Koronavirus pandemiyası zamanı göz təhlükəsizliyi
 hekimtap.az

Koronavirus pandemiyası zamanı göz təhlükəsizliyi

1918
Author: Güllü Məmmədli

Published: 25.03.2020
Gullu Memmedli

Çoxlu sayda koronavirus infeksiyasına yoluxma hallarını nəzərdən keçirərək  bu nəticəyə gəlmək olar ki bütün dünayada yayılan koronavirus infeksiyasına ağız, burun ilə yanaşı gözlər vasitəsi ilə də yoluxmadan qorunmaq çox vacibdir.

Əgər sizin göz həkiminə planlaşdırılmış müayinəniz nəzərdə tutulubsa və bu müayinə təcili deyilsə virusa yoluxma riskini almamaq üçün həkiminizə öncədən bildirməniz və göz müayinəsini təxirə salmanız məsləhətdir.

Gözlərinizi koronavirusdan qoruyaraq özünüzə və başqalarına kömək edə bilərsniz. Bildiyimiz kimi bu yeni virus yüngül və ağır respirator xəstəliklər yaradır. Xəstəliyə yoluxduqda soyuqlama, oskürək, nəfəs çatışmamazlığı kimi əlamətlər 2-14 gün ərzində özünü biruzə verir.  Xroniki xəstəlikləri olan xəstələrdə pnevmaniya kimi ağırlaşmalar baş verə və xəstə hayatını itirə bilər.

Gözlərinizi aşağıda sadalanan hallara görə qorumaq çox vacibdir:

  • Virusa yoluxmuş xəstə öskürərkən və asqırarkən ağzından və burnundan ayrılan vurus hissəcikləri hava-damcı vasitəsi ilə ətrafdakı insanların yoluxmasına səbəb olur. Bildiyimiz kimi əsasən ağız və burun vasitəsi ilə yoluxma baş verir. Amma bir çox hallarda gözünüz vasitəsi ilə də yoluxma mümkündür.
  • Koronavirus infeksiyası yoluxmuş xəstənin göz damcıları vasitəsi ilə də yayıla bilər. Bu xəstənin göz damcısına və onun təmasda olduğu yerlərə toxunmaqla baş verir.
  • Eyni zamanda koronavirus infeksiyası olan səthlərə toxunduqdan sonra əllərinizi gözünüzə təmas etdirməklə də yoluxma baş verə bilər.

Koronavirus infeksiyasına yoluxmuş insanların az hallarda 1-3 faizində çəhrayı göz simptomu və ya konyunqtivit müşahidə oluna bilər. Belə olduqda xəstənin gözündən ayrılan ifrazat və toxunuduğu səthlər vasitəsi ilə virus asanlıqla yayılır.

Koronavirus infeksiyası ciddi sağlamlıq problemləri yaratsa da ona tutulma riskinin qarşısını əhəmiyyətli dərəcədə almaq mümkündür. Bunun üçün aşağıdakı tövsiyələrə əməl olunmalıdır:

  • Kontakt linza istifadə edirsinizsə onu bir müddət eynək ilə əvəz edin. Kontakt linza istifadəçiləri gözlərinə daha çox toxunur və bununla da virus infeksiyasının yayılmasına şarait yaratmış olurlar.
  • Koronavirus infeksiyasından qorunmaq üçün eynəkdən istifadə mütləqdir. Ancaq bu tam qorunmanı təmin etmir çünki eynəyin açıq qalan hissələrindən virus infeksiyasının gözünüzə keçməsi mümkündür. Tam qorunmaq üçün xüsusi qoruyucu eynəkdən istifadə edilməlidir.
  • Koronavirus infeksiyasının pandemiya halını aldığını nəzərə alsaq əgər siz karantində olsanız dərman çatışmamazlığı ilə üzləşə bilərsiniz. Bunun üçün mütəmadi istifadə etdiyiniz göz damcılarının ehtiyatını saxlayın.
  • Gözlərinizi ovxalamayın! Bu insanlarda təbii bir vərdişdir amma bunu etməməklə siz virusa yoluxma riskini azaltmış olursunuz. Əgər gözünüzü ovxalamaq və eynəyinizi düzəltmək vacibdirsə quru salfetdən istifadə edin. Quru gözlər daha çox qaşınma hissi yaratdığı üçün çalışın nəmləndirici damcılardan istifadə edəsiniz. Hansısa göz damcısını mütləq gözünüzə toxunaraq əlavə etməlisinizsə öncə əllərinizi 20 saniyədən az olmamaqla sabunlu su ilə yuyun və ya spirt ilə təmizləyin.

Koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün aşağıda göstərilən ÜST tövsiyyələrinə əməl etməniz çox vacibdir. Özünüzü və ailənizi qoruyun!

ÜST Tövsiyyələr