Yeni ailə quranlarda cinsi zəiflik hekimtap.az

Yeni ailə quranlarda cinsi zəiflik

1640
Автор: Androloq Azər Mirzəyev , Əlaqə: 050 311-36-88

Опубликовано: 09.03.2020
Азер Мирзoев

Son vaxtlar yeni ailə quranlarda cinsi zəiflik problemlərinə tez-tez rast gəlinir.Bu çox ciddi bir problemdir və gələcək genefondun qorunmasında xüsusi əhəmiyyət kəsb edir.

Səbəbləri: Sinir-psixoloji gərginlik, Nevrozlar, Cinsi yolla keçən infeksiyalar, Hormonal pozğunluqlar, Cinsi sferada düzgün maariflənmənin olmaması və s.

Ümumiyyətl yuxarıda sadalanan səbəblərin əmələ gəlməsində əsas 2 məqamı göstərmək lazımdır. Bu Fizioloji və psixoloji məqamlardır. Belə ki, fizioloji olaraq problemin əmələ gəlməsində aşağıdakı səbəbləri göstərmək olar:

---Şəkərli diabet: Orqanizmdə qan-damar sistemində, sinir uclarında mikrosirkulyasiyanın pozulması sonda cinsiyyət orqanına qan axınının zəifləməsinə gətirib çıxarır.

----Qan dövranında olan pozğunluqlar: Ürək-damar sisteminin xəstəlikləri, hipertoniya, dərman preparatlarının qəbulu, zərərli vərdişlər.

-----Sinir sisteminin xəstəlikləri: Baş beyin və onurğa beynindən gələn sinir impulslarının ötürülmə prosesinin pozulması. Bunun nəticəsində ereksiya və toxumçıxarma prosesi pozulur ki, bu da ereksiyanın tez baş verməsi, tez boşalma kimi özünü biruzə verir.

-----Hormonal çatmamazlıq: Testosteronun aşağı olması nəticəsində seksual həvəsin bloklanması baş verir. Bu çox vaxt qara ciyər,böyrəklərin funksiyasının pozulması, qadın hormonlarının (prolaktin,esteroqen) çox ifraz olunması ilə əlaqədar olur.

-----Həddən artıq fiziki yüklənmə: Həddən artıq fiziki aktivlik-qaçış, üzgüçülük, müxtəlif ağır fiziki işlər sonda potensiyanı zəiflədə bilər.

----Qeyri-düzgün qidalanma: Kofe və kofein tərkibli içklərdən həddən artlq istifadə potensiyaya mənfi təsir edir.

Yeni ailə quran gənclərdə və cavan yaşlı kişilərdə tez-tez sinir-psixi gərginlik, stress, depresiya ilə bağlı hallar potensiyanın zəifləməsinə və ya itməsinə səbəb ola bilər. Burada əsas problemlər aşağıdakılardır:

1.Cütlüklər arasında psixoloji münasibətlərin zəifləməsi:

----Hisslərin sönməsi. Bu proses çox vaxt düşüncəli şəkildə baş verir. Belə ki,həyat yoldaşı öz xanımını çəkisinin artması,sellülit, oçki taxırsan, linza tax, məni daha həvəsə gətirmirsən kimi və s. sözlərlə haqsız olaraq günahlandırırlar. Bəzən ailədə hər biri özünə qapanır və qarşı tərəfin problemini görmür. Məsələn xanım özünə qapanaraq həyat yoldaşının işdə yaranan problemini nəzərdən qaçırır ki, bu da ərin ona qarşı marağın sönməsi kimi qiymətləndirir və cinsi marağı get-gedə sönür. Bu da ailədə qarşılıqlı marağın sönməsinə səbəb olur.

-----Seksdə yeniliklərin hər iki tərəf tərəfindən müxtəlif qiymətləndirilməsi. Belə ki,cinsi münasibətlərdə fantaziya və maraqların üst-üstə düşməməsi sonda cinsi həvəs və marağın sönməsi ilə nəticələnir.

-----Daimi stress. Bu hal hər gün qazanc dalınca qaçan, ağır fiziki və ya əqli işlə məşğul olanlarda daha çox müşahidə olunur. Yəni iş yerində (ofisdə) yaşanan daimi stress,uzun müddət kompyuterdən istifadə, uzun növbəli tıxaclar, ardı-arası kəsilməyən telefon zəngləri və s.,kişilərin sinir sisteminə çox neqativ təsir edir. Onlar az yatırlar, qeyri-düzgün qidalanırlar, vitamin-mineral defisiti yaranır ki, bu da sonda stresin toplanmasına və qarşılıqlı münasibətlərin sönməsinə gətirib çıxara bilər.

Sonda onu qeyd etmək istəyirəm ki,əgər yuxarıda sadalanan halların qarşısını vaxtında almaq mümkün olsa onda hər bir ailədə normal harmoniya, normal intim münasibətlər, normal ailə strukturunun formalaşdırmaq olar. Bunun üçün hər iki tərəf istəsə -münasibətlərin bərpa olunmasına maraqlı olmalı və düzgün seçilmiş androloqun köməyi ilə istəklərinə-arzularına çata bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az