Dil:
Azərbaycanca
Bədəniniz susuz qaldıqda nə olur?
05 Noyabr 2018 10478Suzsuzluq ağızda quruluqla özünü göstərsə də, bu, bədənin verdiyi axırıncı effektiv xəbərdarlıqdır. Əgər sizdə susamışlıq hissi yaranıbsa, deməli bədəniniz bir neçə saat əvvəl susuz qalıb.
Su bədəndə qidaların həzm olunması, əmilməsi, bədən temperaturunun tənzimləməsinə qədər bir çox vəzifəni yerinə yetirir. Hətta çox su içməklə istədiyiniz çəkini əldə edə bilərsiniz.
Beynin bulanıqlaşması - Əsas vəzivəfələrindən biri toksinləri bədəndən uzaqlaşdırmaq və orqanları qidalandırmaq olan su, kifayət qədər qəbul edilmədikdə unutqanlıq, yaddaşın bulanıqlaşması, baş ağrılarına gətirib çıxardır.
İdaman edərkən çətinlik - İdmandan əvvəl doğru olan hər şeyi etdinizsə və idaman etməyə həvəsiniz yoxdursa, özünüzü yorğun hiss edirsinizsə, bu da bədəninizin suya ehtiyacı olduğunu bildirən əlamətlərdəndir.
Əsəbi gərginlik - Stresli həyat tərzi, gündəlik öhtəlikləriniz əsəblərinizin gərgin olmasının tək səbəbi olmaya bilər. Belə ki, məlum olmuşdur ki, susuzluq da insanı əsəbi edən faktorlardan biridir.
Qəbizlik - Kifayət qədər maye qəbul olunmaması bağırsaqların qurumasına gətirir. Bağırsaqlarınızın normal işləməsini istəyirsinizsə bol su için.
Dodaqların çatlaması - Quru, çatlamış dodaqların tək səbəbi soyuq və ya isti hava deyil. Kifayət qədər su içilmədikdə bədənin suyu həyati əhəmiyyəti olmayan orqanlardan çəkilib, həyati vacib orqanlara, ürək və beyinə daşınır. Bunun nəticəsində isə qurumuş, çatlamış dodaqlarla qarşılaşırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1