temparomandibulyar sindrom çənə ağrıları

Temparomandibulyar sindrom (TMS)

3093
Müəllif: Pərvin Əkbərov

TMS temporomandibulyar oynağın qısalmış formasıdır və çənə sümüyü ilə kəllə qutusunu birləşdirən oynaqdır. Çeynəmə əzələləri, çeynəmə və udma kimi funksiyaları həyata keçirə bilmək üçün boyun və kürək əzələləri ilə birlikdə işləyir. Bütün bu oynaq və əzələlərdə funksiya pozğunluğu olduğu zaman müəyyən problemlərə yol açır.

Düzgün funksionallıq üçün əzələləriniz və oynaqlarınız birlikdə işləməlidirlər. Bunların hər hansı birindəki problem TMS-a (Timpanomandibulyar sindrom) yol aça bilər. Məsələn; stresin səbəb olduğu diş qıcırdatmaq və diş sıxma, çənə əzələlərinin həddindən çox yığılmasına səbəb olur və TMO-a həddindən artıq təzyiq göstərir. Travma və artrit kimi xəstəliklər ya oynağın zədələnməsinə səbəb olurlar, ya da əzələlərdə və bağlarda yırtılmaya səbəb ola bilirlər.

Nəticədə “disk” deyilən, oynaq içində yastıq vəzifəsi görən qığırdağın yer dəyiməsinə səbəb ola bilirlər. TMS vaxtı oynağın hərəkəti zamanı klik səsi, çıtırtı səsi, oynaq ətrafında ağrı, zəiflik, oynağın kilitlənməsi ya da hərəkət məhdudluğu, dişləmədə və dişləmə hissində dəyişiklik kimi simptomlar ola bilər.

Oynaq hərəkəti zamanı eşidilən klik ya da çıtırtı səsi, diskin yerindən sürüşdüyünün bir əlamətidir və oynağın yerindən sağa-sola oynadığını göstərir. Bəzən xəstələr, çənə oynağı ilə əlaqədar olmayan şikayətlərlə gəlirlər. Məsələn: sinus tipi baş ağrıları, qulaq ağrısı, baş dönməsi, boyun və ənsə ağrısı. Ümumiyyətlə, bu simptomlara səbəb olan şey yuxudaykən insanın istəmədən dişlərini sıxması ya da qıcırdatmasıdır. 

Müalicəsində ilk hədəf əzələ spazmını və oynaq ağrısını aradan qaldırmaqdır. Bunun üçün ağrıkəsici dərmanlar və miorelaksanlardan (əzələ rahatladıcı) istifadə edilir. Oynağın içinə steroidli dərmanlar inyeksiya edərək, ağrı və inflamasiya (iltihab) azaldıla bilər. 



Özü-özünü müalicə aşağıdakılardan ibarətdir:
 - Çənə istirahəti;
 - Yemək yemədiyiniz vaxtlarda çənənizi açıq tutmaq;
 - Yumşaq yeməklər yemək;
 - Buz və isti tətbiqi;
 - Çənə idmanları;
 - Pozisiya idmanları.

TMS-un yaranma səbəbi dişlərinizin bir-birinin üzərində düzgün oturmamasıdırsa dişləmənin düzəldilməsi, ortodontiya, ya da diş müalicəsi sizin üçün kifayət edəcəkdir.
Açık oynaq cərrahiyəsi və artroplastika kimi cərrahi müalicə metodlarına bəzən ehtiyac ola bilər, amma əsasən ciddi vəziyyətlərdə istifadə edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.