Cinsi zəiflik - Müxtəlif xəstəliklərin ilk siqnalıdır

Cinsi zəiflik - Müxtəlif xəstəliklərin ilk siqnalıdır

1301
Müəllif: Androloq Azər Mirzəyev , Əlaqə: 050 311-36-88

Paylaşıldı: 24.04.2020
Azər Mirzəyev

Cinsi zəiflik-erektil disfunksiya bir çox hallarda ciddi xəstəliklərin ilk siqnalı ola bilər. Belə ki,aparılan tədiqiqat işləri nəticəsində aydın olmuşdur ki, erektil disfunksiya-miokard infarktı, insult, ürək-damar sistemi xəstəliklərinin əmələ gəlmsəinin ilk əlaməti ola bilər.

Amerika kardioloqlarının araşdırmalarına əsasən onlar erektil disfunksiya ilə ürək-damar xəstəlikləri arasında əlaqənin olmasını aşkar etmişlər. Bu xəstələrdə artıq çəki, yüksək təzyiq, şəkərli diabet, metabolik sindrom, tütün məmulatlarından istifadə müşahidə edilmişdir. Cinsi zəifliyi olan xəstələrdə ürək-damar sistemi xəstəlikləri iki dəfə çox rast gəlinr.

Tədqiqat işlərinin rəhbəri Maykl Blaxa(Michael Blaha) deyir: ”Bizim tədqiqat işlərinin nəticələrinə əsasən demək olar ki, erektil disfunksiya-ürək damar sistemi xəstəliklərinin artma riskini göstərir.” Alimin sözlərinə görə pasientin cinsi zəifliklə bağlı şikayəti-pasienti ürək problemi yoxdursa belə həkim üçün ciddi siqnal olmalıdır. Bu halda pasientdə ürək çatmamazlığının erkən dövrünü aşkar etmək üçün daha dərin müayinə aparmaq tövsiyə olunur. Tez-tez erektil disfunksiya ilə rastlaşan kişilərə, alimlər kardioloqun müayinəsindən keçməyi məsləhət görürlər.Eyni zamanda bir çox cinsi zəifliyi olan xəstələrdə ilkin dövrlərdə müayinə zamanı şəkərli diabetin 1-ci tipi aşkar edilmişdir. Çox vaxt bu kimi xəstələrdə diabetik neyropatiya, ürəyin işemik xəstəliyi, ateroskleroz müşahidə edilir.

Belə ki,Problem sosial əhəmiyyət daşıyaraq pasientlərin həyatı keyfiyyətlərinin aşağı düşməsinə,şəkərli diabet xəstələrin 40%-də sonsuzluq kimi ciddi problemlərlə ağırlaşa bilər.

Cinsi zəifliyin-erektil disfunksiyanın başlanğıc dövrlərində androloqa müraciət edilməsi ürək-damar xəstəlikləri,insult,şəkərli diabet kimi ciddi xəstəliklərin ağırlaşmasının vaxtında qarşısının alınmasında  mühüm əhəmiyyət kəsb edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az