Language:
English
Evinizin havasını bu bitkilərlə təmizləyin
26 September 2018 8306Fərqində olmasanız da otağın havası sizin hər halınıza təsir göstərir. Təbiətdə mövcud olan möcüzəvi bitkilər məkanın da havasını təmizləyərək daha gözəl nəfəs almağınızı təmin edir. Aldığınız havanı təmizləyən bitkilərin hansılar olduğunu isə biz sizə təqdim edirik:
Evinizdə, ofisinizdə və s aldığınız havanı təbii yollarla təmizləməyiniz sağlamlığınız cəhətdən daha faydalıdır. Bəzi bitkilər olduğunuz yerdəki havanı təmizləyərək daha leyfiyyətli və gözəl nəfəs almağınızı təmin edir.
İngilis samaşığı – Dibçəkdə qısa müddətdə yetişdirilməsi mümkündür. Eyni zamanda rahatlıqla çoxalda bilərsiniz. Bu bitki havadakı bütün karbonu əmir. Xüsusilə siqaret çəkilən evlərə qoyulmalıdır.
Lent çiçəyi – Çox da qulluq tələb etməyən bitki növlərindəndir. NASA-ya görə, bu bitki havadakı tozları və formaldehit, ksilen və tolüen kimi kimyəvi maddələri canına çəkərək mühitdəki havanı təmizləyir. Bitki ev üçün çox münasib çiçəklərdən hesab olunur.
Aloe Vera – Evinizdə, ofisinizdə rahatlıqla yetişdirə biləcəyiniz bitkilərdən biri Aloe Vera bitkisidir. Havanı təmizləməklə yanaşı, bu bitki alternativ tibb və kosmetik sektorda ən qiymətli bitkilərdən hesab olunur. Aloe Veranın içindəki yapışqan gel bədəndəki yara və yanıqlara çox yaxşı təsir edir. Çox az miqdarda su ilə qidalanan bu əvəzsiz bitki sizin üçün mükəmməl oksigen anbarı rolunu oynayacaq.
Drasena – Şans bambuku adlanan Drasena da havanı təmizləyən bitkilər sırasındadır. Xüsusilə həyətyanı sahədə əkilən bitki böyük bir dibçəkdə bir neçə kiçik dibçək gülünün işini tək başına görə bilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1