Beyin qan dövranı pozğunluqları
 hekimtap.az

Beyin qan dövranı pozğunluqları

50606
Author: Sevinc Salamova

Published: 16.10.2017
Sevinc Salamova

Beyin qan dövranı pozğunluğu beyin damarlarında blok, anomaliya və qanaxma nəticəsində neyronların ölümünə səbəb olan qan təchizatının pozulmasıdır. Beyin qan dövranı pozğunluğu kəskin və xroniki ola bilər. Bu xəstəliklər ümumi serebrovaskulyar xəstəliklər adı ilə birləşir.

Kəskin beyin qan dövranı pozğunluğuna insultlar (işemik və hemmoragik), TİA (tranzitor işemik ataklar (həmlələr)) və SAQ (subaraxnoidal qansızmalar) aiddir.

Səbəblər:

Birbaşa səbəblər
Ən əsas səbəblər: damarların stenozu (daralması), emboliyası (tutulması yad cismlə və ya trombla) və damarların təzyiq və travmatik zədələnməsi nəticəsində qanaxmasıdır.

Ümumi etioloji səbələr və risk faktorları

İdarə oluna bilinməyən risk faktorları:
 - Yaş. Yaş artıqca insult yaranma riski artır.
 - İrq. Milliyyət. Qaradərililərdə insult riski daha çoxdur.
 - Cins. Kişilər qadınlardan çox insulta meyillidirlər.
 - Xəstəlik tarixində miqren tipli baş ağrılarının mövcud olması
 - Angiopatiyalar
 - İrsi meyillilik: ailəvi xəstəlik tarixində ürək tutmaları, insult və TİA mövcudluğu

İdarəoluna bilinən risk faktorları:
 - Hipertenziya (ən əsas)
 - Şəkərli diabet
 - Ürək xəstəlikləri: qulaqcıqların fibrillyasiyası, klapan xəstəliyi, ürək çatmamazlığı, mitral stenoz, quruluş anomaliyaları,  və ürək qulaqcıqlarının genişlənməsi
 - Hiperxolisterinemiya
 - Tranzitor işemik ataklar (həmlələr) (ТИА)
 - Karotid stenoz
 - Hiperhomosisteinemia
 - Serebral amiloidoz
 - Koaqulopatiyalar
 - Yatrogen səbəblər (antokoaqulyant və antitrombolotik terapiyanın nəticələri)
 - Anevrizma və malformasiyalar(AVM, venoz və kavernoz angiomalar)
 - Beyindaxili şişlər
 - Həyat obrazı problemləri: aşırı alkoqol qəbulu, siqaretçəkmə, qadağan edilmiş narkotiklərin qəbulu(kokain), fiziki passivlik
 - Piylənmə
 - Peroral kontraseptivlərin qəbulu/postmenopauzal hormonların istifadəsi
 - Oraqvari-hüceyrə anemiyası



Simptomlar:
 - Güclü və kəskin başağrı
 - Birtərəfli ya ikitərəfli parez (hemiparez, monoparez, qvadriparez) (Parez əl və/vә ya ayaqın zəifliyi demәkdir)
 - Üzün asimmetriyası (birtərəfli ağız bucağının və burun-dodaq büküşünün enməsi)
 - Konfuziya(dezoriyentasiya, özünüitirmə)
 - Nitqin pozulması, aydın olmayan nitq (afaziya, dizartriya)
 - Birtərəfli/ikitərəfli görmənin pozulması (diplopiya- ikigörmə, görmə sahələrinin daralması, hemianopsiya)
 - Müvazinətin pozulması (ataksiya)
 - Birtərəfli vətər reflekslərinin artması - hiperrefleksiya
 - Spastika-hipertonus (əzələ tonusunun birtərəfli artması)
 - Huşun və yaddaşın pozulması (afaziya-nitqi, sualları anlamama, nitqin çətinləşməsi, itməsi; aqnoziya-tanımama, amneziya- baş verənləri hadisələri və sair unutma, sopor-huşun azalması/itməsi, koma)
 - İlk dəfə əmələ gələn güclü başgicəllənmə (vertigo)
 - Ürəkbulanma, qusma, udmanın pozulması
 - Hərarət
 - Tənəffüs pozğunluqları

Amerika İnsult Asssosiasiyası ictimaiyyəti  insultu tez qiymətləndirmək üçün xəbərdar edici FAST akronimini bilməyə çağırır: 
 - Face drooping - Üzün sallanması. asimmetriyası
 - Arm weakness - Əlin zəifliyi
 - Speech difficulty - Nitq çətinliyi, anlaşılmayan danışıq
 - Time to call - Təcili yardıma zəng etmək üçün vaxt (STROKE UNİT üçün “qızıl zaman”). Yuxarıda göstәrilәn 3 әlamәtdәn biri ya bir necәsi varsa, təcili yardıma zəng etmək vaxtıdır.

 

Beyin qan dövranı pozğunluqları - Hekim Tap

 

Hər il 29 Oktyabr Ümumdünya İnsult Günü qeyd edilir və FAST mnemoniki həmin günün şüarı qəbul edilib.

Diaqnostika

Bunların xәstәyә konkret hansının lazım olduğunu hәkim müәyyәn edir.
 - Kompyuter tomoqrafiya  və angioqrafiya (KT/ KT angioqrafiya)
 - Maqnit-rezonans tomoqrafiya (MRT)
 - Maqnit-rezonans angioqrafiya (MRA)
 - Serebral angioqrafiya
 - Lumbal punksiya (LP)
 - Yuxu arteriyalarının dupleks müayinəsi (Karotid USM)
 - Damarların Doppler USM
 - Elektroensefaloqrafiya (EEQ)
 - Kardioloji müayinələr(ExoKQ, EKQ)
 - Oftalmoloji müayinə

Laborator analizlər

Əsas:
 - Qanın və sidiyin ümumi analizi
 - Qanın və sidiyin biokimyəvi analizi
 - Koaquloqramma

Əlavə:
 - Kardiobiomarkerlər
 - Toksikoloji skrininq
 - Acqarına lipid spektri
 - Hamiləlik testi
 - Antinuklear anticismlər(ANA)
 - Revmatoid faktor (RF)
 - Homosistein səviyyəsi

Nevroloji müayinə

Nevroloji status (+ Qlazqo şkalası ilə qiymətləndirmə)
Acute Stroke Unit (Kəskin İnsult bloku) -  ayrıca yerləşən və ya ümumi xəstəxana tərkibində xüsusi ayrılmış reanimasion və neyrovizualizasion aparatlarla təchiz olunmuş tibbi şöbədir. Onun tərkibində xüsusi təzhizatlı təcili tibbi yardım avtomobilləri və palataları mövcuddur. Buraya xəstə insultun baş verdiyi andan 3-4,5 saat ərzində daxil olub, insultun növü təyin olunur. Əgər xəstədə işemik insult təyin olunarsa, o, tez və operativ sürətdə trombolitik terapiyaya (rt-PA) hazırlanır.

Müalicə

İnsultun birincili profilaktikası heç bir zaman insult keçirməmiş pasiyentlərdə aparılır. Bu profilaktika serebrovaskulyar xəstəlikləri risk qruplarında olan şəxslərdə aparılır.   
Profilaktik tədbirlərə aşağıdakılar aiddir:
 - Trombositlərin antiaqreqant preparatların qəbulu
 - Statin preparatların qəbulu
 - İdman
 - Diyeta
 - Həyat obrazı korreksiyası (məsələn, siqaretçəkmənin kəsilməsi, alkoqolol qəbulunun tənzimlənməsi)
 - Yuxunun tənzimlənməsi (yuxu rejimi, yuxu gigyenası)

TİA

TİA 24 saat ərzində nevroloji defisitin reqressi ilə müşahidə olunan beyin qan dövranının kəskin pozulmasıdır. TİA baş verdiyi andan xəstə stasionar şəraitdə 24 saat nəzarətdə olmalıdır və təcili idarə edilmə başlanır:
 - Hədəf orqanların (beyin, göz, damarlar,böyrəklər) zədələnməsini inkar etmək üçün tam müayinə və simptomatik müalicə
 - Arterial təzyiqin tənzimlənməsi
 - Şəkərin tənzimlənməsi

İşemik insultun müalicəsi
 - Cərrahi müalicə
 - Medikamentoz müalicə
 - Antikoaqulyant terapiya
 - Reperfuziya
 - Antitrombositar terapiya
 - Neyroprotektiv terapiya

Hemorragik insultun müalicəsi
 - Antiepileptik dərmanlar (AED)
 - Antihipertenziv dərmanlar
 - Osmotik diuretiklər

İnsultun ikincili profilaktikası artıq insult keçirmiş xəstələrə aiddir və növbəti insultların qarşısını almağa yönəldilmiş tədbirdir. İkincili profilaktikaya aşağıdakılar aiddir:
 - Trombositlərin antiaqreqant preparatların qəbulu
 - Antihipertenziv preparatların qəbulu
 - Statin preparatların qəbulu
 - Həyat obrazı korreksiyası
 - Diyeta
 - Fiziki aktivlik (gün ərzində minimal 6000-8000 min addım atmaq gərək)

İnsult və digər serebrovaskulyar xəstəliklər ölümcül ola bilər, lakin tez müdaxilə xəstəliyin tam və ya hissəvi bərpasına yardım edə bilər. Buna görə bu məqalədə sadalanan risk faktorlarını özünüzdə ağkarlamısınızsa mütləq həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq sonrakı baş vermiş fəsadları müalicə etməkdən asandır-bunu unutmayın!

İstifadə olunan mənbələr:
1. http://www.aans.org/Patients/Neurosurgical-Conditions-and-Treatments/Cerebrovascular-Disease
2. https://emedicine.medscape.com/article/1916852-overview
3. https://emedicine.medscape.com/article/1916662-overview
4. https://www.medicalnewstoday.com/articles/184601.php

Mövzu ilə bağlı video:



 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.