Dil:
Azərbaycanca
Bu meyvə həyat qurtarır
12 Mart 2018 12916Meyvə sağlamlıq üçün əsas açardır. Bəzən insanlar meyvə və tərəvəzlərin xəstəlik üzərində effektinə inanmayaraq dərmana dərhal üz tuturlar.
Amma yeni araşdırmalar meyvələrin təsirinin dərman qədər mühüm olduğunu bildiriblər. Həmçinin təbii qida dərman kimi hansısa orqana zərər vurmur. Yeni araşdırmada almanın da adı qeyd olunub. Mütəxəssislər almanın faydalarından bəhs ediblər.
Almanın bilinən ən vacib faydalarından biri ürək sağlamlığını qorumasıdır. Tərkibindəki bol lifin sayəsində alma, ürək ətrafındakı damar və arteriyalarda yaranan kirəclənməni müalicə edərək ürək zədələrinin qarşısını alır. Həzm sistemi problemlərinin başında ishal və qəbizlik gəlir. Səhərlər ac qarnına yeyilən alma, bağırsaqların mütəmadi çalışmasına yardım edir və qəbizlik problemlərini müalicə edir. Həmçinin bağırsaqları təmizləyir.
Xərçəngə qarşı qalxandır – Alma, tərkibinin zənginliyi ilə xərçəng hüceyrələri ilə mübarizə aparır. Süd vəzi və qaraciyər xərçənginə qarşı da qoruyucu faktorun var. Yediyiniz qidalar səbəbi ilə vücudunuzda zərərli toksinlər toplaşır. Almanın isə bu zərərli toksinləri vücuddan təmizləyici xüsusiyyəti var. Bunun sayəsində bədən nəfəs alır. Diş sağlamlığı üçün əsas meyvələrdən biridir. Dilşlərdəki mikrobları öldürür və diş çürüklərinə qarşı mübarizə aparır. Zərərli bakteriyaları yox edərək ağız qoxusunun qarşısını alır. Mütəxəssislər qırmızı almadansa yaşıl almanın diş və diş əti üçün daha faydalı olduğunu açıqlayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1