uşaqlarda bahar katarı

Uşaqlarda bahar katarı (konyunktivit)

5010
Müəllif: Oftalmoloq Günel Muradova

Paylaşıldı: 23.06.2018
HekimTap Pro

Uşaqlarda bahar katarı – ümumi məlumat

Bahar katarı (digər adı keratokonyunktivitdir) immun təbiətli xəstəlik olub, gözün konyunktivasını və buynuz qişanı zədələyir. Patologiyanın inkişaf mexanizmi allergikdir, yəni immunitetin allergenə qarşı reaksiyası ilə əlaqədardır.

Xəstəliyin əsaslı araşdırılmasına 20-ci əsrin ortalarında başlanılıb, buna qədər isə o, nadir patologiyalardan hesab olunurdu. Tədqiqatların nəticəsində xəstəliyin səbəbini və inkişaf mexanizmini müəyyənləşdirmək və mualicə etmək mümkün olmuşdur.

Uşaqlarda bahar katarının əlamətləri

Katar simmetrik olaraq iki gözü də zədələyir, hər müvsüm təkrarlanır,daha çox oğlanlarda rast gəlinir. Xəstəliyin inkişafında uşağın hansı şəraitdə yaşaması böyük rol oynayır, məsələn, isti və quru hava şəraitində.

Allergenə cavab kimi orqanizm E sinfindən olan antitel ifraz edərək, kənar maddəyə qarşı mübarizə aparmağa başlayır. İltihabi prosesin yayılmasının qarşısını almaq məqsədilə, immun müdafiə hüceyrələri bu mübarizəyə qoşulur.

Keratokonyunktivit allergik reaksiyanın yeganə əlaməti deyil. Uşaqlarda tez-tez ekzema, astma yaradır.

Bahar katarı adətən 5 yaşından sonra başlayır və 25 yaşdan sonra keçib gedir, lakin istisnalar da olur. Xəstəliyə bahar katarı adı ona görə verilmişdir ki, onun kəskinləşmə dövrü adətən, məhz yaz-yay aylarına təsadüf edir. Xəstələrin bir qismində simptomlar bütün il boyu özünü göstərir.

Katardan əziyyət çəkən xəstələrdə buynuz qişadakı patologiyalara – keratokonus, keratoqlobus və s. -  digərlərinə nisbətən daha çox rast gəlinir.    

Patologiyanın inkişaf riski Aralıq dənizi ölkələri, Afrika, Cənubi Asiya ölkələrində daha yüksəkdir. Bundan başqa, İsveç, Finlandiya və Norveç kimi ölkələrdə də bu xəstəliyə kifayət qədər rast gəlinir.

Bahar katarının formaları

Katarın aşağıdakı formaları var:
 – Tarzal;
 – Limbal;
 – Qarışıq.

Tarzal formada gözün selikli qişası qalınlaşır, süd rəngi alır. Sonra yuxarı göz qapağında açıq-çəhrayı rəngdə kiçik törəmələr əmələ gəlir. Onlardan yapışqan sekret ifraz olunur. Tarzal katarın ağır gedişatı görmənin müxtəlif səviyyəli itirilməsi ilə nəticələnə bilər.  
Limbal və ya bulbar formada göz nahiyəsində sarı və ya boz-çəhrayı rəngdə törəmələr əmələ gəlir, onlar kista formasında da ola bilər.

Qarışıq formada yuxarıda qeyd olunan hər iki formanın əlamətləri özünü göstərir.

Bahar katarının müalicəsi

Bahar katarı allergiya əleyhinə hormonal dərmanlarla, yerli olaraq müalicə edilir. Dərman vasitələri gözlərin zədələnmə səviyyəsinə uyğun seçilir.   
Yüngül zədələnmələr lekrolin (alomid) kimi vasitələrin tətbiqi ilə aradan qaldırıla bilər. Nisbətən ağır hallarda allerqoftal və ya epersalleq qəbulu tələb olunur.    

Buynuz qişanın zədələnməsi zamanı onu bərpa edəcək vasitələr (vitasip, taufol) istifadə oluna bilər.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az