Düyünlü ur - zob
Qalxanabənzər vəzidə müxtəlif morfoloji xarakteristikaya malik bütün ocaqlı törəmələri əhatə edən klinik anlayışdır.
Sayı: Təksaylı, çoxsaylı
Klinik/ morfoloji: Xoş və bədxassəli
İncə iynə aspirasion biopsiyasının nəticəsinə görə: I-Az informativ; II-Xoşxassəli; III- önəmi bilinməyən atipiya; IV- Folikulyar və Hürtle hüceyrəli neoplaziya; V-Bədxassəliyə şübhəli; VI-Bədxassəli
Klinkasına görə: Asimtomatik, simptomatik
Düyünlərin ssintoqrafiya zamanı fuksiyasına görə: “Hiperfunksional-isti”; “İzofunksional-ilıq”; “non-funsiona-soyuq”
Ətraf toxumalara münasibətinə görə: Ətraf toxumaları kompressiya edən; Ətraf toxumaları kompressiya etməyən;
- Ümumi populyasiyada palpasiya edilən qalxanvari vəzi düyünləri qadınlarda 10%, kişilərdə 2%-dir. Kliniki əlaməti olmayan qalxanvari vəzi düyünlərinin USM ilə aşkarlanması 20-76% təşkil edir.
- Solid düyünlərin 80%-i kolloid düyünlər, kistalar və tiroiditlərda -xoşxassəli, 10-15% -i folikulyar törəmələr və 5% isə bədxassəli olur.
- Düyünün əmələ gəlməsində: orqanizmə yodun xronik az daxil olması, irsi faktorlar, follikulyar epitelidə yüksək proliferasiya ,İnsulinəbənzər böyümə faktoru mühüm rol oynayır.
- Düyünün əmələ gəlməsində immun sisteminin əhəmiyyəti çox böyükdür. Vəzin düyünlü törəmələrinin histoloji müayinəsində 96% hallarda limfositar infiltrasiyanın mövcudluğu immunitetin rolunu təsdiq edir. Bununla yanaşı düyünlü patologiyalar zamanı T-helper və T-supressorların disbalansı müəyyən olunur.
- Qalxanvari vəzi düyünlərinin 90%-i xoşxassəli, 5-10%-i bədxassəli olur.
- Düyündaxili qanaxma, maliqinazisiya , ətraf toxuma və orqanlara kompressiya törədə bilirlər
- Baş və boyun nahiyəsi radiasiyaya məruz qalanlarda bədxassəli riski artır
- Yaşın 14-dən kiçik, 70-dən böyük və kişi cinsiyyəti olması bədxassəli riskini artıran amillərdir.
- Qalxanvari vəzi düyünləri əksər hallarda simptom törətmirlər, təsadüfi müayinələrdə tapılırlar
- Bəzi xəstələrin palpasiyası zamanı boyunda kütlə olduğu təsbir edilir
- Düyünlər böyük ölçüyə çatdıqda sıxılma və boğulma hissi verirlər
Şübhə
- Qalxanabənzər vəzidə düyün tapılan xəstədə onun bəd və ya xoş xassəli olması müəyyənləşdirmək lazımdır;
- USM zamanı bədxassəli düşündürən göstəriciləri: hipoexogenliyi, düyün daxili qanlanması, kənarının hamar olmaması, mikrokalsifikasiyalı, halo yoxluğu, ön-arxa ölçünün köndələn ölçüdən uzun olması, patoloji limfa vəzilərinin olmasını araşdırmaq lazımdır;
- Ailə anamnezində QV xərçəngini qeyd edərsə bu şübhə daha da artır.
- Görüntüləmə üsulları qalxanabənzər vəzi düyünlərini 100% dəqiqləşdirməyə imkan verir.
- Diaqnozu dəqiqləşdirmək üçün USM və İİAB müayinələri aparılır
- Düyünlərin funksional fəliyyətini yoxlamaq üçün tireoid hormonları və ssintoqrafiya aparılması göstərişdir.
- Larinqoskopiya həm xoş, həm də bədxassəli düyünlərin öncədən var olan səs dəyişikliklərini təsbit etmək üçün aparılır.
- Palpasiya zamanı bərk və ya elastik konsistensiyalı düyünün əllənməsi;
- USM-də vəzin parenximasında solid və ya kistoz düyünün aşkarlanması;
- Eutiroid zamanı TSH, s.T3 və s.T4 normal olması;
- Düyün sürətli böyüyərsə ətraf toxumaları sıxarsa sıxılma,boğulma və səsin karlaşması;
Müalicə prinsipləri: Cərrahi, tibbi müalicə və izləmə
- Cərrahi əməliyyat öncəsi bədxassəliliyi (İİAB) müəyyənləşərsə total tiroidektomiya göstərişdir. Bədxassəli təsdiqlənərsə ipsilateral mərkəzi limfa disseksiya tövsiyyə olunur. Əgər sitoloji olaraq atipik düyündə aşağı malignitə riski varsa düyün 3 sm-dən kiçiksə lobektomiya edilə bilər.
- Cərrahi müalicəyə alternativ üsul kimi xoşxassəli düyünü olan xəstələrdə düyünlərin destruksiyası üçün etanol spirti ilə skleroterapiya, radiotezlikli dalğalarla və lazer şüaları ilə ablasiya istifadə oluna bilər.
Tibbi müalicənin iki seçimi vardır:
Levotiroksin müalicəsi ilə TSH-ın supressiyası və ya radioaktiv yod(Y131) ilə ablasiya
- Qalxanabənzər vəzin xoşxassəli düyünləri zamanı tireoid stimulyasiyanın səviyyəsi bilavasitə azaldılır, düyünlü törəmənin böyüməsinin qarşısı alınır. Ədəbiyyatda bu müalicə üsulunun effektliliyi haqqında baxışlar müxtəlifdir. Supressiv müalicə az effektlidir, yalnız 10-20% xəstələrdə qismən yaxşı müalicə effekti alınır. Bununla yanaşı tireoid preparatlarla uzunmüddətli müalicə osteoporozun və müxtəlif ürək patologiyalarının meydana çıxmasına səbəb olur. L-tiroksinin dozası laborator təqib şəraitində - qanda TSH-ın səviyyəsinə nəzarət edilməklə təyin olunur. Qanda TSH-ın səviyyəsinin 0,1-0,5 mED/l həddlərində saxlanılması tövsiyə edilir.
- Yaşlı adamlarda, o cümlədən ürəyin işemik xəstəliyi zamanı müalicənin başlanğıcında tireoid hormonları aşağı dozalarda istifadə edilməlidir (gündəlik optimal doza 12,5-25 mkq). Bu doza EKQ nəzarəti altında 4-6 həftə müddətində tədricən yüksəldilə bilər. Düyün kiçilərsə, konservativ müalicə davam etdirilməlidir.
- Y131 ilə müalicə hiperfunksiyaedici düyün və ya vəz üçün aparılan bir üsuldur. Ancaq hamilə və ya süd verən qadınlarda əksgöstərişdir. Hiperfunksiyaedici düyünün müalicəsində 75% nəticə əldə etməklə və 40% vəzin həcminin azalması qeyd olunmuşdur.
- Sitoloji müayinənin nəticələrinə görə xoşxassəli dəyişikliklər təyin edilmiş xəstələr dinamiki müşahidədə (6-18ay) saxlanılmalıdır. Bu müddətdə düyündə böyümə olarsa ikinci biopsiya aparılmalıdır. Düyündə böyümə həcminin 20%-dan çox artması qəbul edilir. Nəticə təkrar xoş gələrsə yenə müəyyən müddətə USM ilə nəzarət aparılmalıdır
- Düyünün ölçüləri 1 sm-ə qədər olduqda daimi müşahidə ön plana çıxmalıdır.
- Bu göstərici 1,0-1,5 sm arasında olarsa və ya sistdə solid strukturlar müəyyən edilərsə, punksion biopsiya aparılmalı, sitoloji mənzərə əsasında qərar qəbul olunmalıdır: şiş hüceyrələri müəyyən edildikdə və ya şişə şübhə hadisələrində xəstə cərrahi müalicəyə göndərilməlidir.
- Materialın müayinəsi zamanı qaneedici məlumat əldə edilmədikdə punksion biopsiya təkrarlanmalı və nəticədən asılı olaraq müalicə taktikası seçilməldidir. Sitoloji müayinənin yalançı mənfi nəticələrin payının azaldılması üçün klinik məlumatlara istinad etmək və “sist üçün qayda”ya ciddi riayət etmək vacibdir.
- Sist punksion boşaldıqdan sonra qalıq düyün aşkar edildikdə o, punksiya olunmalıdır. Sistin punksiyasından sonra onun boşluğuna mayenin yenidən toplanmasının qarşısını almaq üçün etil spirti yeridilməlidir.
- QV xoş xassəli düyünlərində tiroid hormonları ilə supression müalicə mübahisəlidir, yod çatmazlığı olan bölgələrdə düyünün ölçüsünün azalmasını təsdiqləyən tədqiqatlar vardır.
- Düyünün həcmi və ölçüləri böyüməkdə davam edərsə, cərrahi müalicə üsulu seçilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.