şəkərsiz diabet nədir

Şəkərsiz diabet

Şəkərsiz diabet nədir? Bu, antidiuretik hormon (ADH) çatlışmazlığı və ya böyrək toxumasının ona həssaslığının azalması ilə yaranan xəstəlikdir. Hipotalamus tərəfindən ADH sekresiyasının pozulması (mütləq defisit) və ya onun fizioloji rolunun pozulması (nisbi defisit) böyrək kanalcıqlarından suyun geri sorulması prosesinin azalmasına gətirir və aşağı sıxlıqlı sidik ifrazı baş verir. Şəkərsiz diabet zamanı çox miqdarda sidiyin ifraz olunması nəticəsində idarə olunmayan susuzluq və orqanizmin ümumi dehidratasiyası yaranır. Şəkərsiz diabet nadir xəstəlik hesab olunur, cins və yaşdan asılı olmayaraq, 20-40 yaşda olan insanlar arasında dah çox rast gəlinir. Aşkarlanan hər 5-ci pasient neyrocərrahi əməliyyatın ağırlaşması şəklində büruzə verir. Şəkərsiz diabet – təsnifatı Müasir endokrinologiyada şəkərsiz diabet zədələnmə səviyyəsindən asılı olaraq mərkəzi (neyrogen-hipofizar) və böyrək (nefrogen) forma şəkərsiz diabet ayırd olunur. Mərkəzi forma şəkərsiz diabet zamanı pozğunluq hipotalamus və ya hipofiz səviyyəsində olur. Bu zaman ADH-nun sekresiyası və ya qana ifraz olunmasında problem mövcud olur. Böyrək formasında isə ADH-nun böyrək kanalcıq reseptorları tərəfindən həssaslığı azalmış olur. Mərkəzi şəkərsiz diabet idiopatik (irsi xəstəlik olub ADH-nın sekresiyasının azalması ilə xarakterizə olunur) və simptomatik (digər patologiyalar fonunda inkişaf edir). Simptomatik şəkərsiz diabet həyat boyu, kəllə-beyin travmaları, şişləri və infiltrativ xəstəlikəri, meninqoensefalit sonrası inkişaf edə bilər və ya anadangəlmə gen mutasiyası kimi diaqnostika oluna bilər. Böyrək forması nadir hallarda, nefronun anatomik natamamlığı sonrası və ya reseptorların ADH- a qarşı həssaslığının azalması sonrası rast gəlinir. Bu pozğunluqlar anadangəlmə ola bilər və ya nefronların dərman və ya metobolik dəyişikliyi sonrası yarana bilər. Şəkərsiz diabetin səbəbləri adətən 1-li və 2-li metastatik şiş zədələnməsi ilə, neyrocərrahi müdaxilələr, damar, vərəm, malyariya, sifilis zədələnmələri nəticəsində hipotalamo-hipofizar destruksiya əlaqəli mərkəzi forma şəkərsiz diabet rast gəlinir. İdiopatik şəkərsiz diabet zamanı hipotalamo-hipofizar sistemin orqanik zədələnməsi olmur, səbəb kimi isə hormon ifraz edən hüceyrələrə qarşı qəfil anticisimciklərin yaranması göstərilir. Şəkrsiz diabetin böyrək forması böyrəklərin anadangəlmə və qazanılma xəstəlikləri ilə əlaqəli ola bilər (böyrək çatışmazlığı, amiloidoz, hiperkalsiemiya) və ya litium saxlayan preparatlarla zəhərlənmələr zamanı rast gəlinir. Şəkərsiz diabet – simptomları Şəkərsiz diabetin tipik əlamətlərinə poliuriya (çox sidik ifrazı) və polidipsiya (çox su içmə) aiddir. Poliuriya sutkalıq sidiyin həcminin artması ilə xarakterizə olunur. (4-10 l-dən bəzən 20-30 l-ə qədər) sidik şəffaf, az miqdar duz və digər elementlrlə və çox aşağı xüsusi çəkili olur (1000-1003) dayanmayan susuzluq hissi çox miqdarda su içməyə gətirir. Xəstəliyin ağırlıq dərəcəsi ADH-nın