qarın yırtıqları və əməliyyatı

Qarın yırtıqları

7405
Müəllif: Ramil Nadirov

Paylaşıldı: 01.08.2017
Ramil Nadirov

Ümumi dünya əhalisinin 5%-i qarın yırtıqlarından əziyyət çəkir. ABŞ-da il ərzində 600.000 yırtıq əməliyyatı icra edilir. Dünyada bu qədər yırtıq əməliyyatı icra olunmasına baxmayaraq yırtıq cərrahiyyəsində həll olunası gərəkən aktual problemlər (ağrı, sinir zədələnmələri, yara infeksiyalaşması, residivlər) qalmaqdadır. Ümumi yırtıqların 75%-i qasıq yırtığı təşkil edir. Qasıq yırtıqları çəp və düz olmaqla iki qrupa bölünür. Ümumi qasıq yırtıqlarının 2/3 hissəsi çəp, 1/3 hissəsi düz qasıq yırtığının payına düşür. Ümumi yırtıqların 15-20 % postoperasion,10% göbək və epiqastral yırtıqlar, 5% bud yırtığı və diğər yırtıqlar təşkil edir. Qasıq yırtığı kişilərdə qadınlardan 25 dəfə çox rast gəlinir. Bud yırtığı və əməliyyatdan sonrakı yırtıqlar isə qadınlarda daha çox rast gəlinir. Yaş artdıqca yırtıqların rast gəlinməsi və boğulma ilə ağırlaşma ehtimalı artmış olur. Yırtıqlar açıq və laparoskopik cərrahi üsullarla müalicə olunmaqdadır. Yırtıqların residivlərinin qarşısını almaq məqsədilə günümüzdə müxtəlif mənşəli torlardan (mesh) istifadə etməkdəyik. Laparoskopik cərrahiyyə daha çox iki tərəfli qasıq yırtıqlarında, böyük ölçülü göbək-epiqastral və postoperasion yırtıqlarda daha çox tövsiyyə edilməkdədir.

Laparoskopik üsulun üstünlükləri:
 - Yara tez sağalır. 
 - İrinləmə ehtimalı daha azdır. 
 - Residivlər daha azdır (0-3 %).

Laparoskopiya daha bahalı olduğu üçün günümüzdə geniş istifadə edilməməkdədir. Yırtıq dedikdə qarın daxili təziqin yüksəlməsi nəticəsində qarın daxili orqanların (əsasən nazik bağırsaq və piylik) periton qişası ilə birlikdə qarın divarının zəif nöqtələrindən bayıra çıxmasıdır. Qarın divarında təbii zəif nöqtələrlə yanaşı (qasıq həlqəsi, göbək həlqəsi və s.), qazanılmış (əməliyyatdan sonrakı çapıq nahiyyəsi, travma nəticəsində yaranmış defektlər və s.) zəif nahiyyələr yaranır. Günümüzdə daha çox rast gəlinən yırtıqlar qasıq yırtığı, göbək yırtığı və əməliyyatdan sonrakı yırtıqlardır. Bu problemlər qarının ön divarında, xaya nahiyyəsində yumuşaq dəbbəliyin olması ilə müşahidə edilir. Bəzən ara-sıra ağrılar verir. Üzərinə təziq etdikdə geri qayıdır. Amma ani bir zamanda qarın daxili təziqin birdən-birə yüksəlməsi nəticəsində (ağır fiziki iş nəticəsində) yırtıq həlqəsindən bayıra çıxan orqanların həcmi artır və bu həmin orqanların boğulmasına səbəb olur. Bu zaman isə yerinə düzəlməyən qabarıqlıq, dözülməz şiddətli ağrı əmələ gətirir və getdikcə həmin nahiyyədə qızartı yaranır. Bu hal bəzən cərrahi əməliyyatın həcmini artırır. Bu durumu yaşamadan sizlərdə və ya yaxınlarınızda yırtıq mövcutdursa etibar etdiyiniz cərraha müraciət etməyiniz məsləhətdir. Yırtıqların müalicəsi cərrahidir. Bu günkü günümüzdə yırtıqların cərrahi müalicəsi tərəfimizdən açıq (klassik) üsulla və laparoskopik üsulla həyata keçirilir. Yırtıq cərrahiyyəsində torların istifadəsini zəruri olduğundan bütün əməliyyatlarımızda sintetik və ya orqanik torlardan mütləq istifadə edirik. Yırtıq problemləri ilə bağlı bütün suallarınızı ünvanlaya bilərsiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.