Mastit
MASTİT NƏDİR?
Mastit süd vəzin iltihabına deyilir. Tez yayılan iltihab prosesi vəzli toxumanın irinli destruksiyasına, prosesin generalizasiyası isə sepsis əmələ gətirə bilər.
MASTİTİN NÖVLƏRİ:
1.a)laktasion(əmizdirən qadınlarda)
b)qeyri laktasion(əmizdirməklə bağlı olmayanda).
Mastitlərin 90-95% laktasion,5-10 % isə qeyri laktasion olur.
2.a) xroniki mastit
b) kəskin mastit
3.a) birtərəfli mastit
b) ikitərəfli mastit
4.Kliniki gediş formalarına görə mastitin təsnifatı:
a) serroz
b) serroz-infiltrativ
c) irinli;
-irinli-infiltrativ
-absesləşmiş
-fleqmanoz;
-qanqrenoz.
5.Yerləşməsinə görə
a) subareolyar
b) dərialtı
c) intramammar
d) retromammar
MASTİTİN SƏBƏBLƏRİ:
Patogen mikroorqanizmlərlə yoluxma nəticəsində (əmizdirən qadınlarda laktostaz fonunda) əmələ gəlir. Mastitin törədicilərindən ən tez-tez streptokok, stafilokok, vərəm mikobakteriya, kandidaya rast gəlinir. Mikroblar süd vəziyə dəridən, gilədən (zədə nəticəsində), və ya hemotogen, limfogen yollarla (başqa infeksion ocaqdan) düşə bilər.
LAKTASİON MASTİTİN RİSK FAKTORLARI:
-laktostaz;
-gilənin anormal quruluşu (əmizdirmənin bununla bağlı çətinlikləri);
-əmizdirmə qaydalarının pozulması;
-südün çox olması;
-zədə;
-gilə çatları;
-başqa orqanlarda olan kəskin iltihab və ya uzun sürən xroniki infeksion proseslər;
-stress faktorları;
-immunitetin zəifləməsi;
-hormonal disbalans;
QEYRİ-LAKTASİON MASTİTİN RİSK FAKTORLARI:
-hormonal pozğunluq;
-immunitetin zəifləməsi;
-başqa orqanların infeksion prosesləri;
-maddələr mübadiləsinin pozulması;
-zədə (əməliyyatlar,pirsinq,alt paltarın dar olması daxil olmaqla)
MASTİTİN SİMPTOMLARI:
-Süd vəzidə ağrı, bərkimə sahələri, ödem,dəridə qızartı, yerli hərarətin yüksəlməsi;
-ümumi hərarətin yüksəlməsi, zəiflik, baş ağrı, iştahın pozulması, ürəkbulanma;
-limfa düyünlərin böyüməsi, ağrısı.
MASTİTİN DİAQNOSTİKASI:
-həkim baxışı;
-ultrasəs müayinəsi;
-irinli möhtəviyyatın və ya ifrazatın və ya südün bakterioloji müayinəsi və antibiotiklərə həssaslıq;
-biopsiya sitoloji və ya histoloji müayinə ilə;
-qan analizləri.
MASTİTİN MÜALİCƏSİ:
-əmizdirən qadınlara (mastitin növünə görə) əmizdirmə qaydalarıni öyrətmək və ya laktasiyanı dayandırmaq ;
-konservativ müalicə ( irinləməmiş mastitlərdə);
-cərrahi əməliyyat ( irinləmiş mastitlərdə).
MASTİTİN PROFİLAKTİKASI:
-əmizdirmənin düzgün aparılması(laktasion mastitlərdə);
-şəxsi gigiyenaya riayət etmək;
-öz-özünü müayinə;
-infeksion xəstəliklərin vaxtında müalicəsi.