Dil:
Azərbaycanca
Planşetin asıllıq yaratmaması üçün nə etməli?
15 İyun 2020 9605Gündəlik həyatda çox istifadə edilən planşet, kompüter, telefonlar asıllıq yaradan əşyalardandır. Bu isə xüsusilə 12-15 yaş arası uşaqların psixologiyasına mənfi təsir göstərərək zərər verir.
Mütəxəssislər bu barədə həyəcan təbili çalır.
Oyunlar, uşaqlara tətbiq edilən, onların beynində olan mükafat-cəza sistemini də pozur.
Bəs bu oyunların asıllıq yaradıb-yaratmadığını hardan bilmək olar?
Uşaqlar oyun oynadıqları zaman digər fəaliyyətlərə qarşı maraqları azalır. Bununla da psixoloji asıllıq yaranır və yorğunluq hiss edilir.
Uşaqlarda depressiya, buna bağlı olaraq da sosial fobiya yaranır. Məktəbli uşaqdırsa bu onun oxumağına da mənfi təsir göstərir.
Xüsusilə şiddət xarakterli oyunlar azyaşlılarda münasibət pozuntusuna yol açır.
Bəs nə etməli?
Uşağı oyunlardan uzaq tuta bilmirsinizsə hansı növ oyunları nə qədər, günün hansı saatında oynaya biləcəyi barədə mütləq surətdə qanunlar qoymalısınız. Ailələr bu qaydaların tətbiqində qərarlı olmalıdır.
Oyunların hansı formada olduğu bilinməli, şiddət xarakterlidirsə icazə verilməməlidir. Yaşlarına uyğun öyrədici oyunlar seçilməlidir.
Uşağa sərhəd qoyulmalıdır. Nə zaman oynayacağını bilməlidir.
Yaşına və zəkasına uyğun öyrədici oyunlar, uşaq yemək, verilən tapşırığı yerinə yetirən zaman mükafat kimi verilməlidir.
Bunlar kömək etməsə professional psixoloqa müraciət edilməlidir. Ailə terapiyası ilə də bunları həll etməyə çalışmalısınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1