Osteoartroz
 hekimtap.az

Osteoartroz

5110
Автор: Dr.Samira Babayeva

Опубликовано: 27.08.2019
Samira Babayeva

OSTEOARTROZ  NƏDİR?

Osteoartroz oynaqların deqenerativ xarakterli xəstəliyidir. Səbəbi müxtəlifdir. Osteoartroz xəstəliyini qısaca bir tərif vermək istəsək -remodulyasiyanın tərəzi pozulması deməkdir. Osteoartroz zamanı patoloji proses bütün oynağı əhatə edir – subxondral sümüyü,bağları,kapsulanı,sinovial gişanı və ətrafdaki əzələləri. Ən əsası isə - oynagın qığırdaqını. Osteoartroz qığırdaq toxumasının zədələnməsi, quruması, səthinin kələ-kötür və çat-çat olmasıdır. Xəstəliyin nəticəsi – qığırdaqın tam məhv olması və bununla insanın oynaqında tam hərəkətsizlik durur. Əlbəttə ki, bu vəziyyət dərhal baş vermir, ancaq zaman keçdikçə. Bu xəstəliyin sosial təsirləri var,-bütün revmatik xəstəlikləri arasında 80 % çox təşkil edir və klinikalara ən çox müraciyyət edənlərin arasında bu xəstə qrupudur.  60 yaşdan yuxarı yaşlı insanlarda osteoartrozun ən azı Rentgenoloji əlamətləri var.                                                                              

OSTEOARTROZUN NÖVLƏRİ:

Etioloji səbəblərə görə İdiopatik və İkincili OA növlərinə bölünür:
1.- İdiopatik lokal və ya generalizə olunmuş növlərinə bölünür. Osteoartrozu  və ya qısaca artrozu  tibbi diaqnozda  deformasiya edici osteoartroz kimi adlandırıb, ən çox hansı bir oynağın zədələnməsinin üstünliyi ilə keçməsini ğöstərirlər. Əksər hallarda diz, bud-çanaq, çiyin, onurğa, ayaqların baş barmaqları və əl barmaqları oynaqlarını zədələyir. Generalizə olunmuş OA 3 və daha çox ounağın zədələnməsi ilə müşahidə olunur.
2.- İkincili OA: Travma, anadangəlmə və inkiıaf qusurları, Revmatik Artrit, Podaqrik Artrit, sümüyün Pecet xəstəliyi, Şəkərli Diabet, akromeqaliya, artropatiya, hipotireoz kimi spesifik hallarda yaranır. Onuda demək lazımdı ki Avropa ölkələrində bu qrup xəstəlikləri Osteoartrit adlandırıllar və bəzən hətta haqlıdırlar, çünki burda iltihabi komponentda iştirak edə bilər.                                                    

OSTEOARTROZUN YARANMA SƏBƏBLƏRİ: 

Osteoartrozun yaranmasında bir neçə risk faktorları mövcüddür: yaşlılıq, cinsiyyət(qadınlar kişilərdən 2 dəfə çox OA xəstələnirlər), güclü dağıdıci yüklənmə,artıq çəki, qeyri-düzgün qidalanma, hərəkət azlığı, oynaq travması, oynaq biokimyanın pozulması, anadangəlmə və sonradan qazanmış sümük-oynaq deformasiyası,  qazanılmış iltihab xəstəlikləri, endogen hormonların pozuntuları, xroniki streslər. Oynaqların iltihab prosesini (artrit) xüsusi qeyd etmək lazımdı, çünki iltihab zamanı oynaq daxili mayenin və qığırdaq toxumasının özünün xüsusiyyətləri dəyişmiş olur. Birdə Artrit zamanı oynaqlqrda qan dövranıda pozulmuş olur.                                            

OSTEOARTROZUN PATOGENEZİ: 

Osteoartroz zamanı  bir başa hədəfi olan gialin qığırdaqda nə üçün deqenerasiya inkişaf edir?  Qığırdaqın quruluşu-hüceyrədaxili maddəyə əsaslanan güclü proteoglikan bağıdır, matriksdə yerləşmiş. Osteoartroz zamanı qığırdaqa olan göstərdiyi təzigin təsirin kompensasiya elementinin pozulması, yəni yüklənmənin tarazılıqın pozulması, sonra isə   başlayan biokimyəvi və fermentativ proseslər nəticəsində matriks dağıldılır. Yeni yaranan matriks inhibə olunur və yeni keyfiyyətsiz əmələ gəlmiş matriks təzyiqə davam gətirə bilmir, eroziya və artroz öz yoluna davam etmiş olur.Normada qığırdaqda anabolik və katabolik prosesləri gedir. Sağlam insanlarda matriksın sintezi və deqradasiyası tarazılıq vəziyyətdədir. Qığırdaqın xonroisit adlı hüceyrələri yeni matriks sintez edirlər.  Osteoartroz remodulyasiyanın katabolik aktivliyinin artması istiqamətdə gedən geyri-normal remodulyasiyasıdır. Niyə? Çünki parçalanmış matriksi təmin etməkçin sürətlə yaranmış yeni  proteinqlikanlar daha qısa zəncirli yaranmış olunurlar. Bunlarında zəncirləri qısa, az və hidrofil olduğuna görə davamlıqı az olur.Gialuron turşusunun aktivliyi azalmiş olur. Hüceyrələrdə sintez azalmış olur. Demək, remodulyasiya pozulur.                                    

OSTEOARTROZUN SİMPTOMLARI:

Osteoartrozun ilk simptomu – agrıdır. Sonra isə hərəkət məhdudluğu. Oynaqdaxili şaqıltı və xırıltıda ola bilir.  Ağrıları nə təmin edir? İlk öncə reaktiv sinovit, ligamentit, kapsulit, subxondral sümüyə təzyiqlər,-qığırdaq səthində zədələnmələr, venoz durğunluq(sümük daxili) və periartikulyar əzələlərdə spastik işemiya.  Ağrı, adətən, fiziki gərginlik zamanı,yani  oturaq vəziyyətdən qalxdiqda, gəzəndə, qaçanda, pillələrdən enib-qalxanda yaranır və sakitlikdə tədricən keçir.  Xəstəliyin ilk illərində oynaqlardaki hərəkət məhdudluqu zəyif şəkildə olur. Sonralar isə xəstəlik artdıqca və müalicəsiz halda oynaq daha az hərəkətli olur. Oynaqda deformasiya artır və bu halda xarici təbii forması itir. Ankiloz(hərəkətsizlik) adlı bir vəziyyət yaranır.                                                                      

OSTEOARTROZUN DİAQNOSTİKASI:

İlk öncə zədələnmiş oynaq baxışda deformasiyaya uğramış aşqər olunur və əllə müayinə olunduqda onun hərəkətliyinə, şişkinliyinə, oynaq mayesinin artıb, yaxud azalmasına diqqət olunur.  Osteoartroza diaqnoz qoymaq üçün rentgen müayinənin nəticələri əsas götürülür. Rentgenografiya zamanı oynaq aralığına, qığırdaq qalınlığına və osteofitlərin əmələ gəlib gəlməməsinə fikir verilir. Və R-ji təsnifatı nəzərə alaraq xəstəyə müalicə kompleksi qurmaq lazımdı. Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsi  Osteoartrozu   erkən mərhələdə aşkər etməsinə imkan yaradır. MRT menisklərin zədələnmələrini dəqiq aşqər edən ən rahat müayinədir. Ultrasəs müayinəsi (Artrosonografiya) zədələnmiş oynaqda sinovial qişanı, kapsulanı, bağları, patoloji mayeni, osteofitləri, meniskləri, oynaqətrafı əzələləri  və dizaltı çuxurda Beyker adlı mayeli kistasını xarakterizə edən ən əlverişli muayinədir.                              

OSTEOARTROZUN MÜALİCƏSİ:

İlkin dövrdə konservativ, son mərhələsində isə cərrahi yolla xəstəyə süni oynaq köçürülür.  Konservativ müalicəni xəstəliyin erkən dövründə başlamaq tövsiyyə olunur. Bu medikamentoz: xondroprotektorlar, Hialuron turşunun preparatları, İltihab Əleyinə Geyri Steroidlər, qan dövranı yaxşilaşdıran preparatlar;  və  geyri-medikamentozdur : fizioterapiya, balneologiya (kükürdlü və naftalan vannalar), massaj, naftalan-parafin applikasiyyalar, müalicəvi idman növləri, biomexanika, Hirudoterapiya (zəlinin qoyulması), Hicama usulu ilə qanburaxma, Akupunktura, Moxa terapiya, Sujok-terapiya, İynərefleksoterapiya, Biopunktura, Nevral terapiya, Homeosinatriya, Karboksiterapiya, PRP adlanan plazmolifting  (xəstənin öz qanından trombositlərlə zəngin plazmanın istifadəsi) və s.                                            

OSTEOARTROZUN PROFİLAKTİKASI:

Erkən yaşlardan bədən tərbiyyəsi, onurqanın düzgün istiqamətdə inkişafı, yastıayaqlığın korreksiyası, oynaqlqrın düzgün yükləmə növbələnməsini izləmək, artıq çəkinin qarşisını almaq, maddələr və ümumi qan dövranın yaxşilaşmasına gətirən tədbirlər etmək, xondroprotektorlar, vitaminlər, mineral və mikroelementları zamanında gəbul etmək. Su rejiminə riayyət etmək. Düzgün həyat tərzi aparmaq, neqativ fikirlərdən uzaq olmaq tövsiyyə olunur.