defisitinin səviyyəsindən asılı olaraq dəyişilir. İdiopatik şəkərsiz diabet adətən kəskin, qəfil yaranır və tədricən artmağa başlayır. Sidik ifrazına tez-tez çağırışlar (pollakuriya) yuxu pozuntusu, nevrozlara, əzələ yorğunluğuna, emosional yorğunluğa gətir. Hamiləlik xəstəliyin aktivləşməsinə gətirə bilər. Uşaqlarda şəkərsiz diabetin erkən əlaməti enurez , daha sonralar boy və cinsi inkişafın ləngiməsi ola bilər. Daha gec görünən əlamətlərinə böyrək kanallarının, sidik axarlarının, sidik kisəsinin genəlməsini göstərə bilərik. Su yüklənməsinin hesabına mədənin genəlməsi və sallanması, ödçıxarıcı yolların diskineziyası, bağırsağın qıcıqlanması baş verir. Şəkərsiz diabetli pasientlərin dərisi qurudur, tər, ağız suyu ifrazı və iştaha azalmış olur. Daha sonra əlamətlərə orqnizmin susuzlaşması, arıqlama, qusma, baş ağrısı, arterial təzyiqin enməsi qoşulur. Şəkərsiz diabet zamanı baş beyin zədələnmələri də olarsa, nevroloji pozğunluqlar və hipofizar çatmamazlıq əlamətləri ola bilər.Kişilərdə potensiyanın zəifləməsi, qadınlarda aybaşı pozğunluqları müşahidə oluna bilər. Şəkərsiz diabetin ağırlaşması Şəkərsiz diabet orqanizmin susuzlaşmasına görə o zaman qorxuludur ki, sidiklə maye itkisi bərpa olunmasın. Susuzluq özünü kəskin ümumi zəifləmə, taxikardiya, qusma, psixi pozğunluqlar, qanın qatılaşması, hipotenziya psixi pozğunluqlar, nevroloji pozğunluqlar ilə xarakterizə olunur. Şəkərsiz diabetin diaqnostikası Sakitləşməyən susuzluq hissi və sutkada 3l-dən çox sidik ifrazı ilə xəstəlikdən şübhələnmək olar. Sidiyin müayinəsi zamanı aşağı nisbi çəki, hiperkalsiemiya, hipokaliemiya müəyyənləşdirilir. Qanda şəkərin müayinəsi ilə şəkərli diabet istisna olunur. Mərkəzi forma zamanı qanda Adh-nun azlığı müəyyənləşdirilir. Susuzluq testinin nəticələri: 10-12 saat ərzində pasient susuz saxlanılır. Şəkərsiz diabet diaqnozu rentgenoloji. Psixonevroloji və oftalmoloji müayinələr ilə qoyulur. Beynin həcmli törəmələri beyin MRT-i ilə istisna olunur. Böyrək formasının diaqnozu üçün böyrəklərin USM və KT müayinəsi aparılır. Nefroloqun konsultasiyası vacibdir. Bəzən böyrək patologiyasının differnsiasiyası üçün böyrək biopsiyası tələb olunur. Şəkərsiz diabet – müalicə İlk olaraq əgər səbəb şiş ilə bağlıdırsa, müalicə cərrahidir. Şəkərsiz diabetin bütün formalarında əvəzedici müalicə desmopressin – ADH-nun analoqu ilədir. Preparat daxilə və ya intranazal təyin olunur. Qidalanmada çox zaman böyrəyə olan yükü azaltmaq məqsədilə zülallari azaltmaq, meyvə-tərəvəzi isə əksinə artırmaq tövsiyə olunur. Şəkərsiz diabetin proqnozu Əməliyyatdan sonra və hamiləlik zamanı yaranan şkərsiz diabet tranzitor xarakter daşıya bilər, idiopatik isə əksinə davamlı olur. Müvafiq müalicə zamanı həyati təhlükəsi olmur. Sağalma şişin uğurlu çıxarılması, vərəm, sifilis, malyaria kimi səbəblər varsa, aradan qaldırıldıqda baş verə bilər. Əvəzedici hormon müalicəsi düzgün təyin olunduqda əmək qabiliyyəti pozulmur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 11.06.2018

