uşaqlarda çürük dişlər

Uşaqlarda çürük dişlər

Uşaqlarda 20 ədəd süd dişi olur. Onlar 6-cı aydan çxmağa başlayır, 3 yaşda başa çatır. Süd dişləri  12-13 yaşa qədər  tədricən daimi dişlərlə əvəz olunur. Uşaqlarda dişlər niyə çürüyür?  - Şəkərli qidalardan çox istifadə;  - Dişlərin fırçalanmaması;  - Süd dişlərinin toxumasının daha incə olması. Diş çürüməsinin qarşısını necə almalı?  - Düzgün qidalanma-mövsümə uyğun meyvə-tərəvəz,meyvə quruları;  - Şəkərli qidalardan (şokolad, biskvit, peçenye, vafli) məhdud istifadə;  - İlk dişlər çıxdığı vaxtdan keyfiyyətli diş fırçası ilə təmizlənməli;  - Uşağı artıq 3 yaşından (ABŞ və Avropada 1 yaşdan) diş həkimi ilə tanış etməli (əksinə, həkimlə və iynə ilə qorxutmamalı). Uşaqlarda çürük dişlər müalicə olmazsa, nə ola bilər?   - Çürük dişlərlə uşaq yaxşı qidalana bilmir;  - Çürük dişlər mütəmadi ağrıyaraq uşaqda narahatlıq yaradır;  - Çürük dişlər daha sonra irinləyə (“çirk etməsi”) bilər;  - Çürük süd dişində olan infeksiya altdakı daimi dişi zədələyə bilər;  - Çürük dişdə olan infeksiya uşağın böyrək, ürək və oynaqlarında fəsadlara yol aça bilər. Uşaq dişlərinin müalicəsi necə olur? Uşaqların dişlərindəki çürüklər tamamilə təmizlənir, lazım gələrsə kanal müalicəsi olunur və keyfiyyətli plomb materialı ilə müalicə başa çatdırılır .   Çürük dişlərin vaxtında müalicəsinin faydaları:  - Uşaq daha rahat qidalanır;  - Diş ağrısı kimi çox əziyyətli bir problemlə üzləşmir;  - Ağrıkəsici dərmanlara ehtiyac qalmır;  - Ağızdan gələn pis qoxunun qarşısı alınır;   - Çürük infeksiyasının ciddi fəsadları ilə üzləşmir;  - Gələcəkdə daimi dişlərində əyrilik problemlerinə az rast gəlinir;  - Dişlərində estetik görünüş bərpa olunur. “Süd dişləridir, onsuz da düşəcəkdir”- deyib keçməyin... Oynadığı oyuncaqlar da nə vaxtsa sınacaq, yenisi alınacaq... Geyindiyi paltarlar da nə vaxtsa köhnələcək, yenisi alınacaq... Amma itirilmiş sağlamlıq isə tam bərpa olunmur. Biganə qalmayaq.  Axı o, sizin övladınızdır və onun sağlamlığına hələki cavabdeh şəxs də məhz Sizsiniz...   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 20.08.2017

görmə zəifliyi və təbii doğuş

Görmə zəifliyi və təbii doğuş

Görmə zəifliyi olan hamilə qadınlarda təbii yolla doğuş Siz mənfi rəqəmləri olan eynək taxırsınız, görmə zəyifliyindən əziyyət çəkirsiz. Bu gələcəkdə sizə nə kimi problemlər yarada bilər sualını özünüzə tez-tez verməli olursuz. Bəzi həkim həmkarlarımız görmədə zəyifliyinin təbii doğuş zamanı torlu qişanın qopmasına səbəb olduğunu qeyd edirlər. Miopiya təbii doğuş üçün problem yaratmır Hamiləlik qadın orqanizminə böyük stresdir. Qadınlarımız bu çətin imtahanın öhdəsindən uğurla gəlirlər. İldən-ilə artan göz xəstəlikləri isə bu çətin yolda bəzi xanımlarımızı qorxudur və onlar təbii doğuş əvəzinə əməliyyata üz tuturlar. Belə ki, göz həkimlərində və ginekoloqlarda müayinə keçən xəstələr çox vaxt göz həkimlərindən təbii doğuşa razılıq alma (çıxarış) vərəqəsinin əldə edilməsi müraciətin əsas səbəbi olur. Onları maraqlandıran məqamlar isə göz dibinin vəziyyəti və gələcəkdə torlu qişanın bu səbəbdən qopub-qopmamasıdır. Həqiqətə qalanda isə təbii doğuşa göz xəstəliklərinin içində miopiya (refraktiv qüsur) adlanan xəstəlik əngəl yarada bilməz. Hətta şəxsi 18 illik təcrübəmdən deyə bilərəm ki, ancaq doğuşdan sonra bir neçə xəstədə torlu qişanın qopmasına rast gəlmişəm, o xanımlar isə HELLP sindromundan (HELLP sindromu hamiləliyin ilk 3 ayında - 35> həftəsində nadir hallarda rast gəlinən fəsadlaşmış hamiləlikdir)  əziyyət çəkirdi və heç bir refraktiv qüsuru (miopiya, astiqmatizm kimi)  müşahidə olunmurdu. Mən bu məsələni araşdırıb xarici kolleqalarımın elmi məqalələrinə müraciət etdim. Onların çoxu göz zəifliyinin normal doğuşa əngəl yarada bilmədiyini qeyd edirlər. Tamamilə başqa göz xəstəliklərinin siyahısı göstərirlir. Bu siyahının içində miopiya (refraktiv qüsur) xəstəliyi yoxdur. Rus məktəbinin yanaşması isə tam fərqlidir və onlar azlıq təşkil edir.   Hamilə qadınlarda normal doğuşa əngəl yaradan xəstəliklər aşağıdakılardır:  - Buynuz qişanın transplantasiyası (buynuz qişa köçürmələri);  - Göz daxili təziq;  - Göz daxili şişlər;  - Torlu qişanın qopması və bu səbəbdən əməliyyat olunmuş xəstələr. Gördüyünüz kimi bu siyahıda miopiya xəstəliyi və hər hansı bir refraktiv qüsur olan xəstəlik yoxdur. Doğuş düzgün aparıldıqda hətta bu göz xəstəlikləri olan qadınlar da təbii     yolla doğuş edə bilərlər.   Göz həkimlərinin ginekoloqlara və hamilə qadınlara tövsiyyəsi: Bütün hallarda təbii doğuşa hətta bu xəstəlikləri olan xəstələr də gedə bilər, sadəcə doğuşun ginekoloq nəzərəti altında və fəsadsız aparılmalıdır. Onu da vurğulamaq istərdim ki, eynəkdən azad olma əməlliyatı keçirmiş xanımlar gələcəkdə təbii doğuşla dünyaya sağlam uşaq gətirə bilərlər .   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 19.08.2017

qarında köp meteorizm

Köp (Meteorizm)

Köp (Meteorizm) - bağırsaqlarda qazların həddən artıq toplanması deməkdir. Qarnın köpməsi, çoxlu miqdarda həzm qazlarının xaric olunması ilə (flatulensiya adlandırılır) müşayiət olunur. Normada həzm prosesi və mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində gün ərzində insanın bağırsaqlarında 0,2- 0,9 litrə qədər qaz yaranır. Yetkin insanda bağırsaqların boşalması (defekasiya aktı zamanı) 0,1- 0,5 litr qaz xaric olunur, lakin bu proses normalda hiss edilmir. Meteorizm zamanı qazların miqdarı 3 və ya daha çox litrə çata bilər. Köp özünü aşağıdakı hallarla biruzə verə bilər:  - Gəyirmə;  - Hıçqırma;  - Mədədə ağırlıq hissi;  - Qarında qurultular;  - Qazlar xaric edildikdən sonra yox olan sancı xarakterli ağrılar;  - Qəbizlik və ishal. Həddən artıq qaz əmələ gəlmə həzm sisteminin disfunksiyasının göstəricisidir. Köpün səbəbləri Hər hansı xəstəlik olmadan:  - Qida qəbulu və ya danışıq zamanı havanın udulması (aerofagiya);  - Həddən artıq və gecələr qida qəbulu;  - Şirniyyatlar və un məmulatlarının həddən artıq istifadəsi;  - Qaz əmələ gətirən məhsulların çox istifadəsi (paxlalılar, kələm, turp, alma, qazlı sular);  - Qıcqırma prosesi yaradan məhsulların çox istifadəsi (çörək, kvas, pivə, göbələk);  - Süd məhsullarının həddən artıq istifadəsi (laktoza tolerantlığı zamanı). Aşağıdakı xəstəliklər zamanı:  - Qıcıqlanmış bağırsaq sindromu;  - Bağırsaq disbakteriozu;  - Həzm sisteminin digər xəstəlikləri (mədə, mədəaltı vəz, qaraciyər və öd xəstəlikləri);  - Kəskin bağırsaq infeksiyaları;  - Bağırsaq parazitləri (“qurdları”);  - Qazların xaric olmasının pozulmaları (bağırsaq keçilməzliyi, peritonit nəticəsində bağırsağın tonusunun azalması, nevroz);  - Böyrək daşları və travmaları. Meteorizmin zamanı iki həftə ərzində:  - Çox qaz əmələ gətirən məhsulları rasiondan məhdudlaşdırmaq (xəmir məmulatları, göbələk, paxlalılar, qazlı sular və s.).  - Müntəzəm qidalanmaq (gün ərzində 3-4 dəfə) lazımdır. Əgər iki həftə ərzində köpün azalması qeyd olunmursa, o zaman həkimə müraciət etmək labüddür, çünki köp deyil, onu yaradan səbəb müalicə edilməlidir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 18.08.2017

haymor cibi kistası

Haymor cibi kistasının xaric olunması, nə etməli?

LOR (qulaq-burun-boğaz) həkimi öz praktikasında tez-tez yuxarı çənə (haymor) cibi kisti (YÇC) ilə rastlaşır. Ümumiyyətlə, kist hər hansı bir simptomlar bildirmir vı profilaktik müayinə zamanı təsadüfən aşkar edilir. Bir qayda olaraq simptomlar böyük kist hallarında meydana gəlir. Bəs kist nədir?  - Yuxarı çənə cibi divarlarına birləşmiş və çox nazik qabıqla əhatə edilən kəhrəba rəngli maye ilə doldurulmuş boşluqdur. Kistin əmələ gəlmə səbəbi  - Yuxarı çənə cibi sahəsində selik ifraz edən (normada) vəzinin tutulmasıdır. Həmin hal yuxarı çənə cibinin selikli qişasında tez-tez yaranan burun axıntısı, allergik rinit, arası kəsilməyən haymorirlərlə müşayiət olunur. Yuxarı çənə cibi kistinin simptomları - yanaq, göz, yuxarı dişlər nahiyələrində ağırlıq, baş ağrıları, burun tutulması, geriyə burun-udlağa axan selikli ifrazatlatlar, uzun müddət davam edən burun axıntısı. Diaqnoz - burun ətrafı ciblərdə dairəvi tündləşmələr müşahidə edilməklə rentqen yaxud kompyuter tomoqrafiyası əsasında qoyulur. Bəzi hallarda rentgen qənaətbəxş səviyyədə məlumatlı deyil. Kompyuter tomoqrafiyası isə daha dəqiq diaqnoz qoymaq və kistin ölçüsünü, yerləşmə və birləşmə yerini müəyyən etməyə imkan verir. Yuxarı çənə cibi kistinin müalicəsi  yalnız cərrahi əməliyyat vasitəsi ilə həyata keçirilir. Yuxarı çənə cibi kistin endoskopik cərrahiyyə yolu ilə xaric olunması ən müasir və təhlükəsiz müalicə üsuludur. Bu əməliyyat əsasında  yuxarı çənə cibinin təbii anasmoza (buruna açılan kist cibi dəliyinə) daxil olmaq (bayır tərəf kəskləri olmadan), onu genişləndirmək və xüsusi alərlərlə kisti xaric etmək mümkündür. Adətən əməliyyat zamanı kist açılır, onun məzmunu boşaldılır, daha sonra kist qabığının təkrar əmələ gəlmə imkanının qarşısını almaq məqsədi ilə tamamilə xaric edilir. Əməliyyat günündə 3-4 saat ərzində palatada müşahidə olduqdan sonra xəstə evə buraxılır. Əməliyytdan sonrakı qanaxmanın qarşını almaq üçün özü əriyən  hemostatik süngərlərdən (tamponlar əvəzinə) istifadə olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 16.08.2017

burun çəpər əyriliyi

Burun çəpər əyriliyi nədir?

Burun çəpəri nədir?  Burun çəpəri burun boşluğunu arakəsmə ilə iki yerə-sağ və sol hissələrə ayırır. Qığırdaq və sümük hissələrdən ibarətdir, üzəri selikli qişa ilə örtülüb. Doğuş zamanı və ya sonradan zərbə nəticəsində əyilmə baş verir. Statistikaya görə 100 insandan şikayətləri olmadığı halda 70-80-də burun çəpərində müəyyən əyrilik var, bu halda həkim tərəfindən hər hansı müdaxiləyə ehtiyac yoxdur. Şikayətlər verdikdə müalicəyə ehtiyac olur. Müalicə dedikdə burun çəpərinin bərpası – Septoplastika əməliyyatı icra edilir. Nə kimi şikayətlər verir? Əsas burun tənəffüsü pozğunluğu,bəzən xorultu, yuxuda boğulma (apnoe), baş ağrıları, tənginəfəslik, qulaqda tutqunluq hissi, burun qanaxması və s. Əməliyyat haqqında: Yerli keyitmə və ya narkozla icra olunur, 20-30 dəqiqə çəkir,qığırdaq və sümük hissələrdəki, tənəffüsü əngəlləyən əyriliklər düzəldilir. Həmən günün axşamı xəstə evə buraxilir. Burun daxilindən tənəffüsə mane olmayan silikon splintlər(tampon əvəzi müasir materialdan) 3-5 gün sonra ağrısız çıxarılır və xəstə rahat burunla nəfəs ala bilir. Septoplastika əməliyyatı klassik və ya endoskopik yolla icra olunur. Klassik septoplastika zamanı kəsik burun çəpərinin içəri ön hissəsində aparılır. Endoskopik septoplastikada kəsik yalnız əyrilik olan hissədə aparılır və əməliyyat gedişi monitorda izlənilir. Mümkün olan ağırlaşmlar: Əməliyyat sonrası qanaxma, burun çəpərinin perforasiyası, burundaxili sinexiyalar (yapışmalar) və s. Müasir texnologiyaların istifadəsi ağırlaşmaların rast gəlmə faizini nəzərəçarpacaq dərəcədə azaldır. Müasirlik: İstifadə olunan materiallar – Silikon splintlər(tampon əvəzi), əyriliyin növündən asılı olaraq əməliyyat endoskopik yolla də aparıla bilir, çıxarılan qığırdaqlar bərpa olunaraq yerinə qaytarılır (atılmır). Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 16.08.2017

rinoplastika burun əməliyyatı

Rinoplastika. Əməliyyat qərarının verilməsi

Rinoplastika son 10-15 il ərzində Azərbaycanda ən çox aparılan estetik əməliyyatların sırasındadır. Əməliyyat nəticəsinin yaxşı olmasına təsir edən mühüm amillərdən biri də rinoplastika haqqında düzgün verilmiş qərardır. Qeyd edək ki, normal şəraitdə bu bir anlıq qərar deyil, mərhələli prosses şəklində olmalıdır. İlk mərhələdə insan özü burnun formasını dəyişməsinə qərar verir. Diqqət edin! – ÖZÜ. Çünki, bu burnu məhz bu insan ömrünün sonuna qədər üzündə daşıyacaq. Bu qərarı dərk edib bütün məsuliyyətini öz üzərinə almaqla bərabər, insan heç bir zaman “anam belə dedi, rəfiqəm elə hesab edir,  nişanlımın məsləhət gördü” sözlərlə  istiqamətləndirilməməlidir.  Gələcək pasientin ətrafında (qohum, dost, tanış kimi) olanların da dəstəyi, ya da ən azından əməliyyata qarşı olmamaqları vacibdir. Əməliyyatdan sonrakı yüngül depressiya fonunda “bütün defektləri görən” yaxın ətraf həm xəstənin, həm də həkimin əhvalını xeyli poza bilər.   Qərar verildikdən sonra əməliyyatı bilavasitə icra edəcək həkim ilə konsultasiya aparılır. Konsultasiya tam ətraflı şəkildə aparılmalı və (baxış, burun palpasiyası və s. kimi) texniki ünsürlərdən başqa əməliyyatın gedişini və arzu olunan nəticənin müzakirəsini də daxil etməlidir. Diqqət! Azərbaycanda çox vaxt xəstələr “doktor, özünüz, mənə ən çox yaraşan burnu bilirsiniz” kimi ifadələr işlədərək məsuliyyəti həkimin üzərinə atmağa çalışırlar. Lakin, əməliyyatdan əvvəl nə istədiyini bilməyən xəstə, böyük bir ehtimal ilə nəticəni də bəyənməyəcək. Eləcə də, həkimin zövqü, bütün insanlarda olduğu kimi, xəstənin “ən çox yaraşan” dediyindən çox fərqli ola bilər. Burun forması məsələsində əmin olmayan xəstələr öz qərarını yenidən gözdən keçirməlidirlər. Çox vaxt bunun üçün xoşlarına gəldiyi burun ilə 4-5 foto şəkil seçmək kifayətdir. Lakin, heç bir şəkildə burun formasının seçilməsi həkimə etibar edilməməlidir! Burnun SİZƏ aid olduğunu və bununla  daim yaşayacağınızı unutmayın!  Beləliklə xəstə burun formasının sifarişini verir, həkim isə bir sonrakı mərhələdə bunu nə dərəcədə gerçəkləşdirilməsini təyin edir. Məhz bu pillədə dəqiq simmetriya tələb edən yaxud qəribə arzuları səsləndirən, bir sözlə həqiqətdən uzaq istəkləri olan xəstələr aşlar edilməli və  əməliyyatlarından imtina edilməlidir.   Bir az  burun formasının “kompyuter modelleşməsindən” danışaq. Məsələ ondadır ki, toxumaların sağalma prosesinin nəticələrini öncədən görmək çox çətindir, ona görə kompyuter ilə hesablanan burun forması gərçək həyatdakından fərqlənə bilər. Belə praktika bəzi hallarda münaqişə yaratdığından bundan uzaq durmağı məsləhət görürəm. Nəhayət xəstə ilə həkim gələcək nəticə haqqında razılığa gəldikdən və mümkün olan bütün riskləri müzakirə etdikdən sonra əməliyyata hazırlıq başlayır. Bu haqda növbəti məqalədə məlumat verəcəyəm. Sağlam olun! Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 15.08.2017

helicobacter pylori infeksiyası

Helicobacter Pylori infeksiyası

Helicobacter Pylori infeksiyası - Helicobacter Pylori adlandırılan bakteriya tərəfindən törədilmiş mədə və onikibarmaq bağırsaq zədələnməsidir. Dünya əhalisinin 50%-dən çoxunda rast gəlinir. Bəzi hallarda heç bir əlamət olmadan gediş ala bilsə də, əksərən aşağıdakı əlamətlər müşahidə edilir:  - Qarnın yuxarı hissəsində (mədə nahiyəsi) kəskin və ya küt ağrılar və yandırma hissi;  - Ac olduqda mədədə ağrıların yaranması;  - Ürəkbulanma;  - İştahanın itməsi;  - Qıcqırma;  - Tez-tez gəyirmələr;  - Köpmə;  - Bədən çəkisinin səbəbsiz itkisi;  - Qanlı qusma (xora zamanı);  - Nəcisin rənginin qara olması (xora zamanı). Yoluxma yolları tam dəqiqləşdirilməmişdir, lakin hesab edilir ki, Helicobacter Pylori insandan insana ağız suyu, qusuntu kütlələri, nəcis (tualet sonrası gigiyenik qaydalara riayət edilməməsi zamanı), eləcə də bakteriyaya yoluxmuş qida və su vasitəsilə ötürülə bilər. Helicobacter Pylori infeksiyası:  - Mədə və onikibarmaq bağırsağın selikli qişa zədələnmələrinə;  - Mədə və onikibarmaq bağırsağın xoralarına;  - Mədə xərçənginə gətirib çıxara bilər. Buna baxmayaraq, bir çox hallarda HP infeksiyası müalicə edilmir. Müalicə üçün əsas səbəb – mədə-onikibarmaq bağırsaq selikli qişasında hər hansı dəyişikliklərin olması və nəsildə mədə xərçəngi riskinin olmasıdır (bakteriyanın testlə təsdiqlənməsi olmadıqda kor-koranə antibiotik təyini qadağandır!). Həkim tərəfindən təyin edilən antibiotiklər sxemi (sxemlərə 2 fərqli antibiotik daxildir) düzgün və vaxtında qəbul edilməlidir, əks halda davamlı bakteriya ştammlarının yaranması baş verir. Bu halda antibiotik qrupları dəyişilməlidir, yəni, eyni antibiotiklərlə ikinci dəfə müalicə aparmaq olmaz. Bakteriyanın diaqnostika üsulları son illərdə ən mübahisəli məqamlardandır, aşağıda üsullar və onların çatışmazlıqları və üstünlükləri barədə qısa qeydləri nəzərinizə çatdırıram: 1.Ureaz test və ya “nəfəs testi”. Bu müayinənin aparılması üçün pasiyentə xüsusi tablet və ya məhlul (maddə) içirilir. Əgər mədədə Helicobacter Pylori varsa, pasiyentin tənəffüs zamanı xaric etdiyi havada xüsusi maddə qeydə alınacaq. Lakin son illər aparılan araşdırmalar göstərmişdir ki, ağız boşluğu və boğazda olan bir çox bakteriyalar da həmin maddəni dəyişdirmək xüsusiyyətinə malikdir, beləliklə də, H.Pylori olmayan şəxslərdə də nəticə “yalan müsbət” ola bilər. 2. Qan testi və ya qanda bakteriyaya qarşı M və G qrupuna aid anticisimlərin təyini. Bu testlə hazırki (M) və ya keçmişdə keçirilmiş (G) infeksiya yoxlanılır.Bu üsulun çatışmayan cəhətlərindən birincisi – M qrup anticisimlərin qanda altı aya qədər dövr edə bilməsidir, bu isə o deməkdir ki, 1-2 həftəlik müalicədən sonrakı altı ay müddətində belə qanda M qrup anticisimlər aşkarlanmaqda davam edəcək və bakteriyanın xaric olunub-olunmadığı barədə məlumatı qısa zaman ərzində təyin etmək mümkün olmayacaq. İkinci çatışmayan cəhət (diqqət!!!) – G qrup anticisimlərin təyini və onların əsasında müalicə aparılmasıdır. Bakteriya 20% hallarda orqanizmdən “özbaşına” xaric olur. Əgər pasiyent nə vaxtsa HP ilə yoluxub və tam sağalıbsa (və ya uğurla müalicə edilibsə) - G qrup anticisimlər “yaddaş” xarakteri daşıyaraq bütün ömür boyu qanda təyin ediləcək, odur ki, təkcə onların aşkarlanmasına görə müalicə təyin edilə bilməz! 3.Endoskopik müayinə zamanı mədə selikli qişasından götürülən bioptatda HP təyini. Bioptat (selikli qişadan götürülən “kiçik tikə”) mədənin antral hissəsindən götürülməlidir. Bəzi hallarda aparılması məsləhət görülmür, lakin son illər ən çox istifadə edilən üsullardan biri kimi qalmaqdadır. Üsul, bakteriyanın çipə (hazır test) hopdurulmuş maddəni fermentativ dəyişikliyə uğradaraq, rəngini dəyişdirməsinə əsaslanır (sarı rəng bənövşəyi rəng çalarına keçərsə, bakteriya “müsbət” hesab edilir). 4.Nəcisdə Helicobacter Pylori antigeninin təyini testi. Bu zaman birbaşa olaraq bakteriyanın zülallarının aşkarlandığı, həmçinin heç bir qan və mədə bioptatı götürülmədiyi üçün skrininq test kimi daha çox tövsiyə edilir. Sonda qeyd edim ki, əgər müayinənin aparılmasından əvvəlki 1-2 həftədə “mədə dərmanları” (omeprazol və digər PPİ, bismut preparatları, maye şəklində olan antasidlər və s.) qəbul etmisinizsə, bu, yuxarıda sadalanan istənilən testin nəticəsinə təsir edərək “yalan mənfi” nəticənin alınmasına səbəb ola və çaşqınlıq yarada bilər. Odur ki, qəbul etdiyiniz preparatlar barədə həkiminizi məlumatlandırın.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 14.08.2017

kosmetologiyada lazerlərdən istifadə

Kosmetologiyada lazerlər

Əvvəlcədən lazerin nə olduğunu aydınlaşdırmaq lazımdır? "Lazer" ingilis dilində "laser" sözündən əmələ gəlir, "məcburi şüalanma vasitəsilə işığın gücləndirilməsi" - Light Amplification by Stimulated Emission of Radiation cümləsindən ixtisar. Oxucudan "İşığın gücləndirilməsi" sözlərinə diqqət yetirməyi xahiş edirəm, yəni lazer şüalanması - işiğın böyük intensivliyidir və o, radiasiya xüsusiyyətlərinə malik ola bilməz. Ümumilikdə orqanizmə, o cümlədən, hamiləlik zamanı təhlükəli təsiri haqqında bütün suallar yersizdir. Yəqin ki, hamıya "lazer cilalanma", "lazer epilyasiya" və "lazerlə cavanlaşdırılma" ifadələri məlumdur. Klinikaların və salonların çoxsaylı reklam elanları "son nəsil olan lazer", "ən yeni lazer cilalanma" və "ağrısız lazerlə cavanlaşdırılma" kimi məlumatla doludur. Bəzən reklamı başa düşmək çətin olur, ona görə biz lazer şüalanmasının dəriyə təsiri mexanizmləri baxımından lazer metodları haqqında danışmağa çalışacayıq, o zaman hər hansı lazerin nə üçün yaraşdığı və digərlərindən nə ilə fərgli olduğu aydın olacaq. Lazer şüalanmasının və dərinin qarşılıqlı əlaqəsi İlk növbədə, müxtəlif kosmetoloji lazer metodları zamanı istifadə edilən lazer şüalanmasının xassələrini yada salaq. Birinci mühüm xüsusiyyəti - monoxromatiklikdir. Hər lazer nanometrlərlə ölçülən müəyyən uzunluqda dalğalarda işıq salır. Bu lazeri müxtəlif uzunluqlu dalğaların qarışığı olan adi işıqdan fərgləndirir. Beləliklə, gördüyümüz işıq - 380-lə 780 nm arası uzunluqda olan şüaların qarışığıdır. Dalğanın uzunluğu çox vacibdir, çünki dərinin müxtəlif strukturlarına eyni uzunluqda dalğaları müxtəlif şəkildə hopur. Məsələn, yaqut lazer 694 nm uzunluğunda qırmızı şüalanma dalğasını generasiya edir, hansını ki əsasən melanin hopur. Bu zaman tərkibində yüksək səviyyədə melanin olan hüceyrələr maksimum isinirlər, ümumilikdə isə dəri az qızır. Əksinə, infraqırmızı lazerlər, məsələn erbiy lazeri, dəridəki suyu qızdırır və praktiki olaraq melanini qızdırmır. Deməli, lazer şüası ilə dərinin müxtəlif strukturlarını "sərrast" isitmək olar və kosmetoloji lazerin dalğasının uzunluğu onun haqqında çox şey deyə bilər: nə üçün istifadə olunur, hansı halda effektivdir və onu necə təhlükəsiz istifadə etmək olar. Hətta bəzən şüalanmanın uzunluğu lazer haqqında onun adından da daha çox məlumat verə biləcək parametrdir. Məsələn, "diod lazeri" deyiləndə, lazerdəki şüalandırıcının sadəcə yarımkeçirici lazer diodun olduğunu bildirir. Bir diod lazeri isə 1450 nm uzunluğunda dalğaları saça bilər, və o, sizanaq xəstəliyinin müalicəsi üçün istifadə edilir. Digər diod lazeri - 800 nm-dir, və o, epilyasiya üçün istifadə olunur, nəhayət, 970 nm diod lazeri var, o LOR-cərrahiyyəsində tətbiq edilir. Lazer şüalanmasının ikinci vacib xüsusiyyəti onun zamanda və məkanda dəqiq idarə etmək imkanıdır, həmin zaman yüksək enerjini çox kiçik sahəyə yönləndirmək mümkündür. Məsələn, infraqırmızı СО2 lazerlər (10600 nm) dəri təkmilləşdirilməsi üçün tətbiq olunur. Onlar bir neçə saniyə ərzində dəri səthini 300-400º-dək qızdırır, o zaman onun tərkibindəki su dərhal toxuma ilə birlikdə buxarlanır. Belə çıxır ki, lazer sanki dərinin incə qatını ondakı nöqsanlarla birlikdə kəsir. Heç bir lampa hətta ən güclüsü də belə  tez şəkildə dərini qızdıra bilməz. Qeyd edək ki, yüksək gücünə baxmayaraq, lazerin bir nöqtəyə işıq saçmanın zamanı saniyələrdən az çəkir, ona görə o, dərini tamamilə yandıra bilməz - o, yalnız incə qalınlıqda bir sahəni aradan qaldırır. Lazerin gücünü və təsir müddətini (impuls müddəti) dəqiq tənzimləmək olar - bu zaman "kəsilən" qatın qalınlığı tənzimlənir. Lazerlərin üçüncü mühüm cəhəti - bakterisidlikdir. Dəriyə lazer şüalanmasının təsiri prossesində xəstəlik törədən mikroblar ölür, və dəri zərərsizləşdirilir. Bu lazerlərə iynə, mexaniki hamarlaşdırma prossedurları və pilinqlərlə müqayisədə yüksək üstünlük verir. Bunun sayəsində bəzi lazerlər sızanaq xəstəliyinin müalicəsi üçün istifadə olunur. Onlar sızanaqların əmələ gəlməsinin səbəbi olan dəridəki bakteriyaları məhv edir. İndi isə kosmetologiya sahəsində tətbiq olunan lazer üsullarına daha ətraflı müraciət edək. Onları iki böyük qrupa bölmək olar. Birincilər - spektrin görünən hissəsində tutqun olanlardır (380-780 nm)  - dəriyə rəng verən dəridəki maddələri qızdırırlar - hemoqlobin (qırmızı rəngli), melanin (qara, qəhvəyi və sarı rəngli) və tatuirovka piqmenti (hər cür rəngdə ola bilər). Qızdırmanın məqsədi - piqment ləkələri, tük qovuqcuqları, damarlar və döymələr kimi rəngləndirilmiş strukturları məhv etməkdir, lakin eyni zaman ətraf dəri toxumasına zərər vurmamaqdır. Obrazlı şəkildə "görünən" lazerlərin fəaliyyətini günəşli gün şəffar sudakı tünd balığın misalında təsəvvür etmək olar. Bizim üçün balıq şəffaf deyil və günəşin infraqırmızı şüaları həm su, həm balıqla hopdurulduğu zaman spektrin görünən hissəsinin şüaları balığın bədənini qızdırır və əgər balıq su səthinə yaxındırsa infraqırmızı şüalar balıq və su tərəfindən əmiləcək. İkinci qrup lazerləri infraqırmızı dalğaları saçır və dəridəki suyu qızdırırlar, özü də, orda melaninin və hemoqlobinin olmasından asılı olmayaraq bunu müntəzəm şəkildə edirlər. Bu onunla bağlıdır ki, su dəriyə az-çox müntəzəm olaraq bölüşdürülüb - həm melanin toplayan hüceyrələrdə, həm damarlarda, həm tük qovuqcuqlarında. İstifadə olunan dalğanın uzunluğundan, gücündən və impuls müddətindən asılı olaraq, infraqırmızı lazerlər suyu və onunla birlikdə nazik dəri qatını buxarlandırmağı (lazer ablyasiyası), fototermoliz halını yaradaraq və ya digər sözlə dərinin struktur elementlərini məhv edərək, dərini 50-90º-ə kimi qızdırmağı bacarırlar. Nəhayət, heç bir şeyi məhv etməyən, yalnız dəridəki mübadilə proseslərini stimullaşdıran və modulyasiya edən, müxtəlif terapiya nəticələrinə gətirib çıxaran aşağı intensiv infraqırmızı lazerlər var. Lazer epilyasiyasından danışaq Lazerlə eyilyasiya üçün çox vaxt yaqut (694 nm), aleksandrit (755 nm), neodim (1064 nm) və diod (800 - 900 nm) lazerlər istifadə olunur. Yaqut lazer ən təhlükəsiz və qoruyucu biri sayılır, lakin əsasən açıq rəngli dəridə qara tüklərin epilyasiyası zamanı yaxşı nəticə verir. Aleksandrit lazeri - ən səmərəlilərdən biridir, lakin bir az təhlükəlidir, buna görə də müasir lazerlərin daxilinə, məsələn Candella, dərinin səthini soyudan quraşdırılıb. Neodim lazerləri əsmər dəridə tünd tüklərin aradan qaldırılması üçün səmərəlidir. Bütün epilyasiya üçün lazerlər tük qovuqcuğunu qızdırır, çünki onun tərkibində melanin var, qovuqcuq dağılır və tük artıq uzanmır. Bir prosedur zamanı follikuların yalnız bir hissəsi dağılır: fəal artım fazasında olanlar. Buna görə 6-8 həftə fasilə ilə 5-8 prosedurdan keçmək lazımdır, əgər epilyasiya bədəndə keçirilirsə, və 3-4 həftə fasilə ilə, əgər epilyasıyası üzdə keçirilirsə. Lazer epilyasiyasının, fotoepilyasiyanın kimi, məhdudiyyətləri var: açıq rəngli saçları açıq rəngli dəridə aradan qaldırmaq mümkün deyil (lazerə sadəcə qızdırmağa heç bir şey yoxdur), əsmər dəridə isə epilyasıya ümumiyyətlə təhlükəlidir (lazer tükdən başqa dərinin melanininidə qızdıracaq, bu isə yanıqları əmələ gətirə bilər). Damar defektlərinin müalicəsi Damar defektlərinin müalicəsində spektrin yaşıl sahəsində saçan lazerlər istifadə olunur. Hemoqlobin hopmasının zirvəsi 577 nm, görünən işığın sarı-yaşıl diapazonunda yerləşir, bu zaman sarı-yaşıl spektrin şüaları əksəriyyətdə damarlarla və daha az melaninlə hopdurulacaq. Qanla hopdurulmuş işıq enerjisi, istilik enerjisinə çevrilərək, damar divarının zədələnməsini yaradır və nəticədə damar yumulur. Səthdəki damarların aradan qaldırılması üçün ikiqat gücləndirilmiş tezliklə neodim lazeri (Nd:YAG/KTP, 532 nm) və mis buxarlı lazer ən yararlıdır. Onlar damar ulduzlarının, hemangiomaların, ləkələrin müalicəsində səmərəlidir. Bir sıra hallarda dərin iz buraxan damarlarının müalicəsi üçün 1065 nm neodim lazeri istifadə edilir. Piqmentasiyaların müalicəsi Piqment ləkələrin müalicəsi üçün spektrin görünən hissəsində saçan və melanini (məhz o xallara rəng verir) qızdıran lazerlər idtifadə edilir. Bunlar aleksandrit, yaqut və ikiqat gücləndirilmiş neodim lazerləridir: prinsipcə, onların əksəriyyəti epilyasiya üçün tətbiq olunanlardır, yalnız digər müalicə parametrləri istifadə olunur. Epilyasiya zamanı olduğu kimi, burda da əsmər dəridə piqment ləkələri müalicə etmək olmaz, çünki ləkədəki piqmentdən başqa ətrafdaki dəri də qızdıralacaq. Bəzən piqmentasiya müalicəsi üçün lazer təkmilləşdirməni tətbiq edir. Praktiki olaraq piqmentin həmişə dərinin dərinin üst qatında - epidermisdə lokallaşdırıldığı üçün, bu qatı "kəsmək" olar, sonra onun yerində yeni epiderma əmələ gələcək. Döymələrin aradan qaldırılması Döymələrin silinməsi mexanizmi onun dağıdılması və rəngin dəridə sonrakı çəkilməsinə əsaslanır. Ən asan klassik qara döymələr korreksiya olunur, özü də səthdəki tatuaj zamanı daha çox effekt nail olunur. Tatuirovkaların aradan qaldırılması üçün ən çox 1064 nm uzunluğunda dalğasında işləyən ND:YAG Q-Swithed KTP lazer (qara, tünt-göy və tünd-yaşıl tatuirovkalar) və 532 nm (qırmızı və narıncı tatuirovkalar) istifadə edilir. Qəhvəyi döymələrin silinməsi üçün hərdən aleksandrit lazer istifadə olunur. Nəhayət döymələrin lazer korreksiyası üçün ən köhnə üsul - СО2 lazerlə döymənin yandırılması, lakin o, boya maddəsinin dərində yerləşdiyi hallarda dəridə çapıqlar salır. Dərinin cavanlaşdırılması Demək olar ki, kosmetologiyada cavanlaşdırılma prosedurları üçün daha çox lazer metodikaları var, çünki hər bir lazer istər-istəməz cavanlaşdırma effektinə malikdir. Məsələ burasındadır ki, hətta lazerlə dərinin kiçik qızdırılması mübadilə proseslərini stimullaşdırır. Ona görə spektrin görünən hissəsində saçan və piqment və damar defektlərinin müalicəsində tətbiq olunan lazerlər, "kənar" cavanlaşdırma effektinə malikdir. Bu effekt qısadır, və, bir qayda olaraq, yaşlılıqda yoxdur. Ablyativ lazerlər - CO2 (karbon dioksidi, 10600 nm) və Er:YAG (aluminium-ittrium qranatı əsasında erbiy lazeri) lazerləri qırışların aradan qaldırılması və cavanlaşdırılma baxımından daha səmərəlidir. Onlar qat-qat dərini buxarlandırır, həmin zaman CO2 lazeri daha dərin və aqressiv (lakin prosedurun nəticəsi daha yüksəkdir), Er:YAG isə səthdə və daha az nəticə ilə fəaliyyət göstərir. Faktiki olaraq ablyativ lazerlər köhnə epidermisi və qismən dermanın üst qatını dağıdır, bundan sonra bərpa prossesləri və yenidən modelləşdirilmə prossesləri başlayır: köhnə dəri yeni ilə əvəz edilir. Lazer cilalanması, əksər tanınmış kimyəvi pilinq mikrodermabraziya kimi tanınmış üsulları geridə buraxaraq, dəri səthinin cavanlaşdırılması üçün ən mühüm vasitə sayılır. Lakin lazer təkmilləşdirməsinə hər kəs razılaşmaz, çünki ondan sonra dəri 1-2 həftə ərzində bərpa olunur və aylar ərzində qırmızı olaraq qalır, piqmentasiyanın əmələ gəlmə riski çox yüksəkdir, parametrlərinin səhv seçimi zamanı isə çapıqlar əmələ gələ bilər. СО2 lazeri ziyillərin, xalların, papillomaların, həmçinin qabaran hipertrofil çapıqların təkmilləşdirilməsi üçün tez-tez istifadə olunur. Ümumiyyətlə СО2 lazeri - cərrahiyyədən kosmetologiyaya gəlmiş ilk lazerlərdən biridir. Onu indi də bütün ölkələrdə plastik cərrahiyyə klinikalarında cərrah bıçağı kimi indi tətbiq edirlər. Fraksion remodelləşdirilmə Fraksiya ablasiya və fraksiya fototermoliz prinsipi ilə ilə işləyən lazerləri və fraksion lazerləri haqqında tamamilə ayrıca danışmaq lazımdır. Bunlar Fraksel qrup lazerləridir: Fraxel re:store və Fraxel re:pair. Onların dəri ilə qarşılıqlı fəaliyyət mexanizmi  "fraksiya" sözündən irəli gəlir. Onlar dərhal bütün dərini yox, onun saç qalınlığında minlərlə fraksiyalarını qızdırır və həmin mikrofraksiyalar ətrafındaki dərini zədələmir. Nazik mikrofraksiyalar 1,5 mm dərinliyinə qədər nüfuz edə bilər, lakin onların diametri çox az olduğuna görə, adi lazer təkmilləşdirilməsi ilə müqayisədə reabilitasiya dövrü dəfələrlə qısadır. Fraxel lazerləri  dəridə fraksionn remodelləşdirilmə proseslərini başlayır, dəri hissə hissə yenidən qurulur, yeniləşir. Remodelləşdirilmə prosesi piqmentə, qırışlara və çapıq toxumasına da toxunur. Fraxel lazer metodikası cavanlaşdırılma, piqmentasiya, çapıqlar, genəlmələr və postakne müalicəsində ən perspektivli biri sayılır. Maraqlıdır ki, bu texnologiyanın dərinin rənginə görə məhdudiyyəti yoxdur, və onu istənilən hissələrdə tətbiq etmək olar. Beləliklə, tibbdə və xüsusilə kosmetologiyada istifadə olunan lazer metodikaları ilə maraqlanan hörmətli oxucu, Siz bütün dünya ölkələrində tətbiq olunan lazer aparatları və metodları barəsində düzgün məlumat ala bildiniz. Bütün müalicə üsullarında əsas olan avadanlıq deyil, nəticə almaq üçün hər hansı lazeri istifadə edən həkimin bacarılığıdır. Belə ki, müasir lazerlər - sivilizasiyanın bizə bəxş etdiyi və düzgün istifadə olunmalı gözəl alətdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 10.08.2017

Spinner