Düyünlü ur - zob
 hekimtap.az

Düyünlü ur - zob

12743
Автор: Tibb üzrə fəlsəfə doktoru, cərrah-endokrinoloq Azər Hümmətov

Опубликовано: 01.03.2018
Азер Гумматов

Tərifi

Qalxanabənzər vəzidə müxtəlif morfoloji xarakteristikaya malik bütün ocaqlı törəmələri əhatə edən klinik anlayışdır.

Təsnifatı

Sayı: Təksaylı, çoxsaylı
Klinik/ morfoloji: Xoş və bədxassəli
İncə iynə aspirasion biopsiyasının nəticəsinə görə: I-Az informativ; II-Xoşxassəli; III- önəmi bilinməyən atipiya; IV- Folikulyar və Hürtle hüceyrəli neoplaziya; V-Bədxassəliyə şübhəli; VI-Bədxassəli
Klinkasına görə: Asimtomatik, simptomatik
Düyünlərin ssintoqrafiya zamanı fuksiyasına görə: “Hiperfunksional-isti”; “İzofunksional-ilıq”; “non-funsiona-soyuq”
Ətraf toxumalara münasibətinə görə: Ətraf toxumaları kompressiya edən; Ətraf toxumaları kompressiya etməyən;

Rastgəlməsi

 - Ümumi populyasiyada palpasiya edilən qalxanvari vəzi düyünləri qadınlarda 10%, kişilərdə 2%-dir. Kliniki əlaməti olmayan qalxanvari vəzi düyünlərinin USM ilə aşkarlanması 20-76% təşkil edir.
 - Solid düyünlərin  80%-i  kolloid düyünlər, kistalar və tiroiditlərda -xoşxassəli, 10-15% -i folikulyar törəmələr və 5% isə bədxassəli olur.

Etiologiya və patogenez

 - Düyünün əmələ gəlməsində: orqanizmə yodun xronik az daxil olması,  irsi faktorlar, follikulyar epi­te­lidə yüksək proliferasiya ,İnsu­linəbənzər böyümə faktoru mühüm rol oynayır.
 - Düyünün əmələ gəlməsində immun sisteminin  əhəmiy­yəti çox böyükdür. Vəzin düyünlü törəmələrinin histoloji müa­yinəsində 96% hallarda  limfositar infiltrasiyanın möv­cudluğu immunitetin rolunu təsdiq edir. Bununla yanaşı düyünlü pato­lo­giyalar zamanı T-helper və T-supressorların dis­­balansı müəy­yən olunur.

Gedişi və ağırlaşmaları

 - Qalxanvari vəzi düyünlərinin 90%-i xoşxassəli, 5-10%-i bədxassəli olur.
 - Düyündaxili qanaxma, maliqinazisiya , ətraf toxuma və orqanlara kompressiya törədə bilirlər
 - Baş və boyun nahiyəsi radiasiyaya məruz qalanlarda bədxassəli riski artır
 - Yaşın 14-dən kiçik, 70-dən böyük və  kişi cinsiyyəti olması bədxassəli riskini artıran amillərdir.

Klinikası

 - Qalxanvari vəzi düyünləri əksər hallarda simptom törətmirlər, təsadüfi müayinələrdə tapılırlar
 - Bəzi xəstələrin palpasiyası zamanı boyunda kütlə olduğu təsbir edilir
 - Düyünlər böyük ölçüyə çatdıqda sıxılma və boğulma hissi verirlər

Diaqnostikası

Şübhə

 - Qalxanabənzər vəzidə düyün tapılan xəstədə  onun bəd və ya xoş xassəli olması müəyyənləşdirmək lazımdır;
 - USM zamanı  bədxassəli düşündürən göstəriciləri: hipoexogenliyi, düyün daxili qanlanması, kənarının hamar olmaması, mikrokalsifikasiyalı, halo yoxluğu, ön-arxa ölçünün köndələn ölçüdən uzun olması, patoloji limfa vəzilərinin olmasını araşdırmaq lazımdır;
 - Ailə anamnezində QV xərçəngini qeyd edərsə bu şübhə daha da artır.

Dəqiqləşdirmə

 - Görüntüləmə üsulları qalxanabənzər vəzi düyünlərini 100% dəqiqləşdirməyə imkan verir.
 - Diaqnozu dəqiqləşdirmək üçün USM və İİAB müayinələri aparılır
 - Düyünlərin funksional fəliyyətini yoxlamaq üçün tireoid hormonları və ssintoqrafiya aparılması göstərişdir.
 - Larinqoskopiya həm xoş,  həm də bədxassəli  düyünlərin öncədən var olan səs dəyişikliklərini təsbit etmək üçün aparılır.

Diaqnostik kriteriyaları:

 - Palpasiya zamanı bərk və ya elastik konsistensiyalı düyünün əllənməsi;
 - USM-də vəzin parenximasında solid və ya kistoz düyünün aşkarlanması;
 - Eutiroid zamanı TSH, s.T3 və s.T4 normal olması;
 - Düyün sürətli böyüyərsə ətraf toxumaları sıxarsa sıxılma,boğulma və səsin karlaşması;

Müalicə

Müalicə prinsipləri: Cərrahi, tibbi müalicə və izləmə

Cərrahi müalicə

 - Cərrahi əməliyyat öncəsi bədxassəliliyi (İİAB) müəyyənləşərsə total tiroidektomiya göstərişdir. Bədxassəli təsdiqlənərsə ipsilateral mərkəzi limfa disseksiya tövsiyyə olunur.  Əgər sitoloji olaraq atipik düyündə aşağı malignitə riski varsa düyün 3 sm-dən kiçiksə lobektomiya edilə bilər.

 - Cərrahi müalicəyə alternativ üsul kimi xoşxassəli düyünü olan xəstələrdə  düyünlərin destruksiyası üçün etanol spirti ilə skleroterapiya, radiotezlikli dalğalarla və lazer şüaları ilə ablasiya istifadə oluna bilər.

Tibbi müalicə

Tibbi müalicənin iki seçimi vardır:

Levotiroksin müalicəsi ilə TSH-ın supressiyası  və ya radioaktiv yod(Y131) ilə ablasiya

 - Qalxa­nabənzər vəzin xoşxassəli düyünləri zamanı tireoid stimulyasiyanın səviyyəsi bilavasitə azaldılır, düyünlü törəmənin böyümə­si­nin qarşısı alınır. Ədəbiyyatda bu müalicə üsulunun effektliliyi haqqında baxışlar müxtəlifdir. Supres­siv müalicə az effektlidir, yalnız 10-20% xəstələrdə qismən yax­şı müalicə ef­fekti alınır. Bununla yanaşı tireoid preparatlarla uzunmüddətli müa­licə osteoporo­zun və müxtəlif ürək patologiyalarının mey­da­na çıxmasına sə­bəb olur. L-tiroksinin dozası laborator təqib şərai­tində - qanda TSH-ın səviyyəsinə nəzarət edilməklə təyin olunur. Qanda TSH-ın səviyyəsinin 0,1-0,5 mED/l həddlərində sax­la­nılması tövsiyə edilir.

 - Yaşlı adamlarda, o cümlədən ürəyin işemik xəstəliyi zamanı müalicənin başlan­ğı­cın­da ti­reoid hormonları aşağı dozalarda istifadə edilməlidir (gündəlik optimal doza 12,5-25 mkq). Bu doza EKQ nəzarəti altında  4-6 həftə müddətində tədricən yüksəldilə bilər. Düyün kiçilərsə, konservativ müalicə davam et­di­ril­məlidir.

 - Y131 ilə müalicə hiperfunksiyaedici düyün və ya vəz üçün aparılan bir üsuldur.  Ancaq hamilə və ya süd verən qadınlarda əksgöstərişdir. Hiperfunksiyaedici düyünün müalicəsində 75% nəticə əldə etməklə və 40% vəzin həcminin azalması qeyd olunmuşdur.

İzləmə

 - Sitoloji müayinənin nəticələrinə görə xoşxassəli dəyişik­lik­lər təyin edilmiş xəstələr dinamiki müşahidədə (6-18ay) saxlanıl­malı­dır. Bu müddətdə düyündə böyümə olarsa ikinci biopsiya aparılmalıdır. Düyündə böyümə həcminin 20%-dan çox artması qəbul edilir. Nəticə təkrar xoş gələrsə yenə müəyyən müddətə USM ilə nəzarət aparılmalıdır
 - Düyünün ölçüləri 1 sm-ə qə­dər olduqda daimi müşahidə ön plana çıxmalıdır.
 - Bu göstərici 1,0-1,5 sm arasında olarsa və ya  sistdə solid strukturlar müəy­yən edilərsə, punksion biopsiya aparılmalı, sitoloji mənzərə əsa­sında qərar qəbul olunmalıdır: şiş hüceyrələri müəyyən edil­dikdə və ya şişə şübhə hadisələrində xəstə cərrahi müalicəyə gön­dərilməlidir.
 - Materialın müayinəsi zamanı qaneedici məlu­mat əldə edilmədikdə punksion biopsiya təkrarlanmalı və nəti­cə­dən asılı olaraq müalicə taktikası seçilməldidir. Sitoloji müa­yi­nənin yalançı mənfi nəticələrin payının azaldılması üçün kli­nik məlumatlara istinad etmək və “sist üçün qayda”ya ciddi ria­yət etmək vacibdir.
 - Sist punksion boşaldıqdan sonra qalıq düyün aşkar edil­dik­də o, punksiya olunmalıdır. Sistin punksiyasından sonra onun boşluğuna mayenin yenidən toplanmasının qarşısını al­maq üçün etil spirti yeridilməlidir.
 - QV xoş xassəli düyünlərində tiroid hormonları ilə supression müalicə mübahisəlidir, yod çatmazlığı olan bölgələrdə düyünün ölçüsünün azalmasını təsdiqləyən tədqiqatlar vardır.
 - Dü­­yünün həcmi və ölçüləri böyüməkdə davam edər­sə, cərrahi müalicə üsulu seçilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.