Language:
English
Qadınların sevdiyi dar geyimlər orqanizm üçün təhlükəlidir
03 March 2018 14444Bəzi qadınların hər gün sevə-sevə geyindiyi dar geyimlər orqana təzyiq göstərərək zərər verir. Xüsusilə dar şalvarlar bu zərəri iki qat artırır.
Paltarlarınız ayaqlarınızı və belinizi çox sıx formada bağlayırsa, ürəyinizin qan dövranını tənzimləmək üçün daha çox çalışır. Ayaqlarınızda qan dövranı çox vacibdir, çünki yarana biləcək şişkinliyin qarşısını alır. Qan dövranının olmaması isə çox təhlükəlidir. Bu, yorğun və tükənmiş hiss etməyinizə səbəb ola bilər.
Selülit qadınların ən böyük qorxulu yuxusudur. Dar paltarlar sellülitin yaranmasına meyilli olan dərilərdə, bunun dərinləşməsinə və yayılmasına səbəb olur.
Dar paltarlar səbəbilə ağciyərlərə olunan təzyiq nəticəsində düzgün nəfəs almaq prosesi çətinləşir.
Məsələn,dar şalvar və ya sərt parçalı geyimlər ayaqlarınızı sıxır və ayaqlar vücudun ağırlığını daşımaqda çətinlik yaradır. Qol və ayaqlarınız rahat olmasa bu sizə ağrı hissiyyatı verər.
Paltarların vücuda çox yaxın olması istilik və nəmlilik yaradır.
Dar geyimlər cinsiyyət orqanında göbələk xəstəliyi və bakteriyaların yaranmasına şərait yaradır. Həmçinin, bu, pis qoxulara da səbəb yaradır.
Bağırsaqları sıxır.
Mədənizə təzyiq tətbiq edir. Maddələr mübadiləsinin sürətinin azalmasına səbəb olur.
Bu da, artıq çəki almağınıza səbəb yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1