Varikosel problemi və onun fəsadları
 hekimtap.az

Varikosel problemi və onun fəsadları

5404
Author: Androloq Azər Mirzəyev , Əlaqə: 050 311-36-88

Published: 30.03.2020
Azar Mirzayev

Varikosel-varikosele toxum ciyəsi venalarının varikoz genişlənməsidir.

Varikosele zamanı genişlənmə 80-90% hallarda solda, 2-3% sağda, 5-8% hallarda isə hər iki xaya venalarında rast gəlinir. Varikosele müxtəlif yaş qruplarında rast gəlinməsinə baxmayaraq ən çox 80-90% hallarda 16-32 yaşlı kişilərdə rast gəlinir. Bu problem ən çox ağır fiziki işlə məşğul olanlarda və idmanla məşğul olanlarda müşahidə olunur.

Varikoslenin ən ciddi fəsadı xayanın atrofiyası(kiçilməsi)nəticəsində xayanın sperma hasil etmə-spermyaratma funksiyasının zəifləməsidir. 

Məhz buna görə varikosele kişi sonsuzluğunun əsas səbəblərindən biri hesab olunur.

Aparılan tədqiqat araşdırmaları nəticəsində varikosele aşkarlanan kişilərin sperm müayinəsi zamanı onların 75-80% də müxtəlif dərəcədə spermatozoidlərin aktivliyinin aşağı olması təsdiq edilmişdir. Sonsuzluq problemi ilə əlaqədar müraciət edən kişilərin 40-45% də varikosele aşkarlanır. İkincili sonsuzluqla müraciət edən kişilərin (həyat yoldaşları 1 dəfə hamilə olan kişilər) 75-80% varikosel müəyyən olunur. 

Varikosele xəstəsinin şikayətləri:

Xəstəlik 10-15% hallarda ağrı simptomu ilə müşahidə edilir.Vaikoselin əksər hallarda ağrısız keçməsi onun diaqnostikasını çətinləşdirir ki,  bu da onun təsadüfi aşkarlanmasına səbəb olur. Bütün digər hallarda varikosle xayaların problem olan tərəfində digər tərəfə nisbətən çox sallanma, sızıltı, diskamfort kimi əlamətlərlə özünü göstərir. Bu əlamətlər fiziki iş zamanı, uzun müddət piyada gəzdikdə, cinsi əlaqədən sonra yaranır ya da artır. Bəzi hallarda isə heç bir əlamət olmur. Uzanmış vəziyyətdə əlamətlər azalır, yaxud tam itir.

Varikoselenin əlamətləri və ya diaqnostikası:

1.Xayaların müvafiq tərəfinin daha çox sallanması.

2.Digər tərəfə nisbətən böyük görünməsi.

3.Problem olan tərəfdə dəri qaşınması.

4.Xaya dərisində genişlənmiş damar proyeksiyasının müşahidə olunması.

5.Sperm(toxum) mayesində duruluq.

6.Ereksiya zəifliyi.

7.Xayaların USM Dopler müayinsəi:Varikoselenin ən dəqiq müayinəsi hesab edilir. USM-in rəngli dopler rejimində damarları aydın görmək, onların diametrinin təyin etmək mümkündür.Bu zaman damarların diametri ilə yanaşı qanın damarlarla geri qayıtmasının davametmə müddəti təyin edilir. Venalarda qanın geriyə qayıdılmasına reflüks,  başqa sözlə retroqrad axın deyilir.

8.Spermaqramma müayinəsi.

Təzahür formasından asılı olaraq varikoselenin 4 dərəcəsi ayırd edilir.

Varikoselin səbəbləri:

 1.İrsi olan damar divarı zəifliyi.

2.Yuxarı müsariqə arteriyasının sol böyrək venasını nə dərəcədə sıxması.

3.Varikosele olan tərəfdə xayanın venoz drenajını həyata keçirən venaların anatomik quruluşu.

4.Böyrək sallanması.

5.Böyrəyin aşağı qütbündən inkişaf edən kistalar və şişlər.

6.Böyrəyin aşağı qütbünə gedən əlavə qidalandırıcı damarın olması və s.

7.Ağır fiziki iş.

8.Ağır idmanla məşğul olmaq.

9.Qəbizlik.

Varikoselin fəsadları:

1.Kişi sonsuzluğu.

2.Xayanın atrofiyası.

Varikosel zamanı ən ciddi fəsad kişi sonsuzluğudur. Bildiyimiz kimi xayalığın dərisi ətraf mühitin temperaturunun dəyişməsinə qarşı çox həssasdır.Belə ki, soyuqda büzüşür,  istidə isə boşalır sallanır. Bu isə xayalarda gedən spermyaranma prosesinin necə dəqiqliklə tənzimlənməsini göstərir.

Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin müayinəsi zamanı onların 35-40% də varikosele aşkarlanır.ikincili sonsuzluqla müraciət edən kişilərin isə 75-80% qədərində varikosele aşkarlanır.

Varikoselin müalicəsi: 

Varikoselin ilkin dövrdə aşkar edilməsi mühüm əhəmiyyət kəsb edir.

1 ci və 2 ci dərəcə varikosele zamanı spermaqrammanın aktivliyi aşağı deyilsə və ya nisbətən aşağıdırsa Həkim- Androloqun köməyi ilə xüsusi təyin edilmiş müalicə kursları ilə müsbət nəticə əldə etmək olar. 3-cü və 4 cü dərəcəli varikosele zamanı isə cərrahi müdaxilə tövsiyə olunur.