Гюнель Халыгвердиева hekimtap.az

Гюнель Халыгвердиева

Офтальмолог

11 лет опыта работы

Баку
Astiqmatizm hekimtap.az

Astiqmatizm

Автор: Oftalmoloq Günel Halıqverdiyeva , Əlaqə: (+994) 55 349-66-44
2279

Опубликовано: 07.09.2020
Гюнель Халыгвердиева

Astiqmatizm nədir?

Astiqmatizm zamanı buynuz qişada və gözün daxilində yerləşən billurun səthində müəyyən əyriliklər yaranmış olur. Normalda buynuz qişa və billurun səthi hamar, şəffafdır. Məhz bu hamar və şəffaflığın sayəsində gözə düşən işıq şuaları göz dibində torlu qişada cəmlənirlər və nəticədə aydın görüntü yaranır.


Astiqmatizmin növləri

1-Korneal astiqmatizm zamanı buynuz qişanın səthi nahamar və kələ-kötür olur.

2-Lentikulyar astiqmatizm zamanı billurun səthi nahamar və kələ-kötür olur.

Astiqmatizmin hər iki növündə həm yaxıngörmə, həm uzaqgörmə pozulmuş olur.

Yetkin insanlar görmələrindəki bulanıqlığı hiss edə bildikləri halda uşaqlar çox vaxt bunu hiss edə bilmirlər. Ona görə də uşaqlar gözlərində görmə qabiliyyətinin zəifliyindən heç vaxt şikayət etmirlər. Astiqmatizmin olması yalnız rutin kontrollarda həkim tərəfindən aşkarlanır. Astiqmatizmin vaxtında korreksiya olunmaması uşağın məktəbdə həm zehni qabiliyyətini, həm də idman fəaliyyətini əngəlləmiş olur.


Astiqmatizmin səbəbləri

Astiqmatizmin yaranmasında irsiyyətin rolu böyükdür və genetik olaraq nəsildən nəsilə ötürülür. Televizoru yaxından seyr etmənin və ya zəif ışıqda kitab oxumanın astiqmatizm yaratması sadəcə bir mifdir və öz təsdiqini tapmamışdır.


Astiqmatizmin əlamətləri

  • Bulanıq görmə
  • Göz yorğunluğu
  • Başağrıları
  • Aydın görə bilmək üçün gözləri qıymaq
  • Gözlərdə diskomfort


Astiqmatizmin diaqnostikası

Diaqnozun qoyulmasında refraktometr, keratometr adlı cihazlardan istifadə olunur və koreksiya üçün müxtəlif linzalar təyin olunur.


Astiqmatizmin müalicəsi

  • Eynək istifadəsi
  • Kontakt linzalar
  • Eksimer lazer cərrahiyyəsi

Bu üsüllar sayəsində bulanıq görüntü aradan qaldırılaraq yüksək görmə itiliyinə qovuşmaq mümkündür.

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Гюнель Халыгвердиева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса