Language:
English
Qol ağrıları
25 May 2020 43550Qol ağrısının səbəbləri
Qol ağrısı bəzilərində şiddətli, bəzilərində isə yüngül hiss edilir. Sol qoldakı ağrı, adi əzələ sancısı kimi ciddi infarktdan da qaynaqlana bilər. Sağ qoldakı ağrılar adətən əzələlərin çəkilməsi ya da sinirlərlə bağlı olur. Qol ağrısı çəkən vətəndaşlar idmanla məşğul olaraq ağrılarını yüngülləşdirə bilərlər. Ağrılar şiddətlənərsə mütəxəssisə müraciət etmək vacibdir. Qol ağrısı bir çox səbəbdən ortaya çıxa və həmçinin bəzi xəstəliklərin əlaməti ola bilər.
Bəs sol qol ağrısının səbəbi nədir?
Qol ağrısı adətən qoldakı əzələlərin, sümüklərin və ya oynaqların zərər görməsindən qaynaqlana bilər. Bu səbəblər xaric kompüter istifadə etmək, uzunmüddət klaviatura istifadə etmək, yazı yazmaq, idman etmək, ağır əşyalar qaldırmaq qol ağrısına səbəb ola bilər.
Gündəlik həyatda edilən bu hərəkətlər bir müddət sonra şiddətli qol ağrılarına yol aça bilər. Xüsusilə uzunmüddət klaviaturadan istifadə edənlərin tez-tez qol ağrısı yaşadıqları müəyyən edilib.
Yaşla əlaqəli olaraq oynaq və sümüklərdə yeyilmə ola bilər. Bu da sinirlərin sıxışmasına yol aça bilər. Bu vəziyyət də boyundan başlayan və qollara doğru yayılan bir ağrıya səbəb ola bilər. Ağrı ilə yanaşı bu hal qollarda gücsüzlük yaradır.
Bel və boyun yırtığı da sinirlərə təzyiq göstərir. Bel yırtığı ayaq ağrılarına səbəb olur. Boyun yırtığı isə qollarda ağrı və gücsüzlük yaradır.
Bəs sol qol ağrısı necə keçər?
Sol qoldakı ağrı infarktın əlaməti ola bilər. Sol qol ağrısı şiddətlənərsə mütəxəssisə müraciət etmək tövsiyə edilir. Buzla kompres etmək ağrıları azalda bilər. Buz ağrıya səbəb olarsa dərhal dayandırılmalıdır.
Qol ağrısı ilə yanaşı əl biləklərinin də ağrıması mümkündür. Qol və bilək ağrısı yaşayanlar, etdikləri hərəkətlərdən qaçınmalı, tez-tez ara verməlidirlər. Uzunmüddət edilən bəzi hərəkətlər qol ağrılarının daha da artmasına səbəb olur.
Ağrıyan qolu çox istifadə etməyin. Bu vəziyyətdə olan qoldan az istifadə etmək tövsiyə olunur.
Ağrıyan qolun ürək səviyyəsinin yuxarısında tutulması qan axışını sürətləndirir. Sürətlənən bu qan axışı qolun şişməsinə və ağrının azalmasına kömək edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1