ginekomastiya nədir növləri

Ginekomastiya

Ginekomastiya nədir? Ginekomastiya – kişi süd vəzilərinin qadınsayağı böyüməsidir. Ginekomastiya yunan sözü olub, dilimizə tərcümədə “qadınsayağı məmə” mənasını verir. Yeniyetməlik dövründə ginekomastiyaya bir çox oğlan uşaqlarında rast gəlinir və heç də həmişə patologiya sayılmır. Əksər hallarda bu ginekomastiya öz-özünə keçib gedir. Ginekomastiyaya böyük yaşlı kişilərdə də tez-tez rast gəlinir.    Əksər hallarda bunun səbəbi naməlum qalır, lakin mütəxəssislər ehtimal edirlər ki, bu patologiya qaraciyər funksiyası pozuntularından, anabolik steroidlərin qəbulundan, qadın hormonlarının balansını sıradan çıxaran estrogen tərkibli preparatların qəbulundan yarana bilər. Bəzən ginekomastiyanın yaranmasını irsi faktorla izah edirlər. Təbii ki, kişilərdə ginekomastiyanın  yaranması ciddi kompleksə səbəb olur. Bu problemi tezliklə və fəsadsız aradan qaldırmağın ən müasir üsulu ginekomastiya əməliyyatıdır. Ginekomastiya əməliyyatından əvvəlki mənzərə Ginekomastiya ilə bağlı müraciət edən kişilər əvvəlcə bəzi müayinələrdən keçirlər. Belə ki, bəzən genikomastiyanı dərman müalicəsi ilə aradan qaldırmaq mümkündür.  Ginekomastiya əməliyyatı səhhətində ciddi problem olmayan hər yaşda kişilərə icra oluna bilər.  Kişilərdə böyüyən məmənin içərisində 2 toxuma olur: Məmə toxuması və yağ toxuması. Bununla əlaqədar ginekomastiyanın 3 növü var: 1.Qlandülar tip; 2.Lipomatoz tip; 3.Qarışıq tip. Qlandülar tipdə böyümə məmə toxuması hesabına, lipomatoz tipdə yağ toxuması hesabına, qarışıq tipdə isə böyümə hər iki toxumanın hesabına baş verir. Əməliyyatdan əvvəl məmənin ultrasəs müayinəsi aparılır və orada hansı toxumanın üstünlük təşkil etdiyi müəyyənləşdirilir. Bunun vasitəsilə hansı əməliyyat texnikasının seçiləcəyinə qərar verilir. Belə ki, əgər süd vəzi toxuması üstünlük təşkil edirsə, liposaksiya etməklə böyümüş məmə kiçildilir. Yox əgər süd vəzi toxuması üstünlük təşkil edərsə, areola ətrafında aparılan kiçik kəsiklə şişkinliyə səbəb olan toxuma çıxarılır.      Ginekomastiya əməliyyatından sonrakı mənzərə Əməliyyat xəstənin tam yatızdırıldığı ümumi anesteziya ilə həyata keçirilir və təxminən bir saat davam edir. Əməliyyatdan sonra klinikada qalmağa ehtiyac yoxdur. Yara üzərindəki sarğılar iki gün sonra açılacaq. Sarğılar açıldıqdan sonra çimməyinizə icazə veriləcək. 2-3 gün ərzində əməliyyat sahəsində həssaslıq olmağı normaldır. Məmə ucundakı uyuşuqluq tədricən keçəcək.  3-5 gün sonra iş həyatınıza geri dönə bilərsiniz. Üzərinizdə yara yerini korreksiya etmək məqsədi ilə korset olacaq. Bu korsetin 1 ay taxılması vacibdir. 1 ay ağır qaldırmaq, ağır idman etmək, sauna və türk hamamına getmək olmaz. Şişlərin çox hissəsi 1 ay içərisində keçəcək. Tam nəticə 6 ayın tamamında görünəcək. Bütün cərrahi əməliyyatlarda olduğu kimi bu əməliyyatında ağırlaşmaları ola bilər. Belə ki, anestezioloji risk, infeksiyalaşma, qanama, seroma kimi ağırlaşmalar həkiminizin dediyinə ciddi şəkildə riayət edərsəniz, minimaldır. Ginekomastiya əməliyyatına əks-göstərişlər  – Qan laxtalanması pozuntusu;  – Kompensasiya edilməyən şəkərli diabet;  – Qalxanabənzər vəzinin bəzi xəstəlikləri;  – Dekompensasiya mərhələsində olan hipertoniya xəstəliyi.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 11.06.2018

astrositoma ən geniş yayılmış beyin şişi

Astrositoma – ən geniş yayılmış beyin şişi

Astroisitoma  nədir? Astrositoma – beyin mənşəli şiş olub, astrosit adı verilən beyin hüceyrələrindən əmələ gəlir. Astrositomalar dərəcəsindən asılı olaraq xoş xassəli və bəd xassəli ola bilirlər. Hər yaşda görünə bilsələr də, daha çox orta yaşlı kişilərdə rast gəlinir. Astrositomaların növləri hansılardır? Astrositomalar 4 dərəcəyə bölünür:  – I dərəcəli astrositomalar: Xoş xassəli olub, daha çox uşaqlarda rast gəlinir. Məsələn: Pilositik astrositoma  – II dərəcəli astrositomalar: hər yaşda görülə bilən nisbətən xoş xassəlidir. Məsələn: Diffuz astrositoma  – III dərəcəli astrositomalar: Orta dərəcəli astrositoma olub adətən, yaşlılarda görülür. Məsələn: Anaplastik astrositoma.  – IV dərəcəli astrositomalar: Bəd xassəli astrositomadır. Ən çox orta yaşlı kişilərdə görülür. Məsələn: Multiform qlioblastoma. Astrositomaların əlamət və simptomları Şikayətlər astrositomanın yerindən və ölçüsündən asılı olaraq çox fərqlidir. Buna baxmayaraq, astrositoması olan xəstələr bizə daha çox aşağıdakı şikayətlərlə müraciət edirlər:  – Davamlı baş ağrısı;  – Bulantı və qusma;  – İştahasızlıq;  – Qıcolma tutmaları;  – Görmə pozuntusu;  – Əldə və ya ayaqda qüvvətsizlik və s. Xəstələrdə adətən sadalanan bu şikayətlərin  bir neçəsi eyni anda olur. Astrositomaların diaqnostikası Astrositomaların diaqnostikasında digər beyin şişlərində olduğu kimi kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT) üsullarından istifadə olunur. Bundan başqa,  təkrarlayan şişlərin araşdırılmasında  pozitron-emisyon tomoqrafiyadan da (PET) istifadə olunur. Astrositomaların müalicəsi Astrositomaların müalicəsi onların yerləşdiyi yerdən və dərəcəsindən asılı olaraq dəyişməkdədir. Buna baxmayaraq, həm xoş xassəli, həm də bəd  xassəli astrositomaların müalicəsində ilk yeri cərrahi əməliyyat tutur. Cərrahi əməliyyatda məqsəd mümkün qədər çox şiş toxuması çıxarmaqdır. Bununla da həm şişin beynə təzyiqi aradan qaldırılmış, həm də şişin təkrarlanma ehtimalı azaldılmış olur. Cərrahi əməliyyatla çıxarılan şişlərin dərəcəsindən və növündən asılı olaraq, xəstələrə şüa terapiyası və ya kimyəvi terapiya tətbiq edilə bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 11.06.2018

uşaqlarda dişçıxarma nədir

Uşaqlarda dişçıxarma

Uşaqlarda dişçıxarma haqda ümumi məlumat Uşaqların dişçıxarma periodu əksər hallarda 4-7-ci aydan başlayır, özü də müəyyən ardıcıllıqla. Əvvəlcə kəsici dişlər, sonra premolyarlar, azı dişləri və molyarlar çıxır. Uşaqların çoxu bu dövrdə narahat və ərköyün olurlar.Əksər hallarda dişçıxarma fonunda uşağın ağız suyu ifrazı artır, damaqlar iltihablaşır, temperatur müşahidə olunur . Dişçıxarma prosesini yüngülləşdirmək üçün uşağa xüsusi rezin halqalar vermək, damağın möhkləm ağrıları zamanı isə xüsusi sakitləşdirici gellərdən istifadə etmək tövsiyə olunur. İlk dişlərin çıxma ardıcıllığı və müddəti Dişlərin inkişafı hələ ana bətnində başlayır. Bəzən belə iddia edirlər ki,dişlər konkret vaxtlarda və konkret sayda çıxmalıdır. Lakin bununla bağlı heç bir dəqiq meyar yoxdur. Dişlərin  çıxması digər parametrlər kimi (çəki və boyun artması, əmgəyin bağlanması və s.) uşağın və onun valideynlərinin orqanizm xüsusiyyətlətinə görə dəyişir. Bir qayda olaraq, dişlər belə ardıcıllıqla çıxır: birinci kəsici dişlər (yuxarı və aşağı), ikinci kəsici dişlər (yuxarı və aşağı), birinci böyük azı dişlər (yuxarı və aşağı), köpək dişləri (yuxarı və aşağı) və nəahayət, ikinci böyük azı dişləri. Uşağın 3 yaşınadək bir diş sırasında 20 dişi olmalıdır. Həm də onlar təxminən 6 yaşa qədər – daimi dişlər çıxanadək düşməməlidir.  Dişçıxarmanın əlamətləri Dişçıxarma prosesinin əlamətləri uşaqdan uşağa fərdi olaraq dəyişir, hətta dişdən dişə belə dəyişə bilir. Bəzi uşaqlar və onların valideynləri üçün dişçıxarma kifayət qədər mürəkkəb və ağrılı prosesdir. Elə hallar da olur ki, dişçıxarma dövrü heç bir əlamət vermədən keçib gedir.   Dişçıxarmanın ilk əlamətləri güclü ağız suyu ifrazı, ağrılı və şişmiş damaqlarla özünü göstərir. Bu simtomlar dişlər görünməzdən 1-2 ay əvvəldə başlaya bilər. Uşaqlar diskomfort və ağrıdan narahat yatır, ərköyünlük edirlər, iştaha pozulur, müxtəlif bərk əşyaları gəmirmək istəyi yaranır, uşaq tez-tez əlini ağızında saxlayır. Bundan başaqa, dişçıxarmağa başlayan uşaqlarda ishal, zökəm, temperatur kimi əlamətlər də özünü göstərir. Diş çıxarkən ağrıların qarşısını almaq üçün nə etməli? Əgər uşaq damaq ağrısı fonunda ağlayarsa, çox narahat olarsa, yeməkdən imtina edərsə, o zamann xüsusi ağrıkəsici gellərdən (Ralgel, Kamistad) istifadə etmək olar. Bu cür gelləri barmaq vasitəsilə, ehtiyatla uşağın damağına sürtüb massaj etmək lazımdır. Bu prosesi sutkada 6 dəfə təkrar etmək olar. Beləliklə, uşaqda yüksək temperatur, güclü zökəm, tez-tez ishal və digər xəstəlik əlamətləri qeydə alınarsa və bu vəziyyət 1-2 gündən artıq davam edərsə, onu mütləq həkimə göstərmək lazımdır. Elə hallar olur ki, həkimlər heç bir xəstəlik aşkar edə bilmirlər, bu zaman ehtimal olunur ki, qeyd olunan əlamətlər dişçıxarma fonunda baş verib.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 09.06.2018

uşaqlarda skarlatina nədir

Uşaqlarda skarlatina

Uşaqlarda skarlatina nədir? Skarlatina – qızdırma, intoksikasiya, angina və çox miqdarda nöqtəvari səpgilərlə müşayiət olunan kəskin infeksion xəstəlikdir. Bu xəstəliyə daha çox 2-10 yaşlı uşaqlar tutulurlar. Skarlatina törədicisi A qrupu steptokokklarıdır. Böyrək zədələnməsi (qlomerulunofrit), angina, xroniki tozillit, revmatizm və s. xəstəlikləri yaradan da bu bakteriyalardır. Skarlatinaya yoluxma orqanizmdə ona qarşı immunitet olmadıqda baş verir.    İnfeksiyanın mənbəyi skarlatina və ya angina xəstəsi, yaxud da stereptokokk daşıyıcısı olan “sağlam insandır”. İnkubasiya dövrü, adətən, 1-10 gün arasındadır. İnfeksiya hava-damcı yolu ilə keçir (asqırdıqda,öskürdükdə və s. ). Bundan başqa, skarlatinaya qida məhsulları, ümumişlək qablar, paltarlar və s. yollarla yoluxmaq olar.      Uşaqlarda skarlatinanın yaranma səbəbləri Selikli qişaya düşən streptokokk burun-boğazda iltihabi dəyişikliklər yaradır. Mikrob çoxlu miqdarda zəhərli eritrotoksin maddəsi ifraz edir və onlar qana düşərək eretrositləri sıradan çıxarır. Nəticədə bütün orqanizmin intoksikasiyası (zəhərlənməsi) baş verir. Bunun sayəsində bütün orqanlarda, eləcə də selikli qişalarda kiçik damarlar genişlənir, bu da xarakterik səpgilər yaradır. Eritroksin dərinin üst qatını – epidermisi sıradan çıxararaq, nahamarlıq yaradır.     Xəstəliyin birinci həftəsinin sonunda steptokokka qarşı immunitet yaranır.Antitellərin sintez və toplanması sayəsində yaranmış toksikoz azalmağa başlayır və səpgilər tədricən çəkilir.   Uşaqlarda skarlatinanın əlamətləri Skarlatina kəskin formada başlayır – temperatur qəfil 39C-yədək qalxır, uşaq baş ağrısından, ürəkbulanma, halsızlıq və udqunan zaman möhkəm ağrıdan şikayətlənir. Birinci sutkanın sonu, ikinci sutkanın əvvəlində xırda, göynəmə verən səpgi yaranır və bir neçə saat ərzində demək olar ki, bütün bədəni örtür. Skarlatinanın vacib əlamətlərindən biri – səpgilərin bir araya gəlməsi sayəsində yaranan tünd qırmızı zolaqların təbii qatlar nahiyəsində (qasıq qatlarında, dirsək qatlarında, qoltuqda) lokallaşmasıdır. Toxunduqda dərinin quru və kələ-kötür olması hiss olunur. Xəstənin ağzına nəzər saldıqda al-qırmızı iltihablı qişa, damaqda irinləmə və dilin moruğu rəngdə olması qeydə alınır.         Bundan başqa, səpgilər yanaqlarda, daha az - alın və gicgah nahiyəsində yayılır. Lakin, səpgilər burun-dodaq üçbucağına sirayət etmir və həmin nahiyə avazımız rəng alır – bu, skarlatinanın daha bir xarakterik əlamətidir.  Uşaqlarda skarlatinanın müalicəsi Skarlatinanı həkim təyin etdiyi antibiotiklərlə müalicə edirlər. Müalicə adətən 10-14 gün davam edir. Xəstəliyin ağır formalarında uşaq xəstəxanaya yerləşdirilə bilər. Antibiotiklərdən başaqa, antihistamin preparatlar, kalsium qlükonat və vitaminlər təyin edilir. Yerli olaraq müxtəlif preparatlar və xalq təbabəti reseptləri ilə də müalicə aparılır. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 09.06.2018

