Язык:
Русский
“Fast-food yeməklərini pasiyentlərə qəti qadağan edirəm”
26 января 2018 17243HəkimTap-ın suallarını tibb üzrə fəlsəfə doktoru, qastroenteroloq İlhamə Əmiraslanova cavablandırıb:
– Xroniki qastrit, mədə və on iki barmaq bağırsaq xoraları, öd daşı kimi xəstəliklər geniş yayılıb.Təcrübəmdə olub ki, 3-6 yaşlı uşaqlarda öd daşı xəstəliyi aşkar etmişəm. Təəssüf ki, bu, çox geniş yayılmış xəstəliklərdən biridir.
Uzun illər qıcqırmadan əziyyət çəkən pasiyentlərin sayı da az deyil. Çox zaman belə xəstələr özünü müalicə ilə məşğul olurlar və bu da ağır fəsadlara gətirib çıxarır. Turş aqressiv mədə möhtəviyyatının geriyə qayıtması nəticəsində qıcqırma əmələ gəlir və belə turş mühitə alışmıyan qida borusunun selikli qişası zədələnir. Qida borusu qidanın ağız boşluğundan mədəyə ötürən bir vasitədir və mədə möhtəviyyatı tez-tez qida borusuna qayıdarkən müəyyən patoloji prosesslər baş verir. Burada xoralar, xırda erroziyalar (yaralar), qida borusunun daralması əmələ gəlir və bu zədələnmələrin nəticəsində selikli qişada iltihab yaranır, bu isə onkoloji xəstəliklərə gətirib çıxara bilər.Təəssüf ki, bu, reallıqdır. Ona görə də bu problemə qətiyyən səhlənkar yanaşmaq olmaz.
– Bu fərdi məsələdir. Elə ola bilər ki, xəstəlik sürətlə inkişaf edər və ciddi problemlər yaradar. Adam da var ki, qıcqırmadan uzun illər əziyyət çəkdikdən sonra onkoloji xəstəliklər üzə çıxır. Əlbəttə ki, burada genetik faktor da rol oynayır. Əgər ailəvi anamnezdə onkoloji xəstəliklər varsa, belə pasiyentlər risk qrupuna daxildirlər.
Amma bu o demək deyil ki, hər qıcqırmadan əziyyət çəkən pasiyentdə onkoloji xəstəlik yaranmalıdır. Qeyd etdiyim kimi, bu, bir sıra amillərdən asılıdır.
– Bəli, təəssüf ki, insanlar işlə əlaqədar daim qaçaqaçda olurlar və harda gəldi, necə gəldi qidalanırlar. Fast-food qidalarına üstünlük verirlər və bu, çox acınacaqlı haldır. Bir də görürsən ki, pasiyent deyir: “Doktor işimlə əlaqədar ev yeməkləri ilə qidalana bilmirəm, yaxındakı kafe və restorana gedirəm”. Belə olan halda, pasiyentə məsləhət görürük ki, menüdəki qidaları saf-çürük etsin – ədviyyatı, istiotu az olan, yağlılığı az yeməklər qəbul etsin, qızardılmış yeməklərdən çəkinsin. Fast-food yeməklərini pasiyentlərə qəti qadağan edirəm.
– Əvvəla, fast-food qidalarında –dönərlər, lahmancunlar, hamburgerlərdə və s. işlədilən ətlər yaxşı bişirilmir. Orada işlədilən yağların mənşəyi bəlli deyil, eyni yağda külli miqdarda qida hazırlanır. Belə qidaların strukturu dəyişir və onlar kanserogenə çevrilir və bu cür qidaları qəbul etmək çox təhlükəlidir.
Ətlərin yaxşı bişirilməməsi nəticəsində pasiyentlər bizə tez-tez bağırsağın müxtəlif helmintoz və başqa parazitar xəstəliklər ilə müraciət edirlər. Buraya lyamblioz, blastositoz, exinokokkozları aid etmək olar ki, sonuncu ilk növbədə qara ciyərdə ciddi problemlər yaradır və insan artıq cərrahın pasiyentinə çevrilir.
Digər tərəfdən, fast-food yeməkləri mədənin və on iki barmaq bağırsağın selikli qişasına ciddi zədə yetiritr. Hər şey adi qastritdən başlayır və xoralara, qanaxmalara gətirib çıxarır və nəticədə pasiyent cərrahın qəbuluna düşməli olur.
