mədə kiçiltmə əməliyyatına hazırlaşanlar üçün 14 vacib məqam

Mədə kiçiltmə əməliyyatına hazırlaşanlar üçün 14 vacib məqam

194
Müəllif: Op. Dr. Əlif Hüseynzadə

Paylaşıldı: 30.11.2018
Əlif Hüseynzadə

Planlaşdırılan hər hansı bir əməliyyata hazırlaşarkən, əməliyyat zamanı və əməliyyatdan sonra nə ilə qarşılaşacağınızı mütləq bilməlisiniz. Piylənmə ilə mübarizədə sizə qalıcı bir effekt verəcək mədə kiçiltmə əməliyyatına qərar vermisinizsə, aşağıda yazılanları oxumağınız sizə çox kömək edəcək.

Bariatrik cərrahınızla yaxın ünsiyyətdə olun

Mədə kiçiltmə əməliyyatı öncəsi cərrahınızla və ya ən azından koordinatoru ilə yaxın ünsiyyətdə olun ki, uğurlu və rahat bir əməliyyat keçirməyiniz üçün bu ilk şərtdir. Əməliyyat tək çarə deyildir. Bu, bir ömür daimi qalıcılığı olan bir prosedurdur və buna görə profesional bir komanda tərəfindən nəzarətdə olmağınız əməliyyatın keyfiyyətini çox artıracaq. Əməliyyat öncəsi və sonrasında doğru bilərək səhf addım atmamaq üçün də ən ideal yol yenə də ünsiyyətdir. Mədə kiçiltmə əməliyyatı sonrasında protokollar həkimdən həkimə dəyişə bilir. Ola bilər başqa bir həkimin icra etdiyi pasientlə ünsiyyətdə fərqli bir qayda görərsiniz. Daha çox bilməkdə bir fayda vardır. Ama yenə də öz həkiminizin təyin etdiyi qaydalar sizin üçün ən doğru olanıdır.

Mədə kiçiltçə əməliyyatı öncəsi siqaret çəkməyin

Mədə kiçiltmə əməliyyatı gələcək həyatınızı daha sağlam qurmaq üçün atdığınız ilk addımdır. Piylənmə və bununla yanaşı gələn xəstəliklərdən qurtulmaq üçün bu addımı atırsınızsa sizin sağlamlığınıza ziyan vuracaq digər vərdişləri də buraxmalısınız.

Tütün sağlamlığa ziyan vuracaq qəbul edilmiş bir faktordur. Siqareti tərgitmək mədə kiçiltmə öncəsi əməliyyata hazırlaşmaq üçün vacib addımlardandır. Düzdür bunu söyləmək asandır, amma əmin ola bilərsiz ki, buna dəyəcək. Ən azından bir müddətliyinə tərgitsəniz əməliyyat sonrası riskləri kifayət qədər azaltmış olacaqsız.

İdeal vaxt əməliyyatdan 1 ay öncə siqareti tərgitməkdir. Əməliyyatdan sonra da eyni effektə malikdir. Ağciyərlərdə atelektaz, pnevmoniya ki riskləri azaltmış olacaqsız. Siqareti tərgitməklə yaraların sağalması sürətlənəcək. Mədə üzərində uzun bir kəsik olduğundan bu yaranın sağalması sürətlənir. Mütləq çəkəcəm deyə düşünürsünüzsə ən tezi 1 ay sonra başlaya bilərsiniz. Siqaretin davam edirilməsilə mədə kiçiltmə sonrası ən qorxduğumuz risk olan qaçaq riskini gözə almalısınız. Siqaret bütün bədənin dan dövranını pozduğundan mədədə qan dövranı pozulur və yaranın sağalması gecikir. Qaçağın olması isə müalicəsi çətin, maddi baxımdan da xərci çox olan bir problemdir. Əslində məsləhətimiz bir ömür siqaretdən qurtulmağınızdır. Amma əgər bu mümkün olmursa, ən azı 1 ay öncə və 1 ay sonra siqaret qəbul etməyin.

Əgər gün ərzində siqaret çox çəkirsinizsə əməliyyat günü tərgitməyinizi xeyir yox, ziyan vura bilər. Çünki uzun müddət siqaret çəkdiyinizdən qısa zamanda tərgitmək bəlğəmin əmələ gəlməsini artacaq və bu da toparlanma müddətini uzadacaqdır. Əgər siqareti ata bilmirsinizsə, davam edim demək deyil ən azı 1-2 həftə öncə buraxmalısınız. Mükəmməl bir nəticə almaq üçün həkim olaraq biz əlimizdən gələni ediriksə, sizin siqareti buraxmamağınız əməliyyatın risklərini artıracağını bilməlisiniz.

Mədə kiçiltmə əməliyyatı və spirtli içki

Mədə kiçiltmə əməliyyatı öncəsində spirtli içli siqaret qədər risk yaradacaq bir faktor deyildir. Əlbəttə ki, günlük və ya davamlı spirtli içki qəbul etmirsinizsə.

Günlük 50 qr spirtli içki qəbul edirsinizsə, əməliyyatdan bir neçə gün öncə buraxmağınız kifayət edər. Lakin mədənizlə problem yaşamaq istəmirsinizsə, mədə kiçiltmə əməliyyatından ən azı 1 həftə öncə spirtli içkini saxlamağınız məsləhətdir. Spirt qaraciyədə metobolizma olunacaq bir maddədir. Mədə kiçiltmə əməliyyatı sonrası yağ toxuması qaraciyərdə metobolizma olunur və spirt qaraciyər üçün əlavə bir yük olduğundan spirtli içkinin qəbulu məntiqli deyildir.

Mədə kiçiltmə əməliyyatından öncə nə yeməli?

Mədə kiçiltmə əməliyyatına girmədən öncə bir miqdar kilo vermək faydalıdır. Ancaq BKİ-i çox da yüksək olmayanlar əməliyyatdan öncəki gün qatı qida qəbul etməməlidirlər və axşam 20:00-dan sonra maye qəbulunu dayandırmalıdırlar. Əməliyyat öncəsində də mayeləri qurtum-qurtum içmək, qidaları kifayət qədər çeynəmək lazımdır ki, əməliyyatdan sonra bu alışqanlıqlar sizə kömək etsin. Əməliyyat sonrasında qidanı yavaş-yavaş yemək, qidanı yaxşı çeynəmək daha yaxşı kilo vermək və daha az yemək üçün açar rolunu oynayır.

Mədə kiçiltmə əməliyyatına psixoloji olaraq hazırlanmaq

Yenə də qeyd etmək istərdim əməliyyat olunacağınız komanda bu problemdə sizə çox təsir edir. Bir çox mərkəzlərdə bu problemin araşdırılması üçün psixoloji müayinə şərt kimi qəbul edilir.

Ancaq biz əməliyyat öncəsi pasientlə söhbət edərkən pasientin əməliyyatın gedişindən xəbərdar olması, cərrahını seçməsi, əməliyyat sonrasındakı dieta qaydasından xəbərdar olması və bunları yerinə yeticəyini bilməsi və qəbul etməsi, əməliyyatdan sonra kilo itkisi və bunun nəticələrini qəbul etməsini qəbul edirsə, psixoloji bir dəyərləndirməyə ehtiyac olmadığını düşünürük.

Hər bir pasient əməliyyatın avantaji və dezavantajını, risklərini tam olaraq bilməlidir. Eyni zamanda pasientin yaxınları da bilməli və əməliyyat sonrası dövürdə evdə ailə dəstəyi çox önəmlidir.

Mədə kiçiltmə əməliyyatdan sonra bir gündəlik tutmağınız bura istəklərinizi, fikirlərinizi, hədəflərinizi qeyd etmək sizə bir xoşbəxlik yaradacağınızı düşünürük.

Mədə kiçiltmə əməliyyatına fiziki olaraq hazırlaşmaq

Mədə kiçiltmə əməliyyatına qərar verən insanların əksəriyyəti fiziki və sağlamlıq baxımından mütəmadi idmanla məşğul ola bilmirlər. Gündəlik mütəmadi olaraq 30 dəq asta hərəkətlə yerimək sizə xeyirli olacaq. Məqsədimiz həm bədəninizin, həm beyninizin idmanı adət halına gətirməkdir. İdman heç vaxt yorucu və çox olmamalıdır. Əgər uzun zaman oturursunuzsa, heç olmasa gündəlik 30 dəq gəzmək belə sizə çox yaxşı təsir edəcək. Kiçik belə bir dəyişikliklər gələcəkdə daha aktiv həyata başlamaq üçün ilk addımlar olacaq. İdman etmək ağciyər tutumununu artırır deyə əməliyyat sonrasında ağciyərlə bağlı yaranacaq riskləri aşağı salacaq.

Mədə kiçiltmə əməliyyatından sonra klinikada qalma dövrü

Klinikada 3 gün qalacağınızdan yanınızda bəzi şəxsi əşyalarınızı götürməyiniz sizə rahatlıq verəcək. Kosmetikalar, gigiyenik vasitələr və s. bunlar kimi. Əməliyyatın ilk günündən sonra darıxmamağınız üçün telefon və s. kimi elektron cihazlarınızı götürməyinizi məsləhət görürük.

Mədə kiçiltmə əməliyyatından əvvəl evdə görüləsi işlər

Mümkündürsə evinizi əməliyyatdan qayıtmaq üçün hazır hala gətirin ki, əməliyyatdan döndükdən sonra məcbur qalaraq görüləsi işləriniz qalmasın. Maye qidalar, yağsız süd, protein tozu, meyvə və s. kimi əməliyyatdan sonra sizə lazım olacaq alış-verişi öncədən almaq daha məntiqlidir.

Mədə kiçiltmə öncəsi müayinə

Mədə kiçiltmə öncəsi müayinə ən azı əməliyyat qədər önəmli bir məsələdir. Ətraflı bir müayinə əməliyyat və ondan sonra yarana biləcək riskləri minimuma endirir. Hər klinika protokollarında fərqli ola bilər amma təməl olaraq oxşardır.

Mədə kiçiltmə əməliyyatına qərar vermisinizsə, bunu sevdiklərinizlə patlaşın

Piylənmə ilə əlaqədar əməliyyata qərar verərkən çox vaxt yaxınlarınız və ya yaxın ətraf insanlarla sıxıntı yaşaya bilərsiniz. Çox rast gəlirik, əksər hallarda valideyinlər, ailə əməliyyata qarşı çıxır. Bu da onların əslində artıq çəkinin nə qədər riskli bir xəstəlik olduğundan xəbərdar olmamasıdır. Qərarı verən sizsiniz və bu həyatı da yaşayan sizsiniz. Artıq çəkinin də risklərinə qatlaşan sizsiniz. Biz məsləhət görürük müayinəyə və ya kansultasiyaya gələrkən yaxınlarınızı da gətirin. Əksər hallarda bu cür hallah bizimlə görüşdükdən sonra obezitə əməliyyatına qarşı çıxan insanlar NƏ ZAMAN ƏMƏLİYYATI EDƏ BİLƏRİK deyə soruşurlar.

Mədə kiçiltmə əməliyyatından sonra ailə dəstəyi çox vacibdir. Ailə dəstəyi yüksək olan halda sağalma dövrü, əməliyyatdan sonrakı dövür çox rahat keçir.

Mədə kiçiltmə əməliyyatından öncə alış-veriş

Mədə kiçiltmə əməliyyatından sonra ilk 2 həftə sizə maye qidalar lazım olacaq.

  • Aşağı kalorili maye içəcəklər, az yağlı və ya laktozsuz süt,kefir və s
  • Bariatrik həkiminizin məsləhət bildiyi protein tozu
  • Mədə qoruyucu, probiotik, spazmolitik
  • Yağsız ət, toyuq, balıq

Həkiminizə bütün tibbi problemlərinizi bildirin

Əməliyyat sırasında yarana biləcək bütün problemləri həkiminiz həll etməyə məcburdur. Buna görə davamlı qəbul etdiyiniz dərman preparatlar, keçirdiyiniz əməliyyatlar, keçirdiyiniz xəstəliklər varsa bir asılılığınız (narkotik və s.) hər bir probleminizi həkiminizə deyin ki, sonra yarana biləcək risklərin qarşısı alınsın. Bəzən sizin ciddi olmayan düşündüyünüz bir problem əməliyyat və əməliyyatdan sonra çox ciddi risklərlə qarşı qarşıya qoya bilər. Qan durulducu preparatlar (aspirin kimi), bitki tərkibli preparatlar, təzyiq xəstəliyi üçün preparatlar, ani diabetik preparatlar, artimiya üçün istifadə etdiyiniz və s. kimi hər bir dərman preparatını həkiminizə söyləyin ki, bunların bəzilərinin kəsilməsi və ya dozasının dəyişdirilməsi lazım olacaq.

Mədə kiçiltmə əməliyyatı haqqında hər şeyi araşdırın

Mədə kiçiltmə əməliyyatı haqqında bütün detalları araşdırın. Avantajı və dezavantajı, riskləri, əməliyyat öncəsi və sonrası yerinə yetirilməli olan qaydalar və s. İnformasiyasız əməliyyata girmək olmaz. Məlumatlı insanların aldıqları nəticə daha yüksəkdir.

Cərrahınızı araşdırın

Əməliyyat nəticəsi və effektivliyi sözsüz ki, cərrahın əl bacarığından çox asılıdır. Heç bir əməliyyat bir birinə oxşar deyildir. Həmçinin də əməliyyat riskləri və sonrakı ağırlaşmalar etibarlı əllərdə 4 dəfə daha az rast gəlinir. Buna görə cərrahı yaxşı araşdırmaq çox vacibdir.


Mövzu ilə bağlı video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az