HekimTap Pro
48836
vaginit nədir yaranma səbəbləri

Vaginit

Vaginit nədir? Vaginit – uşaqlıq yolu selikli qişasının iltihabıdır. Vaginitin yaranma səbəbləri Vaginitin yaranmasına əsas səbəb immunitetin aşağı düşməsi və antibiotiklərlə müalicədir. Dəri-zöhrəvi xəstəliklərindən xlamidioz, qonoreya,trixomoniaz, mikoplazmoz da tez-tez bu xəstəliyin yaranmasına səbəb olur. Bundan başqa, vaginit hormonal pozuntular, yumurtalıqların xəstəlikləri, menopauza, piylənmə, şəkərli diabet fonunda da yarana bilər. Vaginitin menopauza dövründə əmələ gəlməsi orqanizmdə estrogen ifrazının azalması ilə izah olunur. Bəzən vaginit tibbi və qeyri-tibbi manipulyasiyalar (süni abort, uşaqlıq yoluna müxtəlif əşyaların daxil edilməsi və s.) zamanı uşaqlıq yolunun selikli qişasının zədələnməsi səbəbindən yaranır. Gigiyena qaydalarının pozulması vaginitin yaranmasına şərait yarada bilər. Yuxarıda sadalanan bütün faktorlar uşaqlıq yolunda, onun üçün yad olan mikrofloranın yaranmasına səbəb olur ki, bu da gələcəkdə iltihabın yaranmasına gətirib çıxara bilər.  Vaginit, həmçinin, cinsi partnyorun spermasına, prezervativ lateksinə və ya uşaqlıq yoluna daxil edilən dərmanlara qarşı allergiya sayəsində də yarana bilər. Vaginitin simptomları Adətən, vaginitin ilkin əlaməti uşaqlıq yolu ətrafında xoşagəlməz hisslər formasında özünü büruzə verir. Alt paltarın uşaqlıq yolu axıntılarından çirklənməsi müşahidə oluna bilər. Bu axıntılar əksər hallarda göynəmə, bəzən isə xarici cinsiyyət orqanlarının şişkinliyi və qızarması ilə müşayiət olunur. Cinsi əlaqə zamanı ağrı qeydə alınır.  Xroniki vaginit zamanı xəstələr daha çox cinsiyyət yollarından axıntılardan, göynəmə və uşaqlıq yolu nahiyəsində xoşagəlməz hisslərdən şikayətlənirlər. Xroniki vaginit uznmüddətli gedişata və residivə meyilliliyi ilə xarakterizə edilir. Vaginitin diaqnostikası Vaginit diaqnozu artıq anamnez və fiziki müayinə zamanı qoyulur. Daha sonra uşaqlıq yolundan yaxma götürülür. Əlavə olaraq qan və sidik analizləri də tələb oluna bilər.  Vaginitin müalicəsi Vaginitin müalicəsi mikrobların növlərindən asılı olaraq, yerli və ümumi ola bilər. Sağalmanın vacib faktorlarından biri də müalicə dövründə intim həyatı tamamilə istisna etməkdir. Zərurət yaranarsa, cinsi partnyorun da müalicəsi aparılmalıdır.  Antibiotiklər törədicinin onlara qarşı reaksiyası müəyyənləşdirildikdən  sonra təyin edilir. Bu antibiotiklər maz şəklində yerli olaraq tətbiq olunur. Müalicə gözlənilən nəticəni verməzsə, menopauza dövründə residivə meyillilik, yumurtalıqların ifadə olunmuş hipofunksiyası aşkar edilərsə, estrogen hormonlarının yerli tətbiqi tövsiyə olunur. Hamilə qadınlarda vaginitin müalicəsinə xüsusi diqqət ayrılır. Bir tərəfdən onlarda iltihab prosesini tamamilə aradan qaldırmaq çox vacibdir, digər tərəfdən isə hamiləlik dərman preparatlarının dozalaşdırılması və tətbiq olunma üsullarına məhdudiyyət qoyur.   Vaginitin düzgün müalicəsi və residivlərin profilaktikası əksər hallarda yaxşı proqnozlardan xəbər verir.  Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 09.06.2018

