə markerlərin köməyi ilə simmetrik işarələnməlidir. Kəsik aparılacaq xəttin aşağı kənarı göz qapağı ucundan ~ 0,4-0,6 sm məsafədə olmalıdır ki, əməliyyatdan sonra  həm göz qapağı dərisinin normal anatomik quruluşu, həm də göz qapağının distal nahiyyəsinin vaskulyarizasıyası pozulmasın.     Əgər artıq sallanmış dəri üst göz qapağının mərkəzi hissəsini əhatə edirsə, bu zaman ellipsvari kəsiklə kifayətlənmək yetərlidir. Yox əgər artıq toxuma bayıra doğru davam edirsə, kəsik bu sahəyə qədər ~ -vari də davam etdirilməklə əməliyyat icra oluna bilər.

   Alt blefaroplastika əməliyyatının köməyi ilə aşağı göz qapağı dərisinin sallanmasını, artıq miqdarda yığılmış piy toxuması və qırışların aradan qaldırılmaqla cavanlaşdırıcı effektif-estetik nəticəni əldə etmək mümkündür.

   Alt göz qapağında isə fərqli eksiziya planlaşdırılır. Alt göz qapağının korreksiyaedici əməliyyatlarında rotasiya yalnız yuxarı deyil, eyni zamanda da bayır istiqamətdə də aparılmalıdır. Kəsik xətti bayır bucaqdan xaricə və azca aşağıya doğru aparılır.

   Nəticə:

   Gözlər üzün ən vacib və cazibəli nahiyyəsi olduğu üçün blefaroplastika aparılan zaman təbii cizgiləri pozmadan alt və üst göz qapaqlarında daha gənc bir görüntü əldə etmək vacib şərtdir.


Elşən Nəsibov,PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz