Mushfiq  Hesenov hekimtap.az

Mushfiq Hesenov

Surgeon

Baku

About doctor

Laporaskopik xolesistektomiya,laporoskopik apendiktomiya,yırtıqların transabdominal laporaskopik plastikası,diaqnostik laporaskopiyalar,qarın boşluğundakı yad cisimlərin laporoskopik üsulla çıxarılması,laporoskopik varikasele,qara ciyər kistalarının və mədə altı vəzin kistalarının laporoskopik ləğvi və.s əməliyyatlarını icra edir.
Türkiyə dövləti Çapa Tibb fakultəsi Endoskopi Laporoskopik Dərnəyin üzvüdür.

Education

1996-cı ildə Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirib. Oxuduğu müddətdə dərs əlaçısı olmağını nəzərə alaraq ATU-nun elmi şurasının qərarı ilə M.Rəsulzadə adına təqaüdə və Azərbaycan Respublikası Həmkarlar İttifaqının lauriyatı adına layiq görülüb. 

1996-1998-ci illərdə ATU-nun elmi şurasının qərarı ilə “ Ümumi Cərrahiyə “ kafedrasında klinik ordinator, 1998-2001-ci illərdə Aspiranturaya qəbul olub, “Peritonit zamanı bağırsaq atoniyasının Patogenetində müsariqə limfa düyünlərinin rolu” adlı namizədlik desertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

Hal-hazırda ATU-nun elmi şurasında təsdiq olunmuş “Peritonitlərdə qarın boşluğuna yığılmış möhtəviyyatda gedən biofiziki proseslər və onların tənzimlənməsinin detoksikasiyada rolu” adlı doktorluq dissertasiyasını müdafiə edib. İşlədiyi müddətdə Almaniya-Charte Universitetində, Türkiyə Çapa Tibb Fakultəsi, Misirdə Ain-Şəms Tibb Universitetində keçirilən Beynəlxalq konqreslərdə elmi məruzələr edib.

Courses

Çapa Tibb fakultəsində “Qarın boşluğunda laporoskopik əməliyyatların aparılması" adlı ixtisas artırma kursu keçib və test imtahanı verməklə sertifikata layiq görülüb.

Mushfiq Hesenov

Choose time

Write you telephone number

By applying you accept

rules of service