kirpiklərin tökülmə səbəbləri

Kirpiklərin tökülmə səbəbləri

5473
Müəllif: PhD Dr. Leyla Qəhrəmanova

Paylaşıldı: 01.08.2017
Leyla Qəhrəmanova

Üz dərisi və göz qapaqlarının dərisi çox oxşardır, lakin daha incədir və tez yaralana bilir. Qapaqlar tez sağalmağa meyillidir  və bu müsbət cəhət onların qoruyucu vəzifəsini artırır. Kirpiklər gözəllik rəmzi olsa da, onları yaradan gözəllik üçün yaratmayıb. Ona görə də, kirpiklərin fərqli vəzifələri var.

Ana bətnindəki dolun Kirpikləri hamiləliyin 22-26 həftəsində əmələ gəlməyə başlayır. Hamilə qadınların bu məqaləni oxuyub gülümsəməsini təsəvvür edirəm.

Mexaniki epilyasiyadan sonra Kirpiklərin uzanmasına ayrılan vaxt 7-8 həftədir. Bəli, iki ay vaxt lazımdır ki, tökülən Kirpiklər bərpa olunsun. Saçların uzanmasının üç fazası olduğu kimi, Kirpiklərin də uzanması üç fazadan ibarətdir. Bəzi alimlər isə bu uzanmanın daha gec olmasını qeyd edir. Üst qapaqda 90-150 qədər Kirpik olur, alt qapaqda isə bu say 70-80-a çatır. Kirpiklərin uzunluğu 10 mm qədər çata bilər.

Göz qapaqlarında Kirpiklərimizin köklərindən başqa bəzi piy vəziləri də yerləşir. Bu vəzilərin vəzifəsi Kirpiklərin kökünü, qapaqların kənarını həmçinin buynuz gişanın səthində yağlamaq ilə çox mühüm vəzifə daşımaqdadır. Kirpiklər qapaqla birgə bu piy qatını buynuz gişanın səthində tam bərabər yayılmasına kömək edir.

Biz yaşa dolduqca Kirpiklərimiz tökülərək azalır və onların kökü məhv olur. Piy vəziləri də yaşın təsiri altında dəyişməyə məruz qalır. Siz qocalarımızın dəsmalla gözlərini sildiyini dəfələrlə görmüsünüz. Buna səbəb göz yaşı vəzinin ifraz etdiyi göz yaşının yetməməsi göstərilir və bunun nəticəsi olaraq, yaş vəzilərin gözü tək başına quruluqdan qoruması çətinləşir. Kirpiksiz qapaqların necə qəribə goründüyünü, qalınlaşmasının yəgin ki, şahidi olmusunuz.

Dediklərimizdən belə nəticəyə gəlmək olar ki, Kirpiklərimiz və göz qapaqlarımızı qorumaq dişlərimizi qorumaq kimi mühümdür. Kirpiklərimizin tökülməsi çox xəstəliyin baş qaldırmasına işarətdir. Bu siyahı dəri xəstəliklərdən tutmuş sifilisə qədər uzanır. Kirpiklərdə parazitlər, gənələr belə yaşaya bilir. Qaşınma isə bu xəstəliyin çox vaxt yeganə əlamətidir. Kirpiklərimizin rənginin dəyişməsi, uzanması da yaxşı əlamət deyil. Əgər Kirpiklərimiz danışa bilsəydi bəlkə də keyfiyyətsiz kosmetikanın və ətraf mühitin əlindən ağlayardı.

Biz dişlərimizi gündə iki dəfə yumalıyıqsa, göz qapaqlarını  bir o qədər də gigiyenasına fikir verməliyik. Apteklər külli miqdarda şampun və dərman vasitələrini biz alıcıların istifadəsinə təqdim edir. Əslində qapaqların ve Kirpiklərin öz şampunu var.Yəgin ki, bunu çoxunuz bilmirdiz. Kirpikləri qorumaq vacibdir. Onların tökülməsi,uzanması,rənginin dəyişməsini müşahidə etsək mütləq ve mütləq həkimə müraciət etmək lazımdır.

İstifadə olunmuş mənbələr:
1. Kanski Clinical Ophthalmology a systemic approach, Eight edition
2. Standring, Susan Neil R. Borley (2008). Gray's Anatomy: the Anatomical Basis of Clinical Practice (40th ed.). Edinburgh: Churchill Livingstone/Elsevier. p. 703.
3. "Fetal development: MedlinePlus Medical Encyclopedia

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.