körpə nəcisində mikrob

Körpə nəcisində mikrob

23841
Müəllif: Aynur Dadaşova

Paylaşıldı: 01.12.2017
Aynur Dadaşova

Son zamanlar 1 yaşa qədər uşaqların nəcisin əkilməsi analizin  izahatıyla bağlı müraciət sayı çoxalıb. Analiz nəticəsində mikrob aşkarlananda, valideynlər narahat olub onu müalicə etməyə çalışırlar. Növbəti analizdə hər dəfə mikrob aşkar olduqda təşvişə düşürlər. Bu vəziyyətdə valideynləri maraqlandıran sual: mikroblar niyə məhv olunmayıb...? axı uşaq müalicə olunurdu.., bu qədər dərman qəbul edirdi...?

Suala cavab vermək üçün ilk öncədən yeni doğulmuş körpədə bakteriyaların hardan və necə əmələ gəlməsini aydınlaşdıraq. 
Beləliklə, artıq ilk əmizdirmə zamanı hər körpə ana südü ilə keçən bir qədər bakteriya porsiyası qebul edir, hansı ki nəticədə onun mədə-bağırsaq sistemində ömürlük məskunlaşır. 

Ana südü, qida maddələri, həzmi yaxşılaşdıran və müqavimət sistemini möhkəmləndirən (700-dən çox müxtəlif növü olan) bakteriyalar ilə zəngindir.

Onlara aiddir:
Streptokokklar, stafilokokklar, süd-turşulu bakteriyalar, korinobakteriyalar, klebsiella, propion-turşulu bakteriyalar, leykonostoklar, qızılı stafilokokk, və s. 

Yəni ki, ana südündə bakteriaların olması normal haldır!  Ana südü körpenin öz bakterial florasını inkişaf etdirir. Beləliklə, əgər bakterialar ana südündə müşahidə olunursa, təbii ki, nəcisdə də aşkar olunacaq. Buna əsaslanaraq, bakteriyaların müalicəsi məqsədi ilə nəcis və ana südünün bakterialoji analizi mənasızdır. Həmçinin ana südündə aşkarlanmış mikroblar əmizdirməyi sonlandırmaq üçün əsas deyil. Onu da qeyd edim ki, yaşılımtıl nəcis, nəcisin gündə 6 dəfə və yaxud 6 gündən bir olması,köp sancıları, düyünlü nəcis və s. normal göstərici sayılır və heç bir müalicə tələb etmir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.