Uşaqlarda çürük dişlər
 hekimtap.az

Uşaqlarda çürük dişlər

23593
Author: Ortodont dr.Kərim Mehdiyev

Uşaqlarda 20 ədəd süd dişi olur. Onlar 6-cı aydan çxmağa başlayır, 3 yaşda başa çatır. Süd dişləri  12-13 yaşa qədər  tədricən daimi dişlərlə əvəz olunur.

Uşaqlarda dişlər niyə çürüyür?
 - Şəkərli qidalardan çox istifadə;
 - Dişlərin fırçalanmaması;
 - Süd dişlərinin toxumasının daha incə olması.

Diş çürüməsinin qarşısını necə almalı?
 - Düzgün qidalanma-mövsümə uyğun meyvə-tərəvəz,meyvə quruları;
 - Şəkərli qidalardan (şokolad, biskvit, peçenye, vafli) məhdud istifadə;
 - İlk dişlər çıxdığı vaxtdan keyfiyyətli diş fırçası ilə təmizlənməli;
 - Uşağı artıq 3 yaşından (ABŞ və Avropada 1 yaşdan) diş həkimi ilə tanış etməli (əksinə, həkimlə və iynə ilə qorxutmamalı).

Uşaqlarda çürük dişlər müalicə olmazsa, nə ola bilər? 
 - Çürük dişlərlə uşaq yaxşı qidalana bilmir;
 - Çürük dişlər mütəmadi ağrıyaraq uşaqda narahatlıq yaradır;
 - Çürük dişlər daha sonra irinləyə (“çirk etməsi”) bilər;
 - Çürük süd dişində olan infeksiya altdakı daimi dişi zədələyə bilər;
 - Çürük dişdə olan infeksiya uşağın böyrək, ürək və oynaqlarında fəsadlara yol aça bilər.

Uşaq dişlərinin müalicəsi necə olur?
Uşaqların dişlərindəki çürüklər tamamilə təmizlənir, lazım gələrsə kanal müalicəsi olunur və keyfiyyətli plomb materialı ilə müalicə başa çatdırılır .  

Çürük dişlərin vaxtında müalicəsinin faydaları:
 - Uşaq daha rahat qidalanır;
 - Diş ağrısı kimi çox əziyyətli bir problemlə üzləşmir;
 - Ağrıkəsici dərmanlara ehtiyac qalmır;
 - Ağızdan gələn pis qoxunun qarşısı alınır; 
 - Çürük infeksiyasının ciddi fəsadları ilə üzləşmir;
 - Gələcəkdə daimi dişlərində əyrilik problemlerinə az rast gəlinir;
 - Dişlərində estetik görünüş bərpa olunur.

“Süd dişləridir, onsuz da düşəcəkdir”- deyib keçməyin... Oynadığı oyuncaqlar da nə vaxtsa sınacaq, yenisi alınacaq... Geyindiyi paltarlar da nə vaxtsa köhnələcək, yenisi alınacaq... Amma itirilmiş sağlamlıq isə tam bərpa olunmur. Biganə qalmayaq.  Axı o, sizin övladınızdır və onun sağlamlığına hələki cavabdeh şəxs də məhz Sizsiniz...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.