Rəna Abdullayeva hekimtap.az

Rəna Abdullayeva

Onkoloq

28 il iş təcrübəsi

Bakı
Süd vəzi xərçəngi

Süd vəzi xərçəngi

Müəllif: Onkoloq-mamoloq Rəna Abdullayeva
2584

Paylaşıldı: 19.01.2020
Rəna Abdullayeva

SÜD VƏZİ XƏRÇƏNGİ NƏDİR?

Süd vəzi xərçəngi axar və paycıq parenximasının epitel hüceyrələrindən əmələ gələn bədxassəli törəmədir.
Süd vəzi xərçəngi dünyada qadınlar arasında onkoloji xətəliklərdən ən tez-tez rast gələn xəstəlikdir.

SÜD VƏZİ XƏRÇƏNGİNİN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ:

Tam öyrənilməyib, amma xəstəliyin hüceyrə genomunda hormonların və xarici amillərin təsirləri ilə əlaqəsi sübut olunub.

SÜD VƏZİ XƏRÇƏNGİNİN RİSK FAKTORLARI:

1) 12 yaşından tez menstruasiya olması;
2) 55 yaşından yuxarı mentruasiyadan kəsilməsi;
3) Abortlar,doğuşun olmaması,30yaşindan yuxarı doğuşun olması;
4) Uşağı əmizdirməmək və az əmizdirmək;
5) Hormonal preparatların qəbulu;
6) Ginekoloji xəstəliklər;
7) Piylənmə;
8) Süd vəzinin zədələnməsi;
9) Ailə faktorları;
10) İrsi faktor ( BRCA 1,BRCA 2 genlərin mutasiyası );
11) Alkoqolun qəbulu.

SÜD VƏZİ XƏRÇƏNGİNİN ƏLAMƏTLƏRİ:

1) Süd vəzidə və ya qoltuqaltı nahiyyədə sərtlik,düyünlü bərkimə sahəsi və ya
törəmənin olması;
2) Süd vəzin deformasiyası,formaca və ölçücə dəyişiklilyi;
3) Dəridə və gilədə batma,qızartı,büzüşmə,qalınlaşma,xoralaşma əlamətləri;
4) Gilədən ifrazatın gəlməsi ( daha çox qanlı,tünd rəngdə olan);

SÜD VƏZİ XƏRÇƏNGİNİN HİSTOLOJİ FORMALARI:

1) Qeyri invaziv forma:

  • Axar xərçəngi in situ
  • Paycıq xərçəngi in situ

2) İnvaziv forma:

  • Axar
  • Paycıq
  • Selikli
  • Medulyar
  • Papilyar
  • Tubulyar və s.

3) Pedjet xəstəliyi.

SÜD VƏZİ XƏRÇƏNGİNİN KLİNİKİ FORMALARI:

1) Düyünlü forma;
2) Diffuz forma;
3) Pedjet xəstəliyi.
Sayına və yerləşməsinə görə:
1. Birtərəfli ( ipsilateral)
İkitərəfli ( bilateral)
2. Solitar
Multifokal
Multisentrik.

SÜD VƏZİ XƏRÇƏNGİNİN DİAQNOSTİKASI:

1) Mammoloqun baxışı;
2) Ultrasəs müayinəsi;
3) Mammoqrafiya;
4) Biopsiya;
5) Süd vəzi MRT müayinəsi;
6) PET KT müayinəsi.

SÜD VƏZİ XƏRÇƏNGİNİN MÜALİCƏSİ:

1) Cərrahi əməliyyat;
2) Kimyaterapiya;
3) Şüa terapiya;
4) Hormonterapiya.

SÜD VƏZİ XƏRÇƏNGİNİN PROFİLAKTİKASI:

1) Özü-özünü müayinə ( mensrtuasiya olan qadınlar tsiklin 7-14cü günündə,menstruasiyası qeyri-mütəmadi olan və ya tamamilə olmayan qadınlar isə ayda bir dəfə eyni tarixdə özü-özünü müayinə etməlidir);
2) Vaxtı-vaxtında həkimə müraciət etmək və müayinə olunmaq ( şişönü xəstəlikləri vaxtında aşkarlanması və müalicə edilməsi məqsədilə 40 yaşına qədər sağlam qadınlara ildə bir dəfə mammoloqun baxışı,göstəriş olarsa USM və ya MMQ olunur.40 yaşdan yuxarı olanlar ildə bir dəfə mammoloqun baxışı və MMQ tibbi göstəriş olarsa USM, MRT olunur);
3) İrsi faktor aşkar olunduqda ( BRCA 1 və BRCA 2 genlərində mutasiya) profilaktik əməliyyat olunması;
4) Sağlam qida və sağlam həyat tərzi.


Rəna Abdullayeva

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz