Piyləmə 
 hekimtap.az

Piyləmə 

4985
Author: Op.Dr.Əlif Hüseynzadə

Piylənmə (artıq çəki) nədir? Səbəbləri nələrdir? Artıq çəkidən necə qurtulmaq olar?

Şəkərli diabet, ürək qan damar sistemi xəstəlikləri, qaraciyər yağlanması, xərçəng, sonsuzluq kimi problemlərin əsasını təşkil edən piyənmə xəstəliyi haqqında geniş məlumatı məqaləmizdə oxuya bilərsiniz. Piylənmə (artıq çəki) nədir və müalicə yolları nələrdir?

21-ci əsrin ən ciddi problemlərindən biri piylənmə (artıq çəki) qəbul edilmişdir. Ümumdünya Sağlamlıq Təşkilatı ən riskli 10 xəstəlikdən biri kimi piylənməni qəbul etmişdir.

Piylənmə (artıq çəki) nədir?

Piylənmə insan orqanizmində normadan artıq piy toxumasının toplanması və bunun orqanizmə ciddi ziyan vurması halıdır. Orqanizmin 20 %-dən çoxunu piy toxuması təşkil edirsə, artıq bunu piylənmə kimi qəbul edə bilərik. Bədən Kütlə İndeksi 25-29.9 arasındadırsa kilolu yox əgər 30 dan yuxarıdırsa I dərəcəli piylənmə sayılır.

BKİ: Boy və kiloya görə statistik bir hesablanma formasıdır. İnsanın piy toxumasının az olması halında əzələ kütləsinin çox olması ola bilər bu halda BKİ çox ola bilər. Yəni, BKİ 100 %-li dəqiq bir informasiya deyildir, amma yenə də piylənmə ilə əlaqədar çox istifadə etdiyimiz bir ölçmə forması kimi qəbul edilmişdir.

“Dünya Sağlamlıq Təşkilatı” tərəfindən qəbul edilmiş təsnifata görə:

– 18.5 Altında Az Kilolu (Zəyif)
– 18.5 – 24.9 Normal Kilolu
– 25.0 – 29.9 Artıq Kilolu
– 30.0 – 34.9 I. Dərəcə Piylenme
– 35 – 39.9 II. Dərəcə Piylenme
– 40.5 ve daha artıq III. Dərəcə Piylenme (Ciddi)
– 50 ve daha artıq Süper Obez (Ölümcül) olaraq qəbul edilmişdir.
 

Piylənməyə səbəb olacaq faktorlar 

Genetik, bəzi beyin xərçəngləri, beyində ifraz olunan bəzi hormonlar, ətraf faktor, yaşam tərzi, qidlanma vərdişləri, bəzi psixoloji xəstəliklər, bəzi fiziki xəstəliklər, istifadə olunan bəzi dərman preparatlar, fiziki aktivliyin azlığı piylənmənin əmələ gəlməsində çox ciddi faktorlardır.  

Digər tərəfdən ailə içi vəziyyət, ətrafın təsiri, sosial yetərsizlik, ailələrin qidalanma ilə bağlı məlumatsızlığı, sosial ekonomik vəziyyətdəki çatışmazlıqlar və bunların kompleks təsiri nəticəsində yaşam tərzindəki dəyişiklik yekunda piylənmənin risk faktoruna çevrilir.

Son zamanlarda bu risklər içərisində daha qabarıq rast gəldiyimiz qidalanma faktorudur.

Piylənməyə səbəb olacaq risk faktorları 

– Fizikİ aktivlik
– Qidalanma vərdişləri
– Yaş
– Cinsiyyət (Qadın)
– Genetik  faktor
– Yaşam forması
– Evlilik
– Doğum sayı
– Siqareti buraxma
– Alkoqol
– Psikolojik problemlər
– Metabolik ve hormonal pozunuqluq

Piylənmənin (artıq çəkinin) müalicəsi necə olmalıdır?

Piylənmə həyat keyfiyyətini aşağı salan xroniki bir xəstəlikdir. Piylənmənin müalicəsi: Tibbi qidalanma (diet), spor müalicəsi, yaşam tərzinin dəyişdirilməsi, dərman müalicəsi, cərrahi müalicə vasitələri tətbiq edilir. Diet qidalanma forması individual olmalıdır.

BKİ ( bədən kütlə indeksi) 25 kg/m2 dən yuxarıdırsa mütləq dietoloqa müraciət edin

Piylənmənin (artıq çəkinin) qarşısının alınması

Ümumiyyətlə kökəlmək asan arıqlamaq çətindir.Buna görə də piylənmənin qarşısının alınması onun müalicəsindən daha asandır. Kiçik yaşdan belə qəbul edilən qidanın enerji dəyərinə görə diqqət edilməi önəmlidir. Xərclənən enerji ilə qəbul edilən qidadakı enerji arasında bir nisbətə diqqət etmək lazımdır.

Piylənmənin (artıq çəkinin) müalicəsi 

Piylənmənin müalicəsində ən çox istifadə olunan vasitələr:
1. Diet müalicə;
2. Fiziki aktivliyin artırılması;
3. Dərman müalicə;
4. Cerrahi müalicə;
5. Akupunktur müalicə;
6. Hipnoz;
7. Davranış müalicə.

Günümüzdə piylənmənin bir çox müalicə vasitələri vardır. Ancaq onlardan daha çox istifadə ediləni diet, yaşam tərzinin dəyişdirilməsi, arıqlama dərmanları və cərrahi vasitədir.

Diet ilə arıqlama

Piylənmənin müalicəsində birinci sırada gələn sağlam arıqlama forması diet ilə arıqlamaqdır. Düzgün bir diet proqramı ilə piylənmədən azad olmaq üçün ən doğru olan vasitədir. Piylənmənin müalicəsi üçün tərtib olunan proqramda protein , karbihidrat, yağ, mineral və vitaminlərin lazımı miqdarda olması orqanizmin həm sağlam arıqlamasına həmçinin də qalıcı kiloda olmasına səbəb olur. Qısa müddətli çəki verməmək üçün hər zaman bu nöqtələrə diqqət etmək lazımdır.

Cərrahi müalicə

Bu gün dünyada piylənmənin müalicəsi üçün müxtəlif növ cərrahi əməliyatlar istifadə olunur və getdikcə daha çox istifadə edilməyə başlamışdır. Piylənmədə istifadə olunan cərrahi metod diet, spor və digər arıqlama üçün vasitələr effektsiz olduğu halda  seçim  edilə bilər. Mədə bandı, mədə balonu, baypass, mədəkiçiltmə kimi əməliyyatlar bugün çox istifadə edilir. Ancaq bu əməliyyatların risk baxımından olması da unudulmamalıdır.  Bariatrik əməliyyatlar sonrasında belə qidalanma rejimi ən önəmli şərtlərdəndir. Çünki əməliyyatla itirilən çəki qidalanma rejiminə diqqət edilməzsə qısa zamanda geri qayıda bilir

Dərman müalicəsi

Sosial mediyanın iformasiya mübadiləsində əvvəzsiz yeri olduğu kimi bəzi ziyanlı tərəfləri də vardır. Çünki, sağlığa ziyanı bəzi dərmanlar, çaylar kimi bir çox zərərli preparatları sosial media üzərindən insanları aldadaraq reklamın aparılır. Ən dügün arıqlama qidalanma rejimini normaya salıb sağlam qidalanaraq arıqlamaqdır. Bu tip dərman preparatların əksəriyyəti ilk olaraq böyrək, qan damar problemləri kimi xəstəliklərin riski hətta ölümə belə gətirib çıxarda blərlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az