Yemək borusu, qarın boşluğu orqanlarının bütün cərrahi əməliyyatlarını (onkoloji, cərrahi xəstəliklərdə) ,ginekoloji əməliyyatları, uroloji əməliyyatları, sidik kisəsinin və sidik yollarının plastik əməliyyatlarını (sistoplastik əməliyyatları) yüksək səviyyədə icra edir.
1987-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakultəsini bitirib.
Moskvada və Türkiyədə cərrahi kurslar keçib. Eləcə də Türkiyə Respublikasında onkoloji kurs keçib.
1987-1995-ci illərdə Bakı Şəhər Onkoloji Dispanserində “Mədə-bağırsaq” şöbəsində cərrah-onkoloq işləyib.
1995-ci ildən 2010-cu ilə qədər Onkoloji Dispanserin Torakoabdominal şöbəsinin (döş qəfəsi və qarın boşluğu cərrahiyyə şöbəsinin) müdiri işləyib.