Язык:
Русский
Ənənəvi olivye salatı təhlükəlidir
28 декабря 2017 18071Olivye salatı Yeni il süfrəsinin ayrılmaz hissəsidir. Lakin alimlər xəbərdarlıq edirlər ki, ənənəvi sovet resepti ilə hazırlanmış salat sağlamlıq üçün təhlükəli ola bilər.
Dietoloqlar xəbərdarlıq edirlər ki, sevdiyimiz bu salatın reseptinə “sağlam” olmayan məhsullar daxildir. Onların fikrincə, həmin məhsullardan ən çox təhlükə yaradanı xiyar turşusu, kolbasa və mayonezdir.
Mayonez – kalori “bomba”sıdır. Mayonezlərinin demək olar ki, dietik olduğunu deyən istehsalçılar bir qədər mübaliğəyə yol verirlər: adi mağaza mayonezinin kalorisi 624 kkal/100 qr-dır.
Necə deyərlər, yağsız mayonezin kalori dəyəri isə – 200 kkal/100 qr-dır. Lakin başqa bir təhlükəli amil var: bu mayonezin tərkibindəki əlavələr və emulqatorlar klassik mayonezlə müqayisədə xeyli dərəcədə artıqdır.
Duzlu xiyarın kalorisi çox aşağı olsa da, əvəzində onun tərkibində çoxlu duz var, marinə edilmişlərdə isə - sirkə də olur. Duzun artıqlığı şişkinlik, güclü susuzluq, böyrək və təzyiqlə bağlı problemlər yarada bilər. Bundan başqa, marinə edilmiş xiyar mədə və bağırsaqların selikli qişasını qıcıqlandırır, digər ədvaların hesabına isə iştaha artır.
Dietoloqların fikrincə, kolbasa da təhlükəli məhsuldur. Müasir kolbasaların demək olar ki, hamısında çox miqdarda duz və müxtəlif əlavələr var. Bundan başqa, kolbasa da çox kalorili məhsuldur, onların tərkibində piy zülaldan daha çoxdur.
Bundan başqa, kolbasa istehsalında istifadə olunan rəngləyici maddələr, həmçinin, stabilizator və emulqatorlar da orqanizm üçün təhlükə mənbəyidir.
Sevimli salatdan imtina etməmək üçün dietoloqlar ziyanlı məhsulları faydalıları ilə əvəzləməyi məsləhət görürlər. Belə ki, mağaza mayonezini ev mayonezi ilə əvəz etmək yaxşı olar, onun yerinə xama istifadə etsəniz lap əla.
Kolbasa əvəzinə salata qaynadılmış ət və ya toyuq filesi doğrasanız yaxşıdır. Duzlu və ya marinə edilmiş xiyarı isə tər xiyarla əvəz etmək olar – onlar qat-qat faydalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1