səs necə yaranır

Səsin fiziologiyası

4923
Müəllif: PhD. Dr. Ramil Həşimli

Paylaşıldı: 22.07.2017
Ramil Həşimli

1. Səs necə yaranır?

İnsan səsi, insanı digər canlılardan ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. İnsan bədəninin ən gec aydınlaşan və hələ də mikro fiziologiyası mövzusunda bir çox qaranlıq nöqtə olan səs orqanı kimi tək qırtlağı deyil bütün səs sistemini tanımamız lazımdır. Bir az daha açıq desək, insan səsi düşünüldüyü kimi yalnız qırtlaqdan çıxmır; bütün bədənin mükəmməl bir uyğunluq içində çalışması nəticəsində əmələ gəlir. İlkin səs sistemi ağciyərlər - qırtlaq - səs yolunun yaratdığı əsas səs qurucularıdır. İkincili səs sistemi isə bütün bədənimiz və ruh halımızdır.

Səs, hərəkət edən bir enerji şəklidir. İnsan səsinin qaynağı, ağciyərlərdə sıxıştırılan havanın sahib olduğu potensial enerjidir. Təzyiqli havanın səs büküşlərinin arasından keçərkən dalğalanmasıyla səs tezliyinə çevrilməsi reallaşmış olur. Ancaq bu 'xam səs', bir cızırtıya bənzəyir. Xam səsin boğaz, ağız və burun boşluqlarında şəkilləndirilməsiylə hər insanın özünə aid olan və barmaq izi qədər xüsusi olan səs tonu ortaya çıxır. Qulağımıza gələn səsin macərası bununla da bitməz. Çıxan xüsusi səsin dil, damaq və dişlərin köməyi ilə nitqə çevrilərək anlaşılan olması vacibdir.

2. Səs hərəkətdir

Səs, eşitmə yolu ilə qəbul edilə bilən molekul hərəkətlərini özündə birləşdirir. Eşitmə sistemimizi hərəkətə etdirən hər davranış "səs"dir. Hava və suda yaşayan bütün canlılar olduğu mühitdəki molekul hərəkətlərini qəbul edərək həm qidalarını tapır, həm də hərəkət istiqamətlərini müəyyən edirlər. Primitiv canlılarda bədən səthləri bu funksiyanı yerinə yetirəməsinə baxmayaraq, inkişaf etmiş canlılarda qulaq sistemi bu funksiyası həyata keçirir.

Səs ən yaxşı mayeli mühitdə ötürülə bilir, çünki su sıxlaşdırılmır, bu səbəblə səs çox uzaq məsafələrə çata bilir. Buna görə daxili qulağımız maye ilə doludur. Dənizdə yaşayan canlılar səsi uzaq məsafələrdən duymaqda çətinlik çəkmirlər. Sualtı ilə bağlı tədqiqatlarda okean dərinlərindəki balina səsləri minlərlə kilometr uzaqlıqdan qəbul edilib təqib edilə bilir. Quruda yaşayan canlılar suda yaşayanlar qədər bəxtli deyillər. Hava molekulları seyrəktir və sıxlaşdırılabilir. Məsafə artdıqca səs enerjisini itirir. Bu səbəblə qulaqdakı havalı hissənin su ilə çevrilməsi lazımdır. Çevrilmə qulaq pərdəsi və orta qulaqda bir-birlərinə bağlı sümükcüklərlə təmin edilməkdədir. Bunlar "zindan", "cəkic" və "zəngi" sümükcükləridir.

Niyə nitq və səslə bağlı danışanda qulağa vurğu etdik? Cavab çox sadədir; bütün nitq orqanları, səs tellərimiz, ağciyər, hava boşluqları bir yerdə işləyərək qulaq adlanan orqanı təmin edir.

Quruda yaşayan bütün canlılarda və insanda səs 3 fərqli sistemin bir yerdə işləməsi ilə meydana çıxır. (növbəti məqalədə bu barədə ətraflı...)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.