Dil:
Azərbaycanca
Təmizlik məhsullarının uşaqlara təsiri
28 Sentyabr 2018 8011Bir çox təmizlik məhsulu bütün evlərdə mövcuddur. Bəzilərinin kəskin iyi olmasa da, bir qism məhsulların kəskin qoxusu böyük insana belə mənfi təsir göstərir.
Bu barədə xarici araşdırmaçılar bir sıra tədqiqatlar aparıblar.
757 körpə üzərində aparılan araşdırmalara görə, evdə istifadə edilən təmizlik məhsulları uşaqların bağırsaq florasına mənfi təsir göstərir.
Kanada Tibb Dərnəyinin açıqlamalarına görə, tədqiqatlarda 3-4 aylıq 757 uşaq iştirak edib.
Daha sonra isə uşaqların 1 ilə 3 yaşlarındakı çəkiləri dəyərləndirilib. Araşdırmalara görə, təmizlik məhsullarının ən çox istifadə edildiyi evdə uşaqların bədənindəki faydalı bakteriyaların sayının azaldığı, zərərli bakteriyaların artdığı müşahidə edilib.
Uşaqlar 3 yaşına gəldiyi zaman vücud kütlə indekslərinin, istifadəsi az olan evlərlə müqayisədə yüksək olduğu təsbit edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1