Dil:
Azərbaycanca
Xroniki miqren və müasir müalicə metodları.Hemispazm. Botulinoterapiya
Hörmətli həkim, rezidentlər! Sizləri 28 oktyabr 2017-ci il tarixində saat 12.30-da HekimTap kompaniyasının rəhbərliyi ilə nevrologiyanın aktual mövzularından biri olan “Xroniki miqren və müasir müalicə metodları. Hemispazm. Botulinoterapiya” mövzusunda Master-Klassa dəvət edirik! Təlim botulinoterapiyadan sertifikatlaşdırılmışmütəxəssis, həkim-nevroloq, PhD Dr. Hüseyn Sultanov tərəfindən aparılacaq. Master-klass miqrenin və hemispazmın müalicəsindəən müasir və yüksək səviyyəli mənbələrdən istifadə edilmiş tibbi protokollar üzərində qurulmuş, botulinoterapiyanın həm nəzəri, həm praktiki hissəsindən ibarət olacaq. Təlimin sonunda mövzuya dair test üsulu ilə bilikləriniz yoxlanacaq. Odur ki, qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur!
Təlimin proqramı:
12:30-13:00 Qeydiyyat
13:00-13:10 HekimTap-ın Azərbaycandakı nümayəndəliyinin təhsil üzrə meneceri Dr.Mərziyyə Məmmədovanın prezentasiyası
13:10-13:40 Hemispazm. Etioloji faktorlar. Patomexanizm. Diaqnostika. Müalicə taktikası
13:40-14:00 Coffee-break
14:30-15:30 Miqren. Xroniki miqren. Xroniki miqrenin diaqnostikasında düzgün sualların qoyuluşu. Xroniki miqrenin müalicəsi. Xroniki miqrenin müalicəsində botulinoterapiya (BOTOX®)
15:30-17:30 Botulinoterapiyanın aparılmasının ümumi qaydaları.Xroniki miqrendə botulinoterapiya aparılması qaydaları. Hemispazmda botulinoterapiya aparılması qaydalar.ı Praktiki məşğələlər.
17:30-17:50 Müzakirə, sual-cavab, testlər
17:50-18:00 Təlimin yekunu, sertifikatların verilməsi
İştirak üçün şərtlər:
Təlim praktik həkimlər, rezidentlər və tələbələr üçün nəzərdə tutulub.
Aparılan dil: Azərbaycan, Rus, sual-cavab – Azərbaycan, Rus
Sertifikat verilir (HekimTaр)
Təlim ödənişlidir. Qeydiyyat ödəniş ediləndən sonra təsdiqlənəcək. Qeydiyyatın son günü 27 oktyabr 2017-ci il
Təlimlərdə iştirak etmək istəyən həkimlər aşağıdakı qeydiyyat formasından keçməlidir:
https://docs.google.com/forms/d/e/1FAIpQLSc0_6PzByzU27L1GGASKY0uGHqyVcdAhyZX1kn7nSwza7H7TQ/viewform
Tarix: 28.10.2017
Məkan: Milana Hospital
Ünvan: Bakı şəh.,Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/21
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 55 457-48-03; (+994) 77 398-00-55
E-mail: marziyya@hekimtap.com
Web sayt: www.hekimtap.com
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1