Piylənmə xroniki xəstəlikdir
 hekimtap.az

Piylənmə xroniki xəstəlikdir

2596
Автор: Op. Dr. Əlif Hüseynzadə

Piylənmə nədir?

Piylənmə (artıq çəki) bədənin yağ kütləsinin normadan çox olmasıdır və bu  bədən kütlə indeksi (BKİ) adlandırdığımız bir ölçü ilə ölçülür. BKİ kilonun orqanizmin boyunun kvadratına bölünməsi ilə hesablanır. BKİ 18,5-24,9 kg/m2 olması sağlam və ya normal olaraq qəbul edilir, 25-29,9 kg/m2 arası kilolu, BKİ > 30kg/m2 olması piylənmə kimi qəbul edilir. Piylənmədən əziyyət çəkənlərdə BKİ > 40 kg/m2 olması artıq ölümcül piylənmə kimi qəbul edilməkdədirik.

Bədən kütlə indeksi — BKİ (kg/m2)

  • Zəif - < 18,5
  • Normal - 18,5-24,9
  • Kilolu  - 25-29,9
  • Piylənmə - ≥ 30
  • I dərəcə - 30-34,9
  • II dərəcə - 35-39,9
  • III dərəcə - ≥ 40 (Ölümcül)

Günümüzdə Piylənmə (artıq çəki ) həm yayılmasına həmçinin də sağlamlıq baxımından ən ciddi bir problemə çevrilmişdir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əhalinin 30 %-nin kilolu 30 % -nin isə piylənmədən əziyyət çəkdiyi artıq qəbul edilmişdir. Günümüzdə dünyada 500 milyon yetişkin insan , 500 milyon uşaq piylənmə  ilə əlaqədar sağlamlığında problem yaşadığı aşkar edilibdir.

Piylənmə (artıq çəki) kardiovaskulyar səbəblərlə bağlı ölüm riskini artıran bir xəstəlikdir. Piylənmə digər tərəfdən Arterial hipertenziya (təzyiq xəstəliyi), Dislipidemi, 2 ci tip şəkərli diabet, öd kisəsi xəstəlikləri, osteoartrit, yuxu apnesi və  bir çox xərçəng xəstəliklərinin yaranmasına təkan verən xronik bir xəstəlikdir. Piylənmənin təkcə biolojik olaraq yox həmçinin insanlar arasında psixososial və ekonomik olan təsirləri də danılmazdır. Normal insanlarla müqayisədə piylənmədən aziyyət çəkən insanlar 30 % halda həkimə daha çox müraciət edir , 50 % halda xəstəxanalarda daha çox yatır, 80 % halda daha çox dərman preparatları qəbul edirlər.

Piylənmə və piylənmədən əziyyət çəkən insanlar haqqında bəzən fərqli düşüncələr mövcuddur. Sankı bu insanlarda iradə zəifliyi kimi səbəblərdən piylənmənin yarandığını düşünürlər. ancaq piylənmənin əsasında genetik bir faktor , modern həyat tərzi , insanların buna uyğun ətrafı və s kimi bir  çox səbəblər durur. Modern yaşam tərzi , az hərəkətlilik , qidalanma formasının dəyişməsi kimi səbəblər ən önəmli faktorlardandır. Piylənmənin yayılmasıyla əlaqədar çox vasitələr təklif edilir. Ancaq effektivlik və daimiliyi olmadığından son zamanlarda Bariatrik Cərrahiyyə daha çox tətbiq edilməyə başlamışdır.

Bariatrik Cərrahiyyənin tətbiqinə 20 ilə yaxın nəticələr mövcuddur. Tətbiq edilən Bariatrik Cərrahi əməliyyatlar sonrasında 11 illik bir müşahidədə 30 % ölüm riskinin azaldığı təsdiq edilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az