Helmintozlar və bağırsağın digər parazitar xəstəlikləri təəssüf ki, bu gün çox geniş yayılıb.Valideynlər tez-tez övladlarının şikayəti ilə müraciət edirlər. Uşaq gecə pis yatır, dişlərin qıcayır, ağzından su axır, anus nahiyəsində qaşınma narahat edir. Bu zaman əvvəlcə müayinə aparırıq. Bir də görürürsən valideyn deyir ki, “doktor biz bilirik bu qurddur. Bir müalicə yazın”. Bu, düzgün yanaşma deyil. Bu simptomlar daha ciddi problemlərdən xəbər verə bilər. Mütləq nəcisin müayinəsi aparılmalıdır, çünki bu müayinə zamanı qurdun olub olmaması və onun növü təyin edilir. Bundan başqa, qanda seroloji müayinələr də aparılır.
Qəbizlik və ishallarla bağlı bizə çox müraciətlər olur. Deyim ki, bu pasiyentləri vəziyyətdən çıxarmaq o qədər də asan deyil. Amma biz çalışırıq, problemin üzərində ciddi işləyirik, lazım olan istiqamətdə müayinələr aparırıq və beynəlxalq standartlara uyğun müalicə təyin etdikdə kifayət qədər yaxşı nəticələr əldə edirik.
Qəbizliyin səbəbləri çoxdur. Çox vaxt müayinə zamanı pasiyentdə anadan gəlmə dolixokolon və ya dolixosiqma aşkar olunur. Yəni bağırsaq normadan artıq uzun olur. Bu zaman nəcis uzunluğu artıq olan bağırsaqdan keçərkən qəbizlik problemi yaranır. Çox vaxt bu problemlə bizə müraciət edən pasiyentlər cərrahi müdaxiləyə meyilli olurlar. Lakin biz problemi konservativ yolla aradan qaldırmağa çaılışırıq. Əvvəla səbəbi müəyyənləşdirmək lazımdır. Bu, çox vaxt anadangəlmə qüsur olur. Adətən kompleks (medikamentoz, fiziki yükləmə və düzgün qidalanma) şəklində yanaşma çox yaxşı təsir göstərir. Biz bu yolla bağırsağın peristaltikasını (düzgün hərəkətini) yaxşılaşdırırıq. Müalicə zamanı bizə nevropatoloqlar da kömək edirlər, onlarla müştərək çalışırıq. Nəticə etibarilə, pasiyent özünü yaxşı hiss edir və əksər hallarda cərrahi müdaxiləyə ehtiyac qalmır.
İshallar – biz buna diareya deyirik, bu da geniş yayılmış simptomdur. Pasiyentlər gündə bir neçə dəfə ayaq yoluna getdiklərini, yeməklərini bitirib-bitirməz ayaq yoluna qaçdıqlarını deyirlər və s. Diareya xroniki, yəni pasiyent aydan-aya, ildən-ilə bu xəstəlikdən əziyyət çəkir və kəskin xarakter də daşıya bilər, yəni epizodik olur. Pasiyentlər daha çox xroniki diareya ilə müraciət edirlər. Bu zaman ətrafalı müayinə aparırılır. Nəcis ümumi və baktereoloji müayinədən keçirilir. Nəticədə həzm prossesi və bağırsaq mühiti haqqında məlumat toplayırıq. Əgər burada disbalans müşahidə edilərsə bunu aradan qaldırmağa çalışırıq. Onu da deyim ki, bu disbalans həm qəbizliyə, həm də diareyaya səbəb ola bilər.
Tez-tez rast gəlirik ki, diareyadan əziyyət çəkən pasiyent aptektdən antibiotik alıb, özünü müalicə ilə məşğul olur. Bu, yolverilməzdir. Bəzən belə hallar xəstəliyin daha da kəskinləşməsinə səbəb ola bilər.
O ki qaldı köpməyə, qəbizlik və diareya bu problemi daha da çox dərinləşdirir. Buna da əsas səbəb bağırsaqdakı yaranan disbalans və ondan irəli qələn maddələrin bağırsaqda sovrulması, ifrazı və çürümə kimi prosesslərin pozulmasıdır. Bundan başqa, on iki barmaq bağırsaqda və mədədə baş verən istənilən iltihabi proseslərdə köpməyə gətirib çıxara bilər.Yəni bu iltihabi prosesi – duodenit və qastriti - aradan qaldırmamış, pasiyent köpmədən əziyyət çəkməyə davam edəcək.
Bundan başqa qara ciyər və öd kisəsi, mədəaltı vəzi müayinədən keçirmək lazımdır. Yəni problemə kompleks şəklində yanaşmaq vacibdir.
Həkimlə əlaqə üçün "daxil olun" !
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1