osteoxondroz nədir səbəbləri

Osteoxondroz

Osteoxondroz nədir? Osteoxondroz onuğanın xroniki degenerativ zədələnməsinin ağır formasıdır. Osteoxondroz(yunanca osteo-sümük, xondro-qığırdaq) oynaq qığırdaqlarında distrofik pozuntular kompleksidir. Praktiki olaraq bütün oynaqlarda əmələ gələ bilər. Ən çox onurğada – onurğa arası disklərdə rast gəlinir. Lokalizasiyasından asılı olaraq, boyun ,döş, bel nahiyələrinə bölünür.Osteoxondrozun ağırlaşmalarına protruziya, fəqərəarası disk yırtıqları, kifoz, radikulit, stenoz ve s. aiddir. Osteoxondrozun səbəbləri Osteoxondrozun əsas səbəbləridən biri hormonal sistemdə dəyişikliklərlə əlaqədar olaraq onurğanın qığırdaq toxumasının qidalanmasının zəifləməsidir. Osteoxondroza 35 yaşdan sonrakı şəxslərdə daha çox təsadüf edilir. Bu zaman kürək nahiyyəsində ağırlıq hissi, ağrılar olur.Ostexondrozun erkən yaranma səbəbləri də az deyil -zəif fiziki quruluş, qamətin pozulmaları, onurğa əyrilikləri, əyripəncəlilik , yastıpəncəlilik, artıq çəki və s. Osteoxondrozun əsas səbəbləri:  – Genetik faktorlar;  – Maddələr mübadiləsinin; pozulması, infeksiyalar, intoksikasiyalar;  – Artıq çəki;  – Düzgün qidalanmamaq (mikroelement və maye çatmazlığı)  – Yaş faktoru;  – Onurğanın travmaları(əzilmə və sınma);  – Qamətin pozulmaları, onurağa əyrilikləri, yastıpəncəlilik;  – Ekoloji faktorlar;  – Passiv həyat tərzi;  – Onurağa nahiyəsinə düşən həddən artıq fiziki ağırlıq;  – Sümük-əzələ sisteminin qeyri-bərabər inkişafı;  – Pəncə və topuq nahiyyəsinin xəstəlikləri, düzgun olmayan ayaqqabıların istifadəsi;  – Hamiləlik;  – Stress, gərginlik;  – Zərərli vərdişlər-siqaret çəkmək. Osteoxondrozun simptomları Osteoxondroz xəstələri adətən kürək nahiyyəsində yandırıcı ağrılardan, ətraflarda əzginlik, keyləşmədən şikayətlənirlər. Müalicə alinmazsa, ətraflarda atrofiya və arıqlama ola bilər. Əsas simptomları aşağıdakılardlır:  – Kürək nahiyəsində yandırıcı  ağrılar, ətraflarda keyləşmə, əzginlik;  – Ani hərəkət zamanı ağrıların artması, məsələn, ağırlıq qaldıran zaman, asqıran, öskürən zaman;  – Əzələ spazmı;  – Boyun nahiyəsinin osteoxondrozunda-çiyin, əllərdə, baş ağrıları, onurğa arteriyası sindromu görülə bilər, şikayətləri - başgicəllənmələr, küy, spastik baş ağrılarıdır;  – Döş nahiyəsinin osteoxondrozunda döş qəfəsi nahiyyəsində batıcı ağrılar, ürək və daxili orqanlarda ağrılar olur;  – Bel-oma nahiyəsinin osteoxondrozunda - bel nahiyəsində, aşağı ətraflarda ağrılar.  – Onurğaarası disk yırtıqlarında, spondilolistezlərdə, spondiloartrozlarda tutmaşəkilli; ağrılar, hipotrofiya, əzələlərdə, reflektor zəiflik və s. əlamətlər olur. Osteoxondrozun müayinəsi Vizual müayinə  – Rentgen müayinəsi;  – KT;  – MRT. Osteoxondrozun müalicəsi Xəstəliyin ağırlığından asılı olaraq, 1-3 aydan 1 ilə qədər davam edə bilər.  – Medikamentoz;  – Fizioterapiya;  – Müalicəvi idman;  – Massaj;  – Kinezoterapiya;  – Manual terapiya;  – Traksiya;  – Proloterapiya. Osteoxondrozun fizioterapevtik müalicə metodları Fizioterapiyanın məqsədi zədələnmış ocaq nahiyyəsinə analgetik, spazmolitik təsir göstərməkdir. Aşağıdakı metodlardan istifadə olunur:  – Analgetik metod-infraqırmızı şüalanma, orta dalğalıUBŞ şualar, DDC cərəyanlar, impulslu maqnitoterapiya, amplipulsterapiya;  – İltihab əleyhinə-aşağı tezlikli UYT,UST-terapiya, lazerterapiya, maqnitoterapiya  – Fibromoduləedici metodlar-peloidterapiya,kükürd, rodon, yod-brom vannalar;  – Qamətin korreksiyası metodlarına-traksion terapiya, sualtı dartınmalar, massaj, müalicəvi idman. Osteoxondrozun fizioprofilaktikası Osteoxondrozun fizioprofilaktikası aşağıdakı metodlara əsaslanır:  – İmmunstimuləedici metod – orqanizmin rezistentliyini artirmaq üçün;  – Metabolik dəyişikliklərin korreksiyası metodları – distrofik dəyişikliklər və degenerativ proseslərin bərpası;  – Fibromoduləedici metodlar – birləşdirici toxuma mübadiləsinin fəallaşdırılması. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 09.06.2018

kişilərdə sidik ifrazı problemi

Kişilərdə sidik ifrazı problemi

Sidik ifrazı problemi haqqında ümumi məlumat Müxtəlif tip sidik ifrazı problemi hətta çox gənc kişiləri belə tez-tez narahat edir. Kişilərdə sidik ifrazının çətinləşməsi  (stranquriya) daha çox sidik-cinsiyyət sistemindəki patologiyalar fonunda yaranır. Bu çətinliklər özünü müxtəlif cür büruzə verə bilər: sidiyin zəif, ara verə-verə və ya haçalanmış şırnaqla ifraz olunması, tez-tez sidiyə getmə, sidik ifrazı zamanı diskomfort hissi, sidiyin birdəfəlik miqdarının azalması və s. Bu problemlərlə uroloq məşğul olur və yuxarıda sadalanan simptomlar qeydə alınarsa dərhal mütəxəssisə müraciət etmək lazımdır.   Stranquriyanın səbəbləri Kişilərdə stranquriya bir sıra xəstəliklərin fonunda yarana bilər. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar: Uretra kanalının daralması Bu zaman sidik ifrazı kanalının daralması çox vaxt mexaniki səbəblərdən yaranır. Uretranın daralmasına səbəb adenoma və ya prostatda yaranmış digər şişlər səbəb ola bilər. Adenoma kimi şişlərə uretra ətrafında hüceyrələrin sürətlə bölünməsi xasdır, bu da öz növbəsində onun sıxılmasına gətirib çıxarır, nəticədə sidik ifrazı prosesi pozulur. Prostatit Kişilərdə sidik ifrazını çətinləşdırən daha bir səbəb prostatitdir. Prostat vəzinin böyüməsi sidik ifrazı problemlərinə gətirib çıxarır. Patologiya əvvəllər keçirilmiş xəstəliklərin (qonokokk, trixomonad, xlamidiya, ureaplazma və s.) fonunda inkişaf edir və daha çox 50 yaşdan yuxarı kişilər üçün xarakterikdir. Əgər stranquriya prostatit səbəbindən yaranıbsa, o zaman ümumi halsızlıq, erektil funksiyanın pozuntusu və uretradan spesifik axıntı ayrılması müşahidə olunur.   Sidik daşı xəstəliyi Əksər hallarda sidik ifrazının çətinləşməsi maddələr mübadiləsinin pozulması, qeyri-düzgün qidalanma, damar pozuntuları, çirklənmiş ekologiya fonunda yaranan sidik daşı xəstəliyi ilə əlaqədqar olur. Sidik daşı xəstəliyinə xas olan cəhət sidik kanalı və ya sidik kisəsində daşların yaranmasıdır ki,onlar da öz növbəsində sidik axarı yollarını bağlaya bilər. İltihabi patologiyalar Sidik ifrazı pozuntusuna gətirib çıxaran səbəblərdən çox rast gəlinəni sidik kanalı və sidik kisəsini zədələyən müxtəlif iltihablardır. Belə iltihablar arasında kişilərdə daha çox müşahidə olunanı uretritdir.    Nevroloji xəstəliklər Kişilərdə sidik ifrazı nevroloji xəstəliklər zəminində də yarana bilər. Bunlar daha çox diabet, onurğa və ya baş-beyin pozuntuları fonunda yaranır.   Cinsi yolla keçən infeksiyalar Sidik ifrazının çətinləşməsinə cinsi infeksiyalar da səbəb ola bilər. Bunlara misal olaraq, sifilis, kandidoz, qonireya və s. göstərmək olar.   Sidik ifrazı probleminin müalicəsi Kişi orqanizmində bu cür pozuntuların müalicəsi sidik kisəsinin boşalmasına mane olan səbəblərin aşkar edilməsi və aradan qaldırılmasına əsaslanır. Xəstəliyin etiologiyası müəyyənləşdikdən sonra həkim müvafiq müalicə taktikası seçir və lazımi təyinatlar verir. Buraya preparatlar və terapevtik prosedurlar aiddir. Bundan başqa, daha bir vacib məqam qida rasionunun korreksiya edilməsidir.   Ağır vəziyyətlərdə sidiyin xaric edilməsi üçün katetr qoyulması lazım gələ bilər. Bəzən isə cərrahi müdaxilə göstəriş ola bilər. Ona görə də yuxarıda qeyd olunan simptomlar müşahidə edilərsə, dərhal uroloqa müraciət etmək lazımdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 08.06.2018

Spinner