mədə kiçiltmə əməliyyatina göstəriş və əks göstərişlər

Mədə kiçiltmə əməliyyatina göstəriş və əks göstərişlər

1818
Müəllif: Op. Dr. Əlif Hüseynzadə

Mədəkiçiltmə əməliyyatı piylənmədən azad olmaq üçün çox effektli bir vasitədir. Mədəkiçiltmə əməliyyatı ilə piylənmə aradan qalxdıqdan sonra bir çox  metobolik problemlər də aradan qalxmış olur. Əməliyyatdan əvvəl pasientlərin ətraflı müayinəsi, əməliyyata göstəriş, əks göstərişlər, diyet proqramları, müayinəyə gəlmək aralıqları, və s kimi məsələlərin ətraflı araşdırılması əməliyyatın effektivliyini artırır. Əməliyyatdan öncə bir Endokrinoloq tərəfindən pasient müayinə edilməli və diet programı təyin edilməlidir. Əgər əməliyyatdan kənar üsularla effekt alına bilirsə bir müddət əməliyyat gecikdirilə bilər və ya ləğv edilə bilər.

Kimlərə mədəkiçiltmə əməliyyati icra oluna bilər:

  1. BKİ-i ≥ 40 kg/m2 olması:
  2. BKİ-i ≥ 35 kg/m2 olması və piylənmə ilə əlaqədar aşağıdakı problemlərdən ən azı birinin olması

2 ci tip şəkərli diabet

  • Hipertenziya
  • Dislipidemi
  • Yuxu apnesi ( yatarkən nəfəs dayanması)
  • Piylənmə hipoventilyasiya sindromu ( hava çatmamazlığı)
  • PicWick sindromu ( yatarkən nəfəs dayanması və hava çatmamazlığının bir yerdə olması)
  • Qaraciyərdə piylənmə
  • Bronxial astma
  • Venoz durğunluq
  • Sidik saxlamamaq
  • Günlük yaşama təsir edə biləcək artrit

BKİ-i 30 – 35 arası olan 2 ci tip şəkərli diabeti olanlarda Bariatrik Cərrahiyyənin effektivliyi göstərilməsinə baxmayaraq rutin olaraq bu tip xəstələrdə cərrahi üsul məsləhət görülmür.Yalnız sistematik anti diabetik müalicə olunmasına baxmayaraq kontrolda saxlanıla bilinməyən xəstələrdə Bariatrik Cərrahiyyə düşünülə bilər.

Kimlər mədəkiçiltmə əməliyyatı oluna bilər 

  • BKİ ≥ 40 kg/m2 olması
  • BKİ ≥ 35 kg/m2 olması və piylənmə ilə bağlı ən azı bir əlavə xəstəliyin olması

Mədə kiçiltmə əməliyyatina əks göstərişlər

  • 18 yaşından kiçik və ya 65 yaşından böyük olanlar. Ancaq çəki ilə bağlı ciddi bir əlavə xəstəlik varsa əməliyyat düşünülə bilər.
  • Müalicə olunmamış və piylənmə yaradcaq bir xəstəliyin olması ( məs: Kuşing, hipotiroidizm, insulinoma )
  • Müalicə olunmamış bir yemək yemə pozunuqluğu ( bulimiya nevrozu)
  • Ciddi bir depresiya və ya psixiatrik bir problemin olması
  • Qan laxtalanma probleminin olması
  • Narkoz üçün risk olacaq ciddi ürək qüsuru
  • Alkoqol və  ya maddə asılılığı
  • Əməliyyatdan sonra qidalanma rejiminə və ya diet qaydalarına əməl edə bilməyəcək insanlar
  • Hazırda hamilə olub və ya 12-18 ay işərisində hamiləliyi planlaşdıranlar
  • Şiddətli qastroezofaqal reflü xəstəliyi olanlar  ( Mədə yırtığı)
  • Portal Hipertenziya


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az