Panik atak nədir? Səbəbi, əlamətləri, panik atakı yaradan amillər və müalicəsi hekimtap.az

Panik atak nədir? Səbəbi, əlamətləri, panik atakı yaradan amillər...

Panik atak – həyəcan, qorxu (ölüm qorxusu kimi), sıxıntı hislərini içində axtaran, qıcolmalar şəklində ortaya çıxan bir rahatsızlıqdır. Psixoloji problemlərlə, ya da bəzi xəstəliklərlə birlikdə görünə bilir. Xəstə ani bir atakda tamam qorxu içində olur. Öləcəyini, ürəyində bir problem olmasını, infarkt keçirəcəyini düşünür. Atak 10 dəqiqə içində ən şiddətli hal alır. Xəstə panik içində həkim müayinəsinə gəlir. Bayılacağını, çox pis şeylər baş verəcəyini düşünür. Yarım saat içində atak keçməyə başlayır. Xəstə özünü çox yorğun və üzgün hiss edir. Heç bir şey etmək istəmir, dözümü qalmamışdır, tək qalmaq istəmir. Yanında birinin olmasını istəyir. Panik atakın əlamətləri nələrdir? Panik atakın -13 əlamətləri var. Bunlardan ən az 4 əlamətin olması panik atakın olma ehtimalını artırır. 1) Ürək döyüntülərinin çox olması; 2) Tərləmə ( istilik basma ve üşümə); 3) Titrəmə; 4) Nəfəs almaqda çətinlik çəkmək, boğulma qorxusu və tıxanma hissi; 5) Başgicələnmə, bayılacağını düşünmək; 6) Ürəkbulanma, gəyirmə, qarın ağrısı hissi; 7) Nəfəsi kəsilmək hissi, aldığı havanın yetmədiyini düşünərək dərindən nəfəs almaq; 8) Döş qəfəsində ağrı və sıxılma hissiyatı; 9) Özünü hiss etməmək, özünə yadlaşmaq və özünü təhlükədə hiss etmək (depersonalizasyon); 10) Ətrafının həqiqi, gerçək olmadığını düşünmək (derealizasyon); 11) Ölməkdən qorxmaq; 12) Dəli olacağını düşünmək, başqalarına zərər vermək qorxusu; 13) Bədənində keyləşmə, iynə batma hissiyatı. Panik atak necə yaranır? Panik atakı yaradan nələrdir? Çox vaxt səbəbsiz ortaya çıxır. Beyindəki maddələr mübadiləsinin pozulmasından, ya da beynin yan qisminin funksional pozulmasından meydana gəlməsi düşünülür. Tək başına, ya da müxtəlif xəstəliklərlə birlikdə ortaya çıxır. Stresli bir həyat sürmək panik atakın əmələ gəlməsinə təkan verir. Bunlardan başqa bu vəziyyətlərdə də panik atak əmələ gələ bilər: Epilepsiya xəstəliyi, ağciyər-ürək xəstəlikləri, vitamin əskikliyi, kafeinlə zəngin qidalanma, qalxanabənzər vəzi xəstəlikləri, qan şəkərinin düşməsi, qanazlığı, beyində yaranan şiş xəstəlikləri, dərmanların yan təsiri, qapalı yerlərdə çox olmaq, çox tünlük, sıxlıq olan yerlərdə olmaq, depresiya ve sinir pozulmaları, narkotik və uyuşduruculardan istifadə etmək, asılılıq yaradan dərmanların qəfildən kəsilməsi. Panik atak kimlərdə görünür? Kimlər risk altında? İnsanların 3 faizi bu xəstəlikdən əziyyət çəkir. Hər yaşda görünür. 20 yaş arasında daha çox rast gəlinir. Qadınlarda daha çoxdur. Genetik və irsi ötürülmə riski çoxdur.  Uzun müddət təsir altında yaşayanlarda, acınacaqlı həyat tərzi olanlarda, problemlərini heç kimlə paylaşmayanlarda və içinə salan insanlarda daha çox görünür. Panik atakın müalicəsi Panik atak müalicə olunan bir xəstəlikdir. Xəstəyə ilk öncə özünü kontrol etməyini öyrətmək lazımdır. Bunu bacaran xəstə panik atakı həyatından tamamilə çıxarda bilər. Atak zamanı oturmalı və ya uzanmalısınız. Öz-özünüzə bunun sadəcə bir atak olduğunu, qorxulu bir hal olmadığını söyləyin və atakın keçməsini gözləyin. Atak müddətində üzücü, həyəcanlandırıcı mübahisələrdən uzaqlaşın. Kafeinli içkilərdən, alkoqollu içkilərdən və siqaretdən istifadə etməyin. Özünüzü kontrol etməyə çalışın. Atak sırasında tez-tez nəfəs almayın, çünkü şikayətlər artar. Bir torbaya nəfəs alıb-verə bilərsiz. Xəstə özündə çoxlu xəstəliklər axtarır və bunun üçün bir neçə dəfə chek-up etdirir və əlavə məsrəflər edir. Xəstə mütəxəsisə müraciət etməli və həkiminə güvənməlidir. Həkiminə güvənci xəstəliyin tez və keyfiyyətli sağalmasını sürətləndirir. Müalicə zamanı nəfəs və rahatlama hərəkətləri, atakın üstünə gətmə texnikaları, əzələ gərginliyini yox etmək üçün edilən hərəkətlər xəstəyə öyrədilməlidir. Müalicə formaları bunlardır: Psixoterapiya, dərman qəbulu, yüksək motivasiya, relaksasiya texnikləri, nəfəs hərəkətləri, idman ve gimnastika, biofeedback, imagiination, atakın üstünə getmə texnikaları, qrup terapiyası, refleksoloji terapiya. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 09.09.2017

Böyütmə mammoplastikası
 hekimtap.az

Böyütmə mammoplastikası

Süd vəzisi qadınlıq və analıq rəmzi olub qadınlarda özünü qiymətləndirməyə, bədənini bəyənməyə və ümumi yaxşı hiss etməyə mühüm təsir göstərir. Normal inkişaf etmiş süd vəziləri həm dişi cinsiyyətinə aid olmanı göstərib bununla əlaqəli davranışlara ahəng verir. Ona görə, təsadüfi deyil ki, döş forması yaxud həcmindəki doğuşdan ya da qazanılmış hər hansı sapmalar böyük stressə və gərginliyə yol açır. Döş həcminin təyini ən sadə şəkildə qadının istifadə etdiyi iç camaşır (büsthalter) boyu ilə ölçülür.  Amerikada qəbul olunmuş sistemə görə lifçiyin (büsthalterin) döş boyları kiçikdən böyüyə A, B, C və s. hərflərlə işarələnir. Bundan əlavə sinə dairəsinin boyu santimetr olaraq göstərilir. Azərbaycanda isə keçmişdə qəbul olunmuş sistem hələ də istifadə olunur, və döş boyları kiçikdən böyüyə 1, 2, 3 və s. rəqəmlərlə işarələnir. Süd vəzilərinin kiçik olmasından əziyyət çəkən qadınlar həkimə müraciət edərkən, ümumi bədən boyları və digər faktorları nəzərə alaraq döşün istədikləri yeni boyuna qərar verməlidirlər. Döş böyüməsinin hazırda ən etibarlı və dünyaca qəbul görmüş metodu isə əməliyyat ilə xüsusi silikon implantların (protezlərin) yeridilməsidir. Müasir dövrdə istehsal olan implantlar həm baxışda həm də toxunulduqda təbii döş xassələrinə malikdir. Silikon implantların elastik xarici qabığı var.  Protezin içini silikon gel ya da (daha çox Amerikada) steril duz məhlulu təşkil edir. Bu implantların iki əsas şəkli var: yuvarlaq və damla (anatomik) şəkilli. Bundan əlavə protezlər həcm və yüksəkliyə görə, səthin hamarlığına görə, əsasının boylarına görə fərq göstərir. Əməliyyata qərar verildikdən sonra həkim hər bir xəstəyə ən uyğun olan implantı seçir. İmplant müxtəlif yollarla, o cümlədən süd vəzisinin alt büküşündən, məmə ucu ətrafından, qoltuq altından və hətta göbək dəliyindən yerləşdirilə bilər. Döşdəki implant süd vəzisinin altında, döş əzələsinin altında ya da qarışıq şəkildə yer alır. Silikon implantlar ilə döş böyütmə əməliyyatı təxminən 1 saat çəkir, xəstəxanada 1 gün qalmaq kifayətdir. Xəstə 1 həftə sonra normal günlük həyatına başlaya bilər. Silikon implantlar çox etibarlı döş böyütmə metodu olmaqla bərabər xəstələrdə bəzi sualları doğurur. Məsələn, bir çox, gələcəkdə ailə qurub ana olmaq istəyən qadınlar implant əməliyyatından sonra uşağı əmzirmə mövzusunda narahatdır. Qeyd edim ki, əksər böyütmə əməliyyatından sonra bu mümkündür. Xəstə bu istəyi haqqında həkimi xəbərdar etməlidir. İkinci məsələ silikon implantın xərçəng xəstəliyi ilə əlaqəsi ilə bağlıdır. Aparılmış bir çox tədqiqat süd vəzisi xərçənginin əməliyyat olmuş qadınlarda nəinki dəyişməməyini, hətta daha az görüldüyünü göstərir. Bu yaxında, silikon implantlar bəzi müəlliflər tərəfindən limfositlərdən əmələ gələn bədxassəli xəstəlikləri az da olsa artırdırdığını fərz etsə də, bu mövzuda dəqiq məlumat yoxdur.    Silikon implantları yeridilmiş xəstələrin 5-10% protez ətrafındakı birləşdirici toxumanın (kapsulanın) büzülməsi nəticəsində döşlərdə sərtləşmələr və görünüşdə pozulmalar əmələ gəlir. Bu halda implantın çıxarılıb yenisi ilə dəyişməsi lazım olur. Qeyd etdiyim ki, bu kifayət qədər nadir görülən haldır. Böyütmə mammoplastikası olub istədiyi döş formasına nail olmuş qadınların psixoloji vəziyyətinin yaxşılaşması, özlərinə etibarın artması və cinsi həyatlarının nizamlanması bir çox klinik tədqiqatda  təsdiqlənib. Bütün qadın oxuyucularımıza daim gözəl və cəlbedici olmalarını arzulayıram! Sağlıqla qalın! Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 22.08.2017

Uşaqlarda çürük dişlər
 hekimtap.az

Uşaqlarda çürük dişlər

Uşaqlarda 20 ədəd süd dişi olur. Onlar 6-cı aydan çxmağa başlayır, 3 yaşda başa çatır. Süd dişləri  12-13 yaşa qədər  tədricən daimi dişlərlə əvəz olunur. Uşaqlarda dişlər niyə çürüyür?  - Şəkərli qidalardan çox istifadə;  - Dişlərin fırçalanmaması;  - Süd dişlərinin toxumasının daha incə olması. Diş çürüməsinin qarşısını necə almalı?  - Düzgün qidalanma-mövsümə uyğun meyvə-tərəvəz,meyvə quruları;  - Şəkərli qidalardan (şokolad, biskvit, peçenye, vafli) məhdud istifadə;  - İlk dişlər çıxdığı vaxtdan keyfiyyətli diş fırçası ilə təmizlənməli;  - Uşağı artıq 3 yaşından (ABŞ və Avropada 1 yaşdan) diş həkimi ilə tanış etməli (əksinə, həkimlə və iynə ilə qorxutmamalı). Uşaqlarda çürük dişlər müalicə olmazsa, nə ola bilər?   - Çürük dişlərlə uşaq yaxşı qidalana bilmir;  - Çürük dişlər mütəmadi ağrıyaraq uşaqda narahatlıq yaradır;  - Çürük dişlər daha sonra irinləyə (“çirk etməsi”) bilər;  - Çürük süd dişində olan infeksiya altdakı daimi dişi zədələyə bilər;  - Çürük dişdə olan infeksiya uşağın böyrək, ürək və oynaqlarında fəsadlara yol aça bilər. Uşaq dişlərinin müalicəsi necə olur? Uşaqların dişlərindəki çürüklər tamamilə təmizlənir, lazım gələrsə kanal müalicəsi olunur və keyfiyyətli plomb materialı ilə müalicə başa çatdırılır .   Çürük dişlərin vaxtında müalicəsinin faydaları:  - Uşaq daha rahat qidalanır;  - Diş ağrısı kimi çox əziyyətli bir problemlə üzləşmir;  - Ağrıkəsici dərmanlara ehtiyac qalmır;  - Ağızdan gələn pis qoxunun qarşısı alınır;   - Çürük infeksiyasının ciddi fəsadları ilə üzləşmir;  - Gələcəkdə daimi dişlərində əyrilik problemlerinə az rast gəlinir;  - Dişlərində estetik görünüş bərpa olunur. “Süd dişləridir, onsuz da düşəcəkdir”- deyib keçməyin... Oynadığı oyuncaqlar da nə vaxtsa sınacaq, yenisi alınacaq... Geyindiyi paltarlar da nə vaxtsa köhnələcək, yenisi alınacaq... Amma itirilmiş sağlamlıq isə tam bərpa olunmur. Biganə qalmayaq.  Axı o, sizin övladınızdır və onun sağlamlığına hələki cavabdeh şəxs də məhz Sizsiniz...   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 20.08.2017

Köp (Meteorizm)
 hekimtap.az

Köp (Meteorizm)

Köp (Meteorizm) - bağırsaqlarda qazların həddən artıq toplanması deməkdir. Qarnın köpməsi, çoxlu miqdarda həzm qazlarının xaric olunması ilə (flatulensiya adlandırılır) müşayiət olunur. Normada həzm prosesi və mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində gün ərzində insanın bağırsaqlarında 0,2- 0,9 litrə qədər qaz yaranır. Yetkin insanda bağırsaqların boşalması (defekasiya aktı zamanı) 0,1- 0,5 litr qaz xaric olunur, lakin bu proses normalda hiss edilmir. Meteorizm zamanı qazların miqdarı 3 və ya daha çox litrə çata bilər. Köp özünü aşağıdakı hallarla biruzə verə bilər:  - Gəyirmə;  - Hıçqırma;  - Mədədə ağırlıq hissi;  - Qarında qurultular;  - Qazlar xaric edildikdən sonra yox olan sancı xarakterli ağrılar;  - Qəbizlik və ishal. Həddən artıq qaz əmələ gəlmə həzm sisteminin disfunksiyasının göstəricisidir. Köpün səbəbləri Hər hansı xəstəlik olmadan:  - Qida qəbulu və ya danışıq zamanı havanın udulması (aerofagiya);  - Həddən artıq və gecələr qida qəbulu;  - Şirniyyatlar və un məmulatlarının həddən artıq istifadəsi;  - Qaz əmələ gətirən məhsulların çox istifadəsi (paxlalılar, kələm, turp, alma, qazlı sular);  - Qıcqırma prosesi yaradan məhsulların çox istifadəsi (çörək, kvas, pivə, göbələk);  - Süd məhsullarının həddən artıq istifadəsi (laktoza tolerantlığı zamanı). Aşağıdakı xəstəliklər zamanı:  - Qıcıqlanmış bağırsaq sindromu;  - Bağırsaq disbakteriozu;  - Həzm sisteminin digər xəstəlikləri (mədə, mədəaltı vəz, qaraciyər və öd xəstəlikləri);  - Kəskin bağırsaq infeksiyaları;  - Bağırsaq parazitləri (“qurdları”);  - Qazların xaric olmasının pozulmaları (bağırsaq keçilməzliyi, peritonit nəticəsində bağırsağın tonusunun azalması, nevroz);  - Böyrək daşları və travmaları. Meteorizmin zamanı iki həftə ərzində:  - Çox qaz əmələ gətirən məhsulları rasiondan məhdudlaşdırmaq (xəmir məmulatları, göbələk, paxlalılar, qazlı sular və s.).  - Müntəzəm qidalanmaq (gün ərzində 3-4 dəfə) lazımdır. Əgər iki həftə ərzində köpün azalması qeyd olunmursa, o zaman həkimə müraciət etmək labüddür, çünki köp deyil, onu yaradan səbəb müalicə edilməlidir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 18.08.2017

The cyst of the maxillary sinus cavity - what's to be done? hekimtap.az

The cyst of the maxillary sinus cavity - what's to be done?

   The cyst of the maxillary sinus cavity (sinus of Highmore) is of high occurrence in the practice of ENT specialist. Usually the cyst does not cause any symptoms and is accidentally detected during a preventive examination. In general symptoms express in case of large cysts.    What is a cyst? - A cavity filled with a liquid of amber color and surrounded by a thin coat adhered to the walls of the maxillary sinus cavity.    The reason for the formation of a cyst is a glandular obstruction. This gland produces mucus in the maxillary sinus cavity (in the normal condition). The case usually occurs against the background of often inflammatory processes in the maxillary sinus cavity such as runny nose, allergic rhinitis, frequent maxillary sinusitis.    Symptoms of cyst of the maxillary sinus cavity - heaviness in the cheek area, eyes, upper teeth, headaches, nasal congestion, rheum, flowing back into the nasal pharynx, lingering cold.    The diagnosis is disclosed in accordance to X-ray control or computed tomography of the paranasal sinuses, where a cyst is found as a rounded shadow. In some cases, the X-ray control is insufficiently informative. However by means of computer tomography it is possible to disclose more precise diagnosis and  determine the size and location of the cyst and, the location where the cyst is adhered.    Cyst of the maxillary sinus cavity is subject of surgical treatment only. The most modern and safe method of cyst excision is the endoscopic surgery of maxillary sinus cavity. In such case it is possible to widen transnasally the natural anastamosis (gap of maxillary sinus) of maxillary sinus cavity (excluding external incisions) and to excise the cyst using of special medical tools.  Usually during the surgery the cyst is opened, the cystic fluid drains, then its coat is excised to avoid recurrent cyst formation. Patient dismissal will take place after 3-4  hours of postoperative supervision on the day of surgery. The bioresorbable hemostatic sponges will be used in order to prevent postoperative hemorrhage (instead of tampons).

Published: 16.08.2017

What does it mean under Nasal septum deviation? hekimtap.az

What does it mean under Nasal septum deviation?

What does it mean under Nasal septum? The nasal septum is the nasal plate that divides the nasal cavity into right and left nostrils. It consists of cartilaginous and bone tissues, covered with a mucous membrane. Deviation can occur at birth or later as a consequences of an injury. According to the statistics there are 70-80 medical cases with any Nasal septum deviation for every 100 people did not seek treatment.  In such a case any medical intervention is not required. The medical treatment is required in response to health encounter. Septoplasty is a surgical procedure to correct a deviated septum, this means  restoration of nasal septum correct form. Which symptoms and signs are indicative for health encounter? Absolute lack of ability to nose breathe,  occasional snoring, breathing interruption that occurs during sleep (Apnea),  headaches, shortness of breath, aural fullness, nasal hemorrhages, etc. Surgical treatment: Length of surgical procedure minutes under regional or general anesthesia is 20-30 minutes.  The aim of procedure is to correct the deviation of cartilage or bone inhibiting nasal breathing. The same day at evening the patient will be dismissed. Silicone nasal splints do not inhibit breathing (up-to-date healthcare product used as a tampon) and will be  pain-free removed after 3-5 days. Finally the patient has an opportunity to easy nasal breathing. The nose Septoplasty performs either as classic nasal septal reconstruction or as endoscopic septoplasty procedure. In classical Septoplasty the septum is incised in front of the deviation. Endoscopic septoplasty comprises a small incision in the specific area of a deviated nasal septum and makes it possible to observe the procedure on a monitor. Possible complications: postoperative hemorrhage, perforation of the nasal septum, intranasal synechia (nasal  commissures), etc. The use of modern technologies significantly reduces the incidence of complications. Modern medical technologies: Materials applied - Silicone nasal splints (up-to-date healthcare product used as a tampon), depending on the type of nasal septum deviation surgical operation can also be performed as endoscopic septoplasty, the extracted parts of the cartilage will be remodeled and returned back to their place (repaired). The video related to the topic:

Published: 16.08.2017

Rinoplastika. Əməliyyat qərarının verilməsi
 hekimtap.az

Rinoplastika. Əməliyyat qərarının verilməsi

Rinoplastika son 10-15 il ərzində Azərbaycanda ən çox aparılan estetik əməliyyatların sırasındadır. Əməliyyat nəticəsinin yaxşı olmasına təsir edən mühüm amillərdən biri də rinoplastika haqqında düzgün verilmiş qərardır. Qeyd edək ki, normal şəraitdə bu bir anlıq qərar deyil, mərhələli prosses şəklində olmalıdır. İlk mərhələdə insan özü burnun formasını dəyişməsinə qərar verir. Diqqət edin! – ÖZÜ. Çünki, bu burnu məhz bu insan ömrünün sonuna qədər üzündə daşıyacaq. Bu qərarı dərk edib bütün məsuliyyətini öz üzərinə almaqla bərabər, insan heç bir zaman “anam belə dedi, rəfiqəm elə hesab edir,  nişanlımın məsləhət gördü” sözlərlə  istiqamətləndirilməməlidir.  Gələcək pasientin ətrafında (qohum, dost, tanış kimi) olanların da dəstəyi, ya da ən azından əməliyyata qarşı olmamaqları vacibdir. Əməliyyatdan sonrakı yüngül depressiya fonunda “bütün defektləri görən” yaxın ətraf həm xəstənin, həm də həkimin əhvalını xeyli poza bilər.   Qərar verildikdən sonra əməliyyatı bilavasitə icra edəcək həkim ilə konsultasiya aparılır. Konsultasiya tam ətraflı şəkildə aparılmalı və (baxış, burun palpasiyası və s. kimi) texniki ünsürlərdən başqa əməliyyatın gedişini və arzu olunan nəticənin müzakirəsini də daxil etməlidir. Diqqət! Azərbaycanda çox vaxt xəstələr “doktor, özünüz, mənə ən çox yaraşan burnu bilirsiniz” kimi ifadələr işlədərək məsuliyyəti həkimin üzərinə atmağa çalışırlar. Lakin, əməliyyatdan əvvəl nə istədiyini bilməyən xəstə, böyük bir ehtimal ilə nəticəni də bəyənməyəcək. Eləcə də, həkimin zövqü, bütün insanlarda olduğu kimi, xəstənin “ən çox yaraşan” dediyindən çox fərqli ola bilər. Burun forması məsələsində əmin olmayan xəstələr öz qərarını yenidən gözdən keçirməlidirlər. Çox vaxt bunun üçün xoşlarına gəldiyi burun ilə 4-5 foto şəkil seçmək kifayətdir. Lakin, heç bir şəkildə burun formasının seçilməsi həkimə etibar edilməməlidir! Burnun SİZƏ aid olduğunu və bununla  daim yaşayacağınızı unutmayın!  Beləliklə xəstə burun formasının sifarişini verir, həkim isə bir sonrakı mərhələdə bunu nə dərəcədə gerçəkləşdirilməsini təyin edir. Məhz bu pillədə dəqiq simmetriya tələb edən yaxud qəribə arzuları səsləndirən, bir sözlə həqiqətdən uzaq istəkləri olan xəstələr aşlar edilməli və  əməliyyatlarından imtina edilməlidir.   Bir az  burun formasının “kompyuter modelleşməsindən” danışaq. Məsələ ondadır ki, toxumaların sağalma prosesinin nəticələrini öncədən görmək çox çətindir, ona görə kompyuter ilə hesablanan burun forması gərçək həyatdakından fərqlənə bilər. Belə praktika bəzi hallarda münaqişə yaratdığından bundan uzaq durmağı məsləhət görürəm. Nəhayət xəstə ilə həkim gələcək nəticə haqqında razılığa gəldikdən və mümkün olan bütün riskləri müzakirə etdikdən sonra əməliyyata hazırlıq başlayır. Bu haqda növbəti məqalədə məlumat verəcəyəm. Sağlam olun! Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 15.08.2017

Helicobacter Pylori infeksiyası
 hekimtap.az

Helicobacter Pylori infeksiyası

Helicobacter Pylori infeksiyası - Helicobacter Pylori adlandırılan bakteriya tərəfindən törədilmiş mədə və onikibarmaq bağırsaq zədələnməsidir. Dünya əhalisinin 50%-dən çoxunda rast gəlinir. Bəzi hallarda heç bir əlamət olmadan gediş ala bilsə də, əksərən aşağıdakı əlamətlər müşahidə edilir:  - Qarnın yuxarı hissəsində (mədə nahiyəsi) kəskin və ya küt ağrılar və yandırma hissi;  - Ac olduqda mədədə ağrıların yaranması;  - Ürəkbulanma;  - İştahanın itməsi;  - Qıcqırma;  - Tez-tez gəyirmələr;  - Köpmə;  - Bədən çəkisinin səbəbsiz itkisi;  - Qanlı qusma (xora zamanı);  - Nəcisin rənginin qara olması (xora zamanı). Yoluxma yolları tam dəqiqləşdirilməmişdir, lakin hesab edilir ki, Helicobacter Pylori insandan insana ağız suyu, qusuntu kütlələri, nəcis (tualet sonrası gigiyenik qaydalara riayət edilməməsi zamanı), eləcə də bakteriyaya yoluxmuş qida və su vasitəsilə ötürülə bilər. Helicobacter Pylori infeksiyası:  - Mədə və onikibarmaq bağırsağın selikli qişa zədələnmələrinə;  - Mədə və onikibarmaq bağırsağın xoralarına;  - Mədə xərçənginə gətirib çıxara bilər. Buna baxmayaraq, bir çox hallarda HP infeksiyası müalicə edilmir. Müalicə üçün əsas səbəb – mədə-onikibarmaq bağırsaq selikli qişasında hər hansı dəyişikliklərin olması və nəsildə mədə xərçəngi riskinin olmasıdır (bakteriyanın testlə təsdiqlənməsi olmadıqda kor-koranə antibiotik təyini qadağandır!). Həkim tərəfindən təyin edilən antibiotiklər sxemi (sxemlərə 2 fərqli antibiotik daxildir) düzgün və vaxtında qəbul edilməlidir, əks halda davamlı bakteriya ştammlarının yaranması baş verir. Bu halda antibiotik qrupları dəyişilməlidir, yəni, eyni antibiotiklərlə ikinci dəfə müalicə aparmaq olmaz. Bakteriyanın diaqnostika üsulları son illərdə ən mübahisəli məqamlardandır, aşağıda üsullar və onların çatışmazlıqları və üstünlükləri barədə qısa qeydləri nəzərinizə çatdırıram: 1.Ureaz test və ya “nəfəs testi”. Bu müayinənin aparılması üçün pasiyentə xüsusi tablet və ya məhlul (maddə) içirilir. Əgər mədədə Helicobacter Pylori varsa, pasiyentin tənəffüs zamanı xaric etdiyi havada xüsusi maddə qeydə alınacaq. Lakin son illər aparılan araşdırmalar göstərmişdir ki, ağız boşluğu və boğazda olan bir çox bakteriyalar da həmin maddəni dəyişdirmək xüsusiyyətinə malikdir, beləliklə də, H.Pylori olmayan şəxslərdə də nəticə “yalan müsbət” ola bilər. 2. Qan testi və ya qanda bakteriyaya qarşı M və G qrupuna aid anticisimlərin təyini. Bu testlə hazırki (M) və ya keçmişdə keçirilmiş (G) infeksiya yoxlanılır.Bu üsulun çatışmayan cəhətlərindən birincisi – M qrup anticisimlərin qanda altı aya qədər dövr edə bilməsidir, bu isə o deməkdir ki, 1-2 həftəlik müalicədən sonrakı altı ay müddətində belə qanda M qrup anticisimlər aşkarlanmaqda davam edəcək və bakteriyanın xaric olunub-olunmadığı barədə məlumatı qısa zaman ərzində təyin etmək mümkün olmayacaq. İkinci çatışmayan cəhət (diqqət!!!) – G qrup anticisimlərin təyini və onların əsasında müalicə aparılmasıdır. Bakteriya 20% hallarda orqanizmdən “özbaşına” xaric olur. Əgər pasiyent nə vaxtsa HP ilə yoluxub və tam sağalıbsa (və ya uğurla müalicə edilibsə) - G qrup anticisimlər “yaddaş” xarakteri daşıyaraq bütün ömür boyu qanda təyin ediləcək, odur ki, təkcə onların aşkarlanmasına görə müalicə təyin edilə bilməz! 3.Endoskopik müayinə zamanı mədə selikli qişasından götürülən bioptatda HP təyini. Bioptat (selikli qişadan götürülən “kiçik tikə”) mədənin antral hissəsindən götürülməlidir. Bəzi hallarda aparılması məsləhət görülmür, lakin son illər ən çox istifadə edilən üsullardan biri kimi qalmaqdadır. Üsul, bakteriyanın çipə (hazır test) hopdurulmuş maddəni fermentativ dəyişikliyə uğradaraq, rəngini dəyişdirməsinə əsaslanır (sarı rəng bənövşəyi rəng çalarına keçərsə, bakteriya “müsbət” hesab edilir). 4.Nəcisdə Helicobacter Pylori antigeninin təyini testi. Bu zaman birbaşa olaraq bakteriyanın zülallarının aşkarlandığı, həmçinin heç bir qan və mədə bioptatı götürülmədiyi üçün skrininq test kimi daha çox tövsiyə edilir. Sonda qeyd edim ki, əgər müayinənin aparılmasından əvvəlki 1-2 həftədə “mədə dərmanları” (omeprazol və digər PPİ, bismut preparatları, maye şəklində olan antasidlər və s.) qəbul etmisinizsə, bu, yuxarıda sadalanan istənilən testin nəticəsinə təsir edərək “yalan mənfi” nəticənin alınmasına səbəb ola və çaşqınlıq yarada bilər. Odur ki, qəbul etdiyiniz preparatlar barədə həkiminizi məlumatlandırın.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 14.08.2017

Spinner