Язык:
Русский
Kəkələmənin səbəbləri
02 января 2019 11428Araşdırmalar nəticəsində məlum olub ki, kəkələmə beyinin sağ alın payındakı neyron şəbəkəsinin hiperaktivliyi ilə əlaqədardır. Bu neyron şəbəkəsi artikulyar hərəkətlərin planlaşdırılmasına və reallaşmasına mane olur.
Müəyyən olunmuşdur ki, kəkələyən insanların beyin yarımkürələrində aktivlik balansı pozulur. Bu tip insanların beyninin sol alın payındakı aktivlik aşağıdır, sağda isə yüksəkdir. Tədqiqatçılar çalışıblar bu yolla kəkələmənin əsasını müəyyənləşdirsinlər. Mütəxəssislər uşaqlıqdan kəkələyən insanların maqnit-rezonans tomoqrafiyasını ediblər. Məlum olub ki, kəkələyən insanlarda sağ alın payındakı neyron yolu kəkələməyən isanlarla müqayisədə daha daha aktivdir. Bu yol nə qədər aktiv olarsa insan bir o qəşdər çox kəkələyir. Mütəxəssislər belə nəticəyə gəliblər ki, sağ alın payındakı hiperaktivlik beyinin nitqə nəzarət edən payının işinə mane olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1