Kişilərdə cinsi zəiflik

Kişilərdə cinsi zəiflik

2701
Müəllif: Androloq Azər Mirzəyev , Əlaqə: 050 311-36-88

Paylaşıldı: 01.03.2020
Azər Mirzəyev

Son vaxtlar müxtəlif yaşlarda cinsi zəifliklə bağlı problemlərlə tez-tez rastlaşırıq. Bunu yaş qruplarına bölsək gənc, orta və yaşlı nəslin nümayəndələrini göstərmək olar.

Gənc yaşlarda cinsi zəiflik:

---Psixogen tip. Bu daha çox psixotravmaloji  situasiya ilə əlaqədar olur ki, bu da sonda özünə inamsızlıq, özünə şübhə, cinsi aktın baş tuta bilməsinə güvənin omaması fonunda özünü biruzə verir. Psixogen mənşəli erektil disfunksiya zamanı ereksiya saxlanır amma cinsi əlaqə zamanı itir.

Üzvi mənşəli erektil disfunksiya gənc və cavan yaşlarda nisbətən az rast gəlinir. Bu zaman buna səbəb olan  xəstəliklər aşağıdakılardır: Prostatit, şəkərli diabet, zöhrəvi xəstəliklər, ateroskleroz, onurğa travmaları, alkaqolizm və s.

Orta yaşlarda rast gəlinən cinsi zəiflik:

Erektil disfunksiya orta yaşlı insanlarda- 40-50 yaşlılarda 40%,50-60 yaşlı insanlarda 48-57%,daha yaşlı insanlarda bu 70% təşkil edir.

Müasir araşdırmalara görə 50 yaşdan yuxarı kişilərdə erektil disfunksiya-impotensiya üzvi xarakter daşıyır. Bu yaş qrupuna daxil olan kişilərdə erektil disfunksiyaya səbəb olan ən çox rast gəlinən xəstəliklər aşağıdakılardır: 

-- Ürək-damar sisteminin xəstəlikləri
---Prostatın adenoması
---Daxili orqanların xəstəlikləri
----Hormonal sferada baş verən problemlər

Bu xəstəliklər sonda potensiyanın zəifləməsinə gətirib çıxarda bilər.

Yaşı 70 və  yuxarı kişilərdə seksual problemlər ən çox uzun müddət keçirilən xəstəliklərin fəsadı kimi özünü göstərir.Bu xəstəliklər aşağıdakılardır:

---Arterial hipertoniya
----Şəkərli diabet
----İnsult
----Şiş mənşəli xəstəliklər
----Onurğa travmaları

Ümumiyyətlə təkcə xəstəliklər deyil, uzun müddət kişini gərginlikdə saxlayan hər şey impotensiyaya gətirib çıxara bilər. Məsələn yorğunluq,gərgin iş rejimi, stress, ağır emosiyalar, depressiya, ailədə cinsi sferada olan anlaşılmamazlıq, partnyorun cinsi həvəs oyada bilməməsi və s. kimi hallar adrenalinin artmasına, cinsiyyət orqanlarına qanın axınının zəifləməsinə-mikrosirkulyasiyanın pozulmasına sonda  potensiyanın minimuma enməsinə səbəb ola bilər.

Yaşla əlaqədar olaraq kişilərdə ilbəil kişi cinsiyyət hormonu olan testosteronun faizinin aşağı düşməsi müşahidə olunur. Burada yaşdan başqa müxtəlif xəstəliklər, stress, alkoqoldan həddən ziyadə istifadə, damar pozğunluqları da testosteronun aşağı enməsinə səbəb ola bilər.

Bəzən potensiya problemi ilə qarşılaşan kişilər aptekə və ya dostun məsləhətinə müraciət edirlər ki, bu da tamamilə səhv addımdır. Bir çox dərman preparatları potensiyaya neqtiv təsir edərək get-gedə potensiyanın tamamilə sönməsinə səbəb olur. Məhz bu nöqteyi nəzərdən vaxtında düzgün ünvana müraciət etmək, düzgün aparılan diaqnostika mühüm əhəmiyyət kəsb edir. Belə ki,bəzən gənc-cavan, orta yaş,yaşlı kişilərdə potensiyanın diaqnostikası zamanı digər xəstəliklər aşkar olunur. Maraqlısı odur ki, bu insanların əvvəllər öz xəstəlikləri haqqında heç bir xəbərləri olmayıb. 

Çox təəssüf ki,kişilər potensiya problemi yarandıqda həkimə müraciət etməkdən utanıb çəkinirlər. Bu hal-hazırda uroloq-androloqları ən çox narahat edən problemlərdəndir.

Həkimə vaxtında və zamanında müraciət etdikdə gələcəkdə baş verəcək fəsadların-ağırlaşmalrın qarşısını almaqla uğurlu nəticə əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az