2006-cı ildə İ.İ.Meçnikov adına Sankt-Peterburq Tibb Akademiyasını bitirib.
2006-cı ildə Diplomdan sonrakı Təhsil üzrə Sankt-Peterburq Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının internaturasına daxil olub və 2007-ci ildə cərrah kvalifikasiyasını alaraq oranı bitirib.
2007-ci ilin sentyabr ayında Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının ürək-damar cərrahiyyəsi kafedrasının ordinaturasına qəbul olub və 2009-cu ildə ürək-damar cərrahı kvalifikasiyasını alıb.
2009-2012-ci illərdə Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının ürək-damar cərrahiyyəsi kafedrasının aspirantı olub və 2012 ci ilin yanvar ayında “Ürək-damar cərrahiyyəsi” ixtisasından tibb elmləri namizədi üzrə dissertasiyanı müdafiə edib.
2011-ci ildə Almaniyanın Nyurnberq şəhərinin damar cərrahiyyəsi klinikasinda staj keçmə kursunu bitirib.
Aspirantura müddətində Hərbi-Tibb Akademiyanin Urək-damar cərrahiyyəsi klinikasının damar şöbəsinin rəis müavini vəzifəsində işləyib.
2012-ci ildən Medistyle Hospitalda damar cərrahı vəzifəsində çalışıb.
2015-ci ildən Avrasiya Hospitalda damar cərrahı vəzifəsində